Ümumiyyətlə südü alumin qabda, orta odda qaynatmaq lazımdır. Yüksək odda bişirilən südün yanmaq ehtimalı böyükdür.
Südü qazana tam deyil, yarıyadək tökün. Süd bişən müddətdə daim qarışdırmaq lazımdır ki, üzərində köpüklər yaranmasın.
Südü qaynadacağınız qazanın içərisini soyuq su ilə yaxalayın. Lakin silib, qurulamayın. Çünki, süd nəinki yana, hətta çürüyə bilər.
Qazanın dibinə üzüaşağı qoyulmuş kiçik boşqab yerləşdirin, sonra südü töküb, ocaqda bişirin.
Bu zaman südün üzərində köpük yaranması və sürətli qaynama prossesi dayanacaq. Süd qızdıqca qazanın dibindən boşqabın səsini eşidəcəksiniz ki, məhz buna görə də süd çürüməyəcək.
Südün içinə 1 ədəd qənd atıb, qazanın qapağını bağlayıb, qaynadan zaman da süd çürümür. Lakin bu zaman südü ən gec 3 dəqiqədən bir qarışdırmaq lazımdır.
Maraqlı üsullardan biri də südü kərə yağı ilə qaynatmaqdır. Belə ki, qazanın divarlarını yağlayıb, sonra südü töküb, bişirən zaman yağ nazik qat formalaşdırır ki, bu da südün həmin qatdan yuxarı qalxmasının qarşısını alır.