İndi bizə məlum olan çarpayılar qədim misirlilərə yaxşı tanış idi. Avropada isə çarpayılardan 11-ci əsrdən istifadə etməyə başlayıblar.
Mebel mağazalarına gedəndə diqqətli olmaq gərəkdir, xüsusilə də çarpayı seçimində. Çarpayı seçərkən onun yan tərəflərinə və döşəyinə fikir verin. Çarpayının bütün hissələrinə və hətta ən xırda detallarına qədər baxılmalıdır. Yaxşı çarpayı nə cırıldamalı, nə də yırğalanmalıdır. Çarpayının döşək yerləşən çərçivəsi enli olmalıdır ki, döşək yaxşı yerləşsin. Çarpayı isə ağacdan hazırlanmalıdır. Elit çarpayıların çəriçivəsi isə xüsusi ölçülərdə olur. Belə çarpayıların istənilən hissəsini yuxarı qaldırmaq mümkündür.
Çarpayının arxa (baş hissəsi) hissəsi o qədər də əhəmiyyətli olmasa da, o da yaxşı yatmağa kömək edir və gecəyarısı yastığı yerə düşməkdən qoruyur. Çarpayı seçərkən onun ölçüsünə də diqqət yetirmək önəmli məqamlardan hesab olunur. Amma ilk olaraq evinizin ölçüsünü bilib ona uyğun çarpayı seçməlisiniz. Əgər yataq otağınız kiçikdirsə bu zaman asan yığıla bilənlərə üstünlük verməlisiniz. Əks halda otaqda rahat hərəkət etməyinizi əngəllənər. Amma normal yataq otağı üçün çarpayı iri və rahat olsa yaxşıdır.
Qızcığazların istifadə etdiyi çarpayının eni 80 sm olmalıdır. Boy artdıqca bu çarpayının eni 100-130 sm olan çarpayıyla əvəz edilməlidir. Ailəlilər isə adətən eni 160 sm olan çarpayıda yatırlar. Müxtəlif zövqlü və rahat yatmağı heç bir şeylə əvəz edə bilməyənlər üçün eni və uzunu 240X240 sm olan çarpayılar da mövcuddur.
Döşəklərə gəldikdə isə döşək çarpayıdan qabaq mövcud olub. Döşək gərək onurğanın müxtəlif deformasiyalara uğramasının qarşısını alsın. Döşəklər adətən sərt, yarım sərt və yumşaq olur. Onun uzunömürlü olması üçün ona qulluq etmək gərəkdir. Təzə döşəyi ilk yarım il ərzində 2 həftədən bir ayaq və baş hissələrinin yerini dəyişmək, sonra isə hər 2 aydan bir döşəyin bir üzünün digər üzünə çevirmək lazımdır. Döşəyin üzü (örtüyü) müntəzəm olaraq yuyulmalıdır. Hər 2 həftədən bir döşək tozsoranmalıdır.
Döşəyin hansı materiladan hazırlanması da diqqətçəkən məqamlardandır. Elələri var ki, onların içərisində yaylar (prujin) yerləşdirilir. Yaylar bir-birindən ayrı yerləşdirilməlidir. Belə döşəyi əymək və qatlamaq olmaz. Əks halda yaylar formasını dəyişər və yatmaq üçün yararlılığını itirər.
Döşəyin digər növü kombinə edilmiş olanlardır. Belə döşəklər sintetik yun (sindepon) və yaylardan ibarətdir. Belə hesab edirlər ki, bu döşək modelləri bahalı olsalar da onurğa üçün çox faydalıdır.
İçərisi dəniz yosunları, qarabaşaq qabığı və kakos lifi ilə doldurulmuş döşəklər də mövcuddur. Belə döşəklər allergiyaya həssas insanlara tövsiyə edilmir.
Su üçün nəzərdə tutulmuş döşəklərdən (içərisi hava ilə dolu) allergiyalı insanlar istifadə edə bilərlər. Amma bu döşəklər kürək üçün bir o qədər də rahat deyil.
Döşəyin örtüyü də təbii materialdan olmalıdır. Bütün bu məlumatlara diqqət yetirib rahat çarpayı seçmək mümkündür. Şirin yuxular!