Mətbəx dizaynlarında estetikadan daha əhəmiyyətli bir məqam var. Bu, mətbəxin rahatlığıdır. Əlbəttə, mətbəxin funksionallığı baxımından ən əhəmiyyətli ünsürlərdən biri kifayət qədər geniş sahəsi olmasıdır. Mətbəx dolabları və rəflər bu baxımdan mətbəx dizaynlarının əsasını təşkil edir. Lakin mətbəxinizdən daha rahat istifadə etmənin və mövcud dolab, rəflərdən çox funksiyalı, effektiv istifadə etmənin asan yolları da var.
1. Köhnə mətbəx əşyalarından xilas olun!
Mətbəxinizdəki sahədən daha rahat və effektiv istifadə etmənin ən asan yolu əşyaları ehtiyacınız olduğu miqdarda saxlamaqdır. Təbii ki, bəzən evimizdən bəzi əşyaları əskik etmək, bəzən də heç atmaq istəmirik. Bəzi əşyaları istifadə etməsək də, nə vaxtsa lazım olacağını düşünürük. Ancaq daha rahat və axtardığınızı asanlıqla tapa biləcəyiniz bir mətbəx istəyirsinizsə, mütləq köhnə və istifadə edilməyən əşyaları çıxarmalısınız. Bunu etmənin ən asan üsullarından biri də mətbəxinizdəki bütün əşyaları gözdən keçirmək və hamısını ən son bir il ərzində istifadə edib-etməyəcəyinizə qərar verməkdir. Son bir ildə heç istifadə etmədiyiniz qazan, tava, qab və s. əşyaları zibil deyilsə belə, evin anbarına yığmaq və ya daha yaxşısı ehtiyacı olanlara verməkdir.
2. Mətbəx alətləri alarkən iki dəfə düşünün
Xüsusilə kiçik mətbəxlər dar və hər zaman dağınıq görünür. Dağınıq və dar mətbəxdə iş görmək də məhdudlaşır. Yeni çıxan hər hansı bir elektron mətbəx aləti almaq istəyə bilərsiniz. Lakin dolab və şkaflarda olan blenderlar, qəhvə maşınları, mikserler, çörək qızartma və bişirmə maşınları və s. çox vaxt bizə faydadan çox zərər verir. Buna görə də mətbəxiniz üçün son texnoloji məhsullara baxarkən seçiminizi çox funksiyalı və az yer tutanlar üzərində edin. Və yalnız nizamlı olaraq istifadə edəcəyiniz, işinizə yarayacaq olanları almağınız məsləhətdir.
3. Hər şeydən bir dənə
Mətbəxləri daha rahat hala gətirmənin yolu əslində alver vərdişlərini dəyişdirməkdən başlayır. Məsələn, mətbəxdə yemək dəstələrimiz xaricində hər şeydən yalnız bir dənə olması kifayətdir. Ancaq çoxumuzun mətbəxində eyni şeyin fərqli görünüşlü bir çox növü var. Halbuki istifadə asanlığı baxımından beş dənə bıçaq yerinə, bir dənə olması arasında heç bir fərq yoxdur.
4. Memarlıq ilə uyğun mətbəx planı
Standart hazır mətbəxlər təəssüf ki, hər mətbəxə uyğun deyil. Memarlığı ilə uyğun olmayan mətbəx planları da funksionallığı pozan təməl ünsürlərdən biridir. Əgər mətbəxiniz standart planlara və dolablara uyğun olmayan arxitekturaya malikdirsə, yaradıcı təxəyyülünüzü işə salaraq, mətbəx şkafları və rəfləri hazırlatdıra bilərsiniz. Bu, sizin üçün çox rahat və qəşəng olacaq.
5. Dolablarınıza əlavə bölmələr yerləşdirin
Mətbəx şkafları ümumiyyətlə, standart rəflərlə dizayn edilir. Lakin dolablarınızı daha rahat və gözəl hala gətirmək əlinizdədir. Mətbəx şkaflarının içərisində əlavə rəflər və bölmələr həm mətbəxdəki işinizi asanlaşdıracaq, həm də maraqlı dizayn verəcək.
6. Mətbəxin olmazsa olmazı: nizam
Mətbəxdə yemək hazırlayarkən ən əhəmiyyətli məqamlardan biri də dağınıqlığın və sıxlığın sizin hərəkət sahənizi məhdudlaşdırmasıdır. Siz fərqinə varmasanız belə, işinizi çətinləşdirir. Eyni şəkildə mətbəx dolablarının nizamı də mətbəxdə keçirdiyiniz zamanları çox daha funksional hala gətirən əhəmiyyətli ünsürlərdən biridir. Heç bir zaman dəyişməyən və nəyin harada olduğunu gözü bağlı tapa biləcəyiniz mütləq bir nizama sahib olmaq, mətbəxinizi funksional hala gətirmənin ən asan yoludur.