Şəxsi gigiyenamız üçün hamam olduqca önəmli bir yerdir. Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətin olur. Buna görə də gigiyenik əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir.
Diş fırçası
Aparılan araşdırmaya əsasən, hamamda saxlanılan diş fırçalarının üzərində 60 faiz qalıq maddələr tapılıb. Bu isə nə qədər təmizkar olsanız da, hamamda yaranıb artan bakteriyalara əngəl ola bilmədiyiniz anlamına gəlir.
Prezervativ
İstiliyə və nəmə məruz qalmaq prezervativə zamanla zərər verərək təsirini azaldır. Buna görə prezervativləri saxlamaq üçün ən uyğun yer hamam otağı yox, bir dolabdır.
Ətir
Uzun müddət hamamda qaldığı üçün ən sevdiyiniz ətrinizin qoxusu dəyişə bilər. Həddindən çox istilik və buxar ətirdə dəyişimə səbəb olur.
Təraş bıçaqları
Təraş bıçaqlarını hamamda saxlamaq demək olar ki, hər kəsin vərdişidir. Ancaq bu alışqanlığınızdan dərhal vaz keçməlisiniz. Çünki bu, dəri sağlamlığınıza, həm də təraş bıçaqlarının qısa zamanda paslanmasına səbəb olar.