Ev şəraitində bənövşə gülünü yetişdirməyin yolları

Ev şəraitində bənövşə gülünü yetişdirməyin yolları

Bir çox insan eyvan və ya pəncərə qarşısında bənövşə gülü qoymağı sevir. Lakin bəziləri ona qulluq etməyə çətinlik çəkir. 

Əvvəlcə bunu qeyd edək ki, evdə yetişdirilən bənövşə növü Afrika mənşəlidir. Ona görə də başqa növ bənövşə yetişdirmək istəsəniz, sizə təqdim edəcəyimiz üsullar işinizə yaramaya bilər.

Kiçik və dəlikli dibçəyə üstünlük verin
Evdə bənövşə gülü saxlamaq istəyirsinizsə, ilk növbədə onun qabına fikir verməlisiniz. Bu qab saxsı olmalıdır. Nəzərə alın ki, bir çox saxsı növü də bənövşə üçün uyğun deyil. Saxsılar orta boylu və dəlikli olmalıdır.

Torflu torpağa üstünlük verin
Bənövşə əkəcəyiniz torpaq mütləq torflu olmalıdır. Nəmli və sıxlığı az olan torpaqlarda yaşamağı sevən bu bitkinin PH tarazlığı çox əhəmiyyətlidir. Evdə PH tarazlığını ölçmək mümkün olmadığı üçün torpağa erlit, ponza, vermikulit kimi minerallar əlavə edərək PH-ı tarazlaya bilərsiniz.

Birbaşa günəşdən qoruyun 
Bənövşə tropik iqlimləri sevən bir çiçəkdir. Gün işığını sevir, ancaq birbaşa günəş işığı bu bitkiyə zərər verir. Bənövşəni şərq və ya qərb istiqamətlərə baxan pəncərələrin önünə qoyun.


Sulamağa diqqət edin
Bənövşə az sulandıqda da solur, çox sulandıqda da. Bayaq da qeyd etdiyimiz kimi, bənövşə tropik iqlim sevir, ona görə də torpağı nə həddən çox, nə də həddən az suvarmaq olmaz. Məsələn, görsəniz ki, torpağı nəmlidir yenidən sulamağa ehtiyac yoxdur.
Top