Paltaryuyan maşın hər bir evdə lazım olan vacib əşyadır. Bu gün artıq həyatımızı onsuz təsəvvür etmirik. Amma belə vacib köməkçinin qiyməti də az deyil, ona görə də onun iş qabiliyyətini qorumaq lazımdır. Bizim kran sularının vəziyyətini nəzərə alsaq, görərik ki, maşınlar tezliklə sıradan çıxır. Sizə maşınların ömrünü uzadan, çox pul tələb etməyən bir vasitədən danışmaq istəyirik.
Bunun sirri adi limon turşusundan istifadə etməkdədir. 3,5 kq-lıq standart maşınlara 15 qr-lıq 4 limon turşusu paketi bəs edər. Əgər maşının həcmi böyükdürsə onda limon turşusunun miqdarını artırırıq. Hətta bəziləri 5 kq-lıq maşın üçün 100qr –lıq 2 limon turşusu paketindən istifadə etməyi məsləhət görürlər.
Lomon turşusunu maşının yuyucu toz tökdüyünüz hissəsinə səpin və maşını ən yüksək yuyulma dərəcəsində, ən yüksək temperaturda proqramlaşdırın. Mənim maşınımda bu 137 dəqiqə tsikllə, 90C «pampıq» rejimidir.
Limon turşusu ideal şəkildə ərpi içəridən təmizləyir. Elə ilk su axınında maşınınızın detallarında nə qədər zibil və çirk olduğunu görə biləcəksiniz.
Əgər limon turşusunun effektini öz gözlərinizlə əyani şəkildə görmək istəyirsinizsə, 1 çay qaşığı limon turşusunu çaydana töküb qaynadın, sonra soyudun.
Şəxsən mən, paltar yuyan maşının belə təmizlənməsindən çox razıyam. Heç bir kimyəvi maddədən istifadə etmirəm. Bu da o deməkdir ki, sağlamlığımız üçün heç bir təhlükə də yoxdur.