İnanmaq çətin olsa da evdə makaron hazırlamaq üçün sizə un, yumurta və bir çimdik duz kimi adi inqrediyentlər lazımdır. Əgər evdə spagetti hazırlamağa hələ də tərəddüd edirsinizsə bu mətbəx tapşırılğını yerinə yetirməkdə sizə yardımçı olacaq bir neçə məsləhətə diqqət yetirin.
İlk olaraq quru inqrediyentləri ələkdən keçirin – üç nəfərlik makaron hazırlamaq üçün sizə 200 qram un və 1 çay qaşığı duz lazımdır. Onları xəmiri yoğurmaq üçün istifadə etdiyiniz təmiz və hamar səthin üzərinə qoyun. Sonra undan təpəcik düzəldin və təpəciyin ortasından bir iri yumurta ölçüsündə dəlik düzəldərək içinə yumurta tökün. Qarışdıran zaman xəmir yumşaq və elastik forma alana qədər üzərinə un səpin.
Xəmir həddən artıq quru olarsa bir qaşıq su, həddən artıq yumşaq olarsa bir qaşıq un əlavə edin. Sonra suyun və yumurtanın una daha yaxşı hopması üçün xəmirin üzərini dəsmalla örtüb 15 dəqiqə saxlayın. Sonra xəmiri kiçik bərabər dilimlərə ayırın və üzərinə azca un səpərək yarım santimetr qalınlıqlı düzbucaq formasına salın.
Daha uzun makaron əldə etmək üçün düzbucaqları bir-birinə birləşdirin. Sonda makarona müvafiq formanı verin. İti mətbəx bıçağı və yaxud da pizza və ya makaron üçün xüsusi bıçaq vasitəsilə makaronu istədiyiniz endə zolaqlara ayıra bilərsiniz.