Südünüz dadını dəyişəndə başqa əlac olmadığı üçün zibilliyə atırsınız. Halbuki dadını dəyişmiş, köhnəlmiş südü də istifadə etmək olar.
Xəmir işləri
Köhnəlmiş və dadını dəyişmiş südü xəmir işlərində istifadə edə bilərsiniz. Digər ərzaqlar və bişirilmə müddəti südün pis dadını yox edəcək.
Şorbaların qatılığını artırın
Sulu xörəklərinizdə də köhnəlmiş süd istifadə edə bilərsiniz. Köhnəlmiş süd şorbalarınıza qatılıq verəcək. Ancaq miqdarına diqqət edin.
Əti yumşaltmaq üçün
Süddə olan lastik turşusu əti yumşaltmaq üçün mükəmməldir. Ətinizi bişirmədən əvvəl dadını itirmiş süddə saxlaya bilərsiniz.
Pendir hazırlaya bilərsiniz
Pendiri ev şəraitində özünüzə hazırlamağa necə baxırsınız? Köhnəlmiş südü ziyan etməyin və pendir hazırlayın.
Üzünüzü parıldadın
Laktik asit dərinizin qüsursuz və möhkəm olmasına yardımçı olur. Bir miqdar köhnəlmiş südlə suyu qarışdırıb üzünüzü bu qarışımla yuyun. Südlə üzünüzü yuyanda barmaqlarınızla üzünüzə masaj da edin. Sonra su ilə dərinizi yaxşıca yuyun.
Süd vannası qəbul edin
Südün dəriyə faydalarını hər kəs bilir. Vannaya doldurduğunuz suyun içinə bir neçə stəkan süd də əlavə edin. Qoxu narahat edirsə, bir neçə damcı gözəl qoxulu təbii yağlardan da istifadə edə bilərsiniz.
Bitkilərinizi gücləndirəcək
Saxsı qabda və bağda əkdiyiniz bitkilərinizin kalsium qəbulu üçün köhnəlmiş süd və bir miqdar suyu qarışdırıb dibinə tökün. Bu üsul xüsusilə pomidor əkərkən daha çox işə yarayır.
Salata əlavə edin
Köhnəlmiş südü salatlarda istifadə edə bilərsiniz.
Ev heyvanın yeməyinə qatın
Süd ev heyvanın yeməyinə əlavə kalsium və protein qatacaq.
Südün xarab olmasını istəmirsinizsə, dondurun
Çox süd almısınız və köhnəlib xarab olmasını istəmirsinizsə, soyuducuya qoyaraq dondurun. Sadəcə çiy və qablaşdırılmamış südü dondura bilərsiniz. Qablaşdırılmış süd daha tez işlənməlidir.