Köynəklərin səliqəli və qısa zamanda ütülənməsi

Köynəklərin səliqəli və qısa zamanda ütülənməsi

Paltar ütüləmək bir qədər yorucu və məsuliyyətli işdir. Hər bir xanıma, hələ əlinə ilk dəfə ütü alan xanımlara bu iş çox çətin gələ bilər. Amma bu heç də belə deyil. Bu dəfə Sizlərə paltarların düzgün, səliqəli və qısa zamanda ütülənməsinə dair maraqlı məlumatlar təqdim edirik:

Ütü masasını uyğun yüksəklikdə qurun. İstər oturun, istər ayaqda durun. İstiliyi düzgün düzəldin. İstiliyi hər paltarın materialına görə düzəldin.Ortadan başlayıb kənara doğru ütüləyin.Möhkəm basdirmağa ehtiyac yoxdur, özəlliklə buxar istifadə edərkən, çünki işi görən buxarın gücüdür ağırlıq deyil.

Bəzi anlara diqqət edin: Bütün ipəklikləri tərsindən ütüləyin.İşlənmiş ipəklər nəmliykən ütülənməli, amma spreylənməməli, çünki ləkələr əmələ gələ bilər.Həm ipəklər quruykən ütülənməməlidir. İşlənməli parçalar və sintetik dərilər tərsindən ütülənməlidir.

Köynəklərin düzgün ütülənmə qaydası:
Hər zaman yuxarı aşağı ütüləməyi unutmayın. Çünki dairəsəl hərəkətlər paltara zərər verə bilər.

Yaxa: Yaxanı alt bölümündən başlayaraq, uclarına doğru çalışıb sonra ortaya geri dönün.

Çiyin. Boyun bölgəsi: Boyun bölgəsini ütünün dar ucu üzərinə keçirərək düzləşdirin və çiyindən arxa bölümün ortasina doğru ütüləyin. Digər tərəfdə bu işləmi təkrar edin.

Qol ağzı.(bilək hissəni): Əvvəl iç bölümünü sonra isə çöl bölümünü ütüləyin.

Qollar: Hər iki qolu bilək hissədən başlayaraq ütüləyin, sonra arxa bölümünü.

Bədən: Köynək bədənini. Önün bir bölümünü, sonra digərinə davam edərək ütüləyin.
Sonda isə bütün köynək ütüləndikdən sonra yaxanın üst bölümünə bir daha basdırın.
Top