Təbii qida boyaları

Təbii qida boyaları


Uşaqların əlvan qidaya daha çox həvəsli olduqlarını bilən analar qidanın sağlam və gözəl görünüşlü olması üçün kimyəvi qatqısız kulinariya nümunələri hazırlaya bilərlər. Təbii rənglərdən istifadə etməmişdən öncə aşağıdakı bir sıra məqamları nəzərdə saxlamaq lazımdır.

Təbii rənglər konsentrasiya cəhətdən daha durudurlar və bu xassə onlardan daha tünd rənglər almaqda çətinlik yaradır. Beləki, böyük miqdarda əlavə edilən maye hazırlanan qidanın teksturasını dəyişə bilər.

Təbii rənglər özlüyündə dada malik olduğundan böyük miqdarda istifadə edildikdə qidanın dadına təsir edə bilər. Lakin az miqdarda onların dadı heç hiss olunmayacaqdır. Ədviyyat, meyvə, bitki və tərəvəz tozları qidaya əlavə maye əlavə etmədən dolğun rəng qatmağa imkan yaradacaqdır. Bu səbəbdən daha tünd rənglər üçün mayedənsə toz halında olanlara üstünlük verilməlidir.

Tərəvəz əsaslı rənglər bişirilərkən qəhvəyi rəng ala bilər. Bu səbəbdən bişirilməsi tələb olan reseptlərdə tərəvəz əsaslı rənglərdən istifadə etməmək məsləhətdir. Bu rənglərin tündləşməməsi üçün onları 1:6 nisbətində limon şirəsi və sirkə ilə qarışdırmaq olar. Həmçinin tərəvəzləri öncədən bişirmək onların rənglərini qorumağa imkan verəcəkdir. Buna görə də qidaya çiy tərəvəz şirəsi əlavə etməkdənsə, onun bişmiş püresini əlavə etmək daha səmərəlidir.

Nədən hansı rəngi almaq olar?

Qırmızı:
Çuğundur tozu
Nar şirəsi
Moruq püresi (toxumlarını təmizləmək üçün süzgəcdən keçirilmiş)
Çuğundur şirəsi

Çəhrayı:
Çuğundur şirəsi
Moruq şirəsi

Narıncı:
Kök şirəsi
Kök tozu
Paprika (şirin qırmızı bibər tozu)

Sarı:
Sarıkök tozu
Zəfəran

Yaşıl:
Cəfəri şirəsi
Səməni şirəsi
İspanaq şirəsi

Göy:
Qırmızı kələm şirəsi

Mavi:
Qırmızı kələm şirəsinə bir çimdik soda əlavə etməklə.

Bənövşəyi:
Qara üzüm şirəsi

Qəhvəyi:
darçın kakao
Qara:
aktivləşdirilmiş kömür həbləri

Mənbə: www.nourishingjoy.com
Top