Ev dekorasiyasında boyadan başqa bir-birindən fərqli bir çox rəng və naxışda divar kağızları da istifadə edilir. Artıq asanlıqla silinə bilən divar kağızları da satışa çıxarılıb. Düzgün baxımla divar kağızının yeniliyini qoruyub saxlaya bilərsiz.
Divar kağızlarının baxımı
Yumşaq, təmiz və suyu yaxşıca özünə çəkən parça ilə ayda bir dəfə silin.
4-5 ədəd ağ kağız dəsmalla, ya da soba kağızı istifadə edərək üzərindəki yağ ləkələrini təmizləyə bilərsiz.
İsti ütü ilə divar kağızını ütüləyərək boya ləkələrini təmizləyə bilərsiz.
Suya dözümlü olanları sirkə və su qarışımı ilə silə bilərsiz.
Plastik örtüklü divar kağızlarını yuyucu tozla silib dərhal qurulayın.
Parça səthli divar kağızlarını tozsoranla təmizləyib nəmli bir parça ilə silin.
Yun səthli divar kağızlarını yumşaq toz alan fırça, quru parça və ya tozsoranla təmizləyin.