Mətbəxdə ən çox istifadə etdiyimiz əşyalardan biri də mətbəx bıçağıdır. Lakin bu bıçaqlardan istifadə zamanı bir sıra məqamlara diqqət yetirmək lazımdır. mətbəxdə bıçaqdan istifadə ilə bağlı bir sıra tövsiyyələri diqqətinizə çatdırırıq:
İti bıçaqlar
İnsanlar çox vaxt elə bilirlər ki, bıçaqla iş görərkən yaralanmaların əsas səbəbkarı iti bıçaqlardır. Bu, yanlış düşüncədir. İti bıçaqlardan qorxmayın. Çünki iti bıçaqla hər hansı bir şeyi kəsərkən istifadə olunan güc, xərclədiyiniz enerji minimum olur. Ancaq iti olmayan küt bıçaqlarla işləyəndə daha çox enerji sərfinə daha çox yaralanmağınıza səbəb olur. Kəsəcəyiniz parçaya uyğun bıçaqdan istifadə edin.
Doğrama taxtası
Hər şeydən öncə üzərində iş görəcəyiniz doğrama taxtası çox vacibdir. Onun hazırlandığı material önəmlidir. Uyğun doğrama taxtası istifadə etmək və bıçaqları yumaq əsasdır. Əsasən taxta, bambu və plastik doğrama taxtaları məsləhət görülür. Şüşə, metal, keramika və daşdan hazırlanmış doğrama taxtaları isə bıçaqlarınıza zərər verir.
Doğranış üsulları
Mətbəxdə iş görərkən yaralanmamağın ən vacib amillərindən biri də düzgün kəsmə, doğrama texnikasıdır. Barmaqlarınızı aşağı doğru qıvırın və baş barmağınızı qoruyun. Mətbəxdə baş verə biləcək bıçaq qəzalarını azaltmaq üçün düzgün və uyğun kəsmə qaydalarını öyrənin.
Düzgün seçim
Bıçaq alanda ehtiyacınıza görə və sizə lazım olanını seçin. Başqa birisi üçün mükəmməl olan bir bıçaq sizin üçün yararsız ola bilər. Bıçaq alanda, əgər mümkün olsa, əlinizə uyğun olub-olmadığını nə isə kəsərək yoxlayın.
Ümumi qayda olaraq, müxtəlif qidalar üçün fərqli bıçaqlardan istifadə edin.
Yuyulma qaydası
Bıçaqlarınızı çirkli suya atmayın. Kəskin bıçaqlar, qabyuyan mayenin sürüşkən suyu və əlləriniz. Nəticə əlləriniz üçün pis ola bilər. Bıçaqlarınızı istifadə etdikdən sonra yuyun, qurulayın və uşaqların əlinin çatmayacağı bir yerə qoyun.