Hamam otağı üçün bitkilər

Hamam otağı üçün bitkilər


Ağ divarlar arasında soyuq duş almaq yəqin ki, sıxıcıdır. Elə isə təbiətlə əlaqə qurmaq vaxtıdır. Bu fikir sizi həvəsləndirəcək. Nəzərə alın ki, hər cür ev çiçəyini hamam otağında yaşada bilməzsiniz. Ona görə də seçiminizdə diqqətli olmalısınız.

Aloe vera
Bir ev klassiki olan aloe vera hamam otağınızda da yaşaya bilər. Yanıqlar, kəsiklər, zədə, böcək dişləməsi kimi bir çox dəri probleminə yaxşı təsir edən tibbi bitkidir. Mövsümi olaraq suvarılan, işıqlı və isti məkanlarda yetişən bitki növdür. Qulluq edilməsi olduqca asan, solması bir o qədər çətindir.

Azalea
Həm özü, həm də qoxusu gözəl olan azalea hamam üçün ən uyğun bitkilərdən biridir. Rəngli çiçəkləri ilə hamam otağınıza rəngarənglik qatacaq. Saxsıda yetişən azaleaya qulluq etmək də olduqca sadədir, yalnız gözəl və baxımlı görünməsi üçün bir az səy tələb edir. Qismən kölgədə böyüyür, ancaq yenə də bir az günəş işığına ehtiyacı var.

Ribbon gülü
Bu gülə qulluq asandır. Hamam kimi nəmli mühitdə inkişaf edə bilir. Tavandan sallanan bir saxsıda xüsusilə gözəl görünür. Bunlardan bir neçə dənə əldə etsəniz, hamam otağınızda kiçik bir bağ ab-havası qatacaqsınız.

Çin Hərdəm yaşılı
Çin Hərdəm yaşılı həmişəyaşıl bitkidir. Hamamda yetişdirmək üçün idealdır. Nəmli, isti və kölgəli mühitləri sevir. Yarpaqları nə qədər tünd sarıdırsa, o qədər az günəş işığına ehtiyacı var.

Gardenia
Gardenialar evdə də, bağçada də olduqca məşhur bitkilərdəndir. Hamam kimi nəmli mühitləri sevirlər. Yenə də gün işığı düşən pəncərəsi olan bir hamam otağında yetişdirilməlidir. Çiçəkləri və qoxusu ilə möcüzəvi seçimdir.
Top