Mantar islansın ki, hava keçirməsin
Şərabları ideal olaraq üfüqi vəziyyətdə saxlayın. Şüşənin üfüqi qoyduğunuz zaman mantar şərabla təmas edərək isladır və məsafələrdən lazımsız havanın keçməsini əngəlləyir.
Şərab şüşəsini səsdən uzaq tutun
Şərabları illərlə saxlamaq istəyirsinizsə, yüksək səs olan ortamlardan uzaq tutun. Həmçinin günəş şüalarının düşməməsinə də diqqət edin. Üfüqi şüalar xoşagəlməz təsirlər yarada bilər. Ən ideal ortam az işıqlı məkandır. Həmin məkanda kimyəvi qoxularda olmamalıdır.
70 % rütubətlilik, 12-16 dərəcə istilik uyğundur
Şərabı saxladığınız məkanda rütubətliliyə diqqət etməlisiniz. Məkanın istiliyi də şərabın dadına xüsusi təsir edir. Təqribən 12-16 dərəcə istilik məsləhətlidir. Bütün bu şərtləri özündə birləşdirən məkan yoxdursa, şərab saxlamaq üçün xüsusi "şəran şkafları«na üstünlük verə bilərsiniz.
Yeni şərabları 1-2 gün soyuducuda saxlayın
Yeni şərabları açdıqdan sonra mantarı möhkəmcə bağladıqdan sonra 1-2 gün ərzində soyuducuda saxlayın.
Köhnəlmiş şərablar açdıqdan sonra saxlamaq olmaz
Köhnəlmiş, illərlə saxlanılan şərabları açdıqdan sonra mütləq içmək lazımdır.