Qabartma tozunu özünüz hazırlayın

Qabartma tozunu özünüz hazırlayın

Dükanlarda satılan və bir çox şirniyyatlarda istifadə olunan qabartma tozunu ev şəraitində çox asan hazırlamaq olar.

1. Quru banka götürün.
2. Bankaya 12 çay qaşığı un və ya kartof nişastası tökün (nişasta daha çox qalır).
3. 5 çay qaşığı soda və 3 çay qaşığı limon duzu əlavə edin. Limon duzunu qabaqcadan yaxşı əzin.
4. Bankanın qapağını bağlayın və bankanı yaxşı-yaxşı silkələyin ki, bütün inqrediyentlər yaxşı qarışsın. Qabartma tozu hazırdır.
5. Hazır qabartma tozunu kiçik şüşə qabına tökün və sərin quru yerdə saxlayın.
Top