Cücərmiş kartofu istifadə etmək olarmı?

Cücərmiş kartofu istifadə etmək olarmı?


Mətbəxdə saxlanmaqdan cücərən kartoflara çox rast gəlinir. Mütəxəssislər bu cür kartofaları yeyərkən ehtiyatlı olmağa çağırır.

Kartof işığa çox məruz qaldıqda kimyəvi maddə olan sola istehsalına səbəb olur. Bu səbəbdən də kartoflar qaranlıq və sərin mühitdə saxlanmalıdır.

Kartoflar cücərdikdə nə baş verir?
Kartofa yaxından baxdıqda üzərində kiçik nöqtələr olduğunu görərik. Bu nöqtələr kök bağlarıdır. Yer üstündəki bitkilərdə bu bağlardan yeni yarpaqlar və budaqlar çıxır. Əgər kartofu da işıqlı yerdə saxlasanız, vaxt keçdikcə bu nöqtələrdən cücərtilər çıxar. Evdəki istilik səbəbindən yetişməsində günəş işığı da rol oynayır.

Kartof cücərdikdə niyə yemək olmaz?

Günəş işığına məruz qaldıqda yumru kök bitki olan kartofda bir sıra fizioloji reaksiya baş verir. Xlorofil istehsalı yaşıl rəngin yaranmasına səbəb olur. Yaşıl rəng zərərli deyil, əksinə, dəmir kimi faydalı mineralların artımını təmin edir. Lakin gün işığı və istilik kartofdakı sola istehsalına gətirib çıxarır. Sola çox miqdarda qəbul edildikdə zəhərlənmə əlamətlərinə səbəb olur. Mədə bulanması, ishal, qusma, mədə spazmı, boğazda yanma, baş ağrısı və baş gicəllənməsi müşahidə edilə bilər. Bu kimyəvi maddə kartofun qabıqlarının altında daha çox miqdardadır. Buna görə də rəngi yaşıla çevrilən və cücərmiş kartofları yemək məsləhət deyil.
Top