Ərik
Ərik seçərkən ləkəsiz, eyni rəngdə olmasına diqqət edin. Əzik olmasın. Bunlarla yanaşı, qaysının səthi tamamilə quru və forması zədələnməmiş olmalıdır.
Badımcan
Badımcanın qabığı sərt olanların əvəzinə yüngül elastik olanları seçin. Üzərində azca çatlar və ağ ləkələr olan badımcanları almayın. Eyni zamanda, badımcanın saplağı qəhvəyi deyil, yaşıl olmalıdır.
Yemiş
Yetişmiş yemiş dolu səs çıxarmalıdır. Bununla yanaşı, qovunun qabığı nahamar və kobud olmalıdır.
Balqabaq
Balqabaq bir rəngli olmalıdır. Badımcan kimi üzərində müxtəlif rəng çalarları olan balqabaqdan uzaq durun. Eyni zamanda, uzunluğu 20 sm-dən çox olmamalıdır.
Limon
Limonları seçərkən bir rəngli və parlaq olmasına diqqət edin. Bununla yanaşı, hər zaman ağır olanları seçin. Çünki onlar daha sulu olurlar.
Gavalı
Gavalı seçərkən üzərində ağ un səpilmiş kimi görüntüsü olanları seçin. Bu, onların ağacdan yeni dərildiyini göstərir.
Xiyar
Xiyar nazik qabıqlı və yaşıl olmalıdır. Xiyarın təzəliyini göstərən ən əhəmiyyətli faktor saplaqlarının hələ qopmamış və sarı olmasıdır.