Bişirməzdən əvvəl əti və toyuğu yumayın

Bişirməzdən əvvəl əti və toyuğu yumayın

Mütəxəssislərin fikrinə görə, ətin üzərində görünən çirk yoxdursa, əti yumaq nəinki lazım deyil, hətta ziyanlıdır.

Su mikrobların azalmasına səbəb olmur, əksinə, mikroblar su damcıları ilə ətrafa yayılır.

Bişirilmə zamanı ətdə olan bütün mikroblar onsuz da məhv olur. Təbii ki, söhbət yaxşı bişmiş və ya qızardılmış ətdən gedir.

Aşbazlar da bişirdikdən əvvəl əti yumağı tövsiyə etmirlər ki, bu, hazır qidanın dadını pisləşdirir.

Toyuğa gəldikdə isə toyuğu bişirdikdən əvvəl yumaq daha da ziyanlı sayılır. Məsələ burasındadır ki, çiy toyuqda çox təhlükəli Campylobacter jejuni bakteriyalar olur. Toyuğu yuyanda bu bakteriyalar ətrafa yayılır.

Yaxşı yuyulmamış əllərdən, mətbəx ləvazimatlardan bakteriyalar insan orqanizminə düşə bilər ki, bu nadir immun xəstəliyi olan Giyen-Barre sindromunun inkişafına gətirib çıxarda bilər. Bu sindrom zamanı periferik sinirlər zədələnir və insanda kəskin sinir-əzələ iflici inkişaf edir. Sindrom istənilən yaşda olan insanlarda inkişaf edə bilər. Ağır hallarda sindrom insanın tam iflicinə səbəb olur. Bu səbəbdən ekspertlər toyuğu yumamağı, sadəcə dərisini soymağı və görünən piyi kəsib atmağı tövsiyə edir. Toyuğu təmizlədikdən sonra əllərinizi axar suyun altında sabunla yaxşı yuyun.

Ekspertlər toyuğu yüksək temperaturda yaxşı bişirməyi və ya qızartmağı, heç zaman yarıçiy halda yeməməyi tövsiyə edirlər. Alimlər toyuğu mikrodalğalı sobada bişirməyi də məsləhət görmürlər, bu halda bakteriyaların sağ qalma ehtimalı çox olur.

saglamolun.az
Top