Hansı yataq dəstlərini seçməli?

Hansı yataq dəstlərini seçməli?

Yay istilərində davamlı yuxu həsrəti çəkənlər yataq örtüyü dəstlərini yenidən nəzərdən keçirsinlər. Sintetik, poliefir kimi hava almayan parçalardan hazırlanan yataq dəstləri həm yuxu keyfiyyətinə, həm də sağlamlığa mənfi təsir edir. İdeal bir yuxu üçün təklif edilən yataq dəstləri 100 faiz pambıqdan hazırlanmalıdır.

Yayda havalar çox isti olduğundan insanlar yatmaqda çətinlik çəkirlər. Bütün pəncərələrin açıq olmasına və nazik yataq paltarları geyinməyinizə baxmayaraq, nizamlı yuxu yata bilmirsiniz. Bu cür vəziyyətə istilər qədər, keyfiyyətsiz yataq dəstləri də səbəb olur.

Odur ki, mütəxəssislər hava keçirmə xüsusiyyəti olan parçalara üstünlük verməyi məsləhət görür. Pambıq tərkibi olan yataq dəstləri ilə yay günlərində belə, rahatlıqla yata bilərsiniz. Hava keçirən, təbii parçalar yataq dəstləri üçün idealdır. Bu xüsusiyyətə malik olan yataq dəstləri nəmi çəkir və təri əmir. Sağlamlıq baxımından uyğun olması ilə yanaşı, yumşaq toxunuşu sayəsində narahatlıq hissi yaradaraq keyfiyyətli bir yuxu təmin edir. 

Parlaq, yumşaq, hamar toxunuşları ilə pambıq yataq dəstləri sağlamlıq baxımından məsləhətdir. Bununla yanaşı, yay üçün seçilən dəstlər rəng baxımından da fərqli olmalıdır. Yay ayları üçün rəng təklifləri isə mavi, boz, ağ, qum berji və pudra kimi pastel tonlarıdır.
Top