Canlı aləmin kiçik bir hissəsinin evinizdə olması nə qədər xoşdur! Lakin heyvan və bitkiləri sevmək azdır. Onlara düzgün qulluq etmək lazımdır.
Akvariumu təmiz və gözəl saxlamaq bacarığınız varsa,ona uyğun balıqları xüsusi saytlardan seçin və alın. Evdə yaratdığınız süni su mühiti sizi stresdən uzaqlaşdıracaq.
Balıqlardan sonra su bitkiləri,filtr,termometr və s. alınmalıdır. Balıqların həyatını uzatmaq üçün akvariumu mütəmadi təmizləmək lazımdır-kiçik akvariumu hər həftə, böyük akvariumu isə ayda bir dəfə. Dekorativ balıqların sahibi akvariumdakı qida artıqlarının təmizliyinə, suyun duruluğuna və balıqların davranışına hər gün fikir verəcək. Qida artıqları balıqlar qidalandırıldıqdan 10 dəqiqə sonra suyun səthindən tor vasitəsi ilə təmizlənir,suyun dibindən isə sifonla.
Akvariuma qulluq mövsümdən də asılıdır. Məsələn, yayda akvariuma bitkilər əkirlər və suyu dəyişirlər, payızda-xəstə balıqları yox edir və torpağı təmizləyirlər, termostatları,işıqlanmanı və başqa cihazları seçirlər. Bu işləri düzgün və səliqəli yerinə yetirmək üçün balıqları akvariumdan çıxarıb xüsusi ehtiyat qablarına qoymaq lazımdır. Akvariumdakı interyer və dizayn dəyişikliklərini təmizlik işlərini apararkən etmək lazımdır.
Qeyd: Balıqların tez-tez yerlərini dəyişməsi onların sağlamlığına ziyandır.
Təbii ki, balıqlar təmiz suda saxlanılmalıdır.
Akvarium və onun ləvazimatları ilıq və ya soyuq su ilə yaxşı yuyulmalıdır(sabun və başqa kimyəvi maddələrlə yumaq olmaz). Suyun pH-nı xüsusi indikatorlarla həftədə bir dəfə yoxlamaq lazımdır.
Qeyd: suyu akvariuma krandan bir-başa tökməyin. Suyun tərkibində xlor ola bilər və bu balığlara ziyandır. Suyu xlorsuzlaşdırmaq üçün onu bir sutka ləyəndə saxlamaq kifayətdir.
Akvariumun şüşəsində günəş işıgından tez-tez yosunlar yaranır. Onları təmizləmək ücün xüsusi kürəciklərdən və ya alətlərdən istifadə etmək lazimdir. Filtrləri həftədə bir dəfə təmizləmək lazımdır. Təbii filtr kimi aktivləşdirilmiş kömürdən istifadə etmək olar. Köhnə kapron coraba kömür töküb düyünləyin və suyun axınının sürətli olan hissəsinə yerləşdirin.
Köhnə akvaruimları əsaslı surətdə təmizləmək lazımdır. Bunun ücün ağardıcılardan istifadə etmək lazımdır .İşin sonunda akvariumu yaxşı-yaxşı yumaq lazımdır.
Bir neçə profilaktik işlərlə akvariumun təmizlənməsini asanlaşdırmaq olar.
— Akvariumun yerini düzgün seçin. Birbaşa düşən təbii və süni işıqlanma divardakı yaşıllaşmanı (yosunları) artırır.
— Çalışın duzlu deyil şirin suda yaşaya bilən balıqları saxlayın.
— Balıqlara çox yem verməyin. Artıq qalan yem çürüdüyünə görə suya zərərli maddələr ifraz olunur.
— Təzə aldığınız balıqları birbaşa akvariuma salmayın, bir müddət karantin akvariumda (bir ay)saxlayın. Çünki balıqlar bəzən xəstə ola bilərlər və akvariumdakı canlıları məhv edə bilərlər.