Naharda şərab- necə verilməlidir?

Naharda şərab- necə verilməlidir?

Ziyafət yeməyi zamanı alkoqollu içkilərin düzgün verilməsi parti təcrübəsinin əsas hissəsidir.Bilirik ki, partilərin çoxunda az olsa belə, alkoqollu içkilər olur. Məsələ onların düzgün təqdim edilməsindədir.

Qədəhləri əsas yemək boşqabının yuxarı sağ tərəfinə qoyun, çünki onları adətən, sağ əlimiz ilə götürürük. Sağ tərəfdə, birinci bəyaz şərab, sonra isə qırmızı şərab qədəhi qoyulur. Su stəkanı asanlıqla əlçatan yerə qoyulur. Bilməliyik ki, desert fincanları ziyafətin əvvəlində qoyulmur, yalnız kofe və ya çay süfrəyə verilərkən qoyulur.

Düzgün seçilmiş qədəhlər, estetik görünüşdən əlavə, şərabın rəngini, dadını və ətrini mükəmməl qiymətləndirməyə əsas verir. Şərab qədəhləri, şəffaf və nazik şüşədən olmalıdır. Yalnız beləcə, onun tərkibini görmək olar. Şərab dequstasiyası zamanı qədəhin forması vacib rol oynayır. Araşdırmalar, göstərir ki, müxtəlif qədəhlərdə verilmiş eyni şərab fərqli dadır, onun eyni şərab olduğunu bilmək olmur.

Ən universal qədəh forması yumurta formasında aşağı doğru genişlənən qədəhdir. İçərkən qədəhi əlimizdə tutma forması da vacibdir. Qədəh aşağıdan tutulmalıdır ki, içki isinməsin və qədəhin səthi çirklənməsin.


bonduelle.az
Top