Əslində vetçina qeyri-adi ərzaq deyil.
Vetçina kolbasa məmulatıdır. Bütün marketlərdə kolbasa, sosiska bölməsində satışda olur. Vetçina təzə məhsul deyil. Onun yüzillərlə yaşı, tarixi var.
Kolbasadan fərqli olaraq o hamar, bütöv ət tikəsindən olur. Ət sümükdən bütöv lay-lay, yağdan ayrılır, marinadda saxlanılır, preslənir. Vetçinanın çiy, bişmiş və hisə verilmiş növü olur.
Vetçina donuz, mal əti, hinduşka və toyuqdan ola bilər. Seçim sizin. Vetçina duzlu olur. Amma bəzən digər ədviyyatlar da qatırlar. Quru və ya yumşaq, şirəli ola bilər.
Vetçinadan blinçiklərdə, salatlarda, ruletlərdə, piroqlarda istifadə olunur. Səhər yeməklərində buterbrod hazırlanır, yeyilir. Uşaqlar da çox xoşlayır. Kalorili, kökəldən məhsuldur. Hansı reseptdə ki, vetçina gördüz, bilin ki, o bütün marketlərdə var. Alın, dadına baxın.