- Əgər sup-püre hazırlayırsınızsa, yaxşı olar ki, ona bulyonda isladılmış çörək ovuntuları əlavə edəsiniz. Belə şorbalar adətən qaynadılmır.
- Şorbanın kəfi üzə çıxsın deyə, qaynadarkən mütləq soyuq su əlavə etmək lazımdır. Əgər ətirli və dadlı şorba əldə etmək istəyirsinizsə, odu çox az qoyun.
- Əgər mal ətindən şorba hazırlayırsınızsa, çoxlu tərəvəz qatmaq məsləhət deyil. Belə halda ətin şorbaya verdiyi ətir və dad itəcək. Ümumiyyətlə balıq və göbələklə olan şorbalara tərəvəzləri bitki yağında qızardıb əlavə etməniz məsləhətdir. Südlü şorbalara qatdığınız tərəvəzləri isə kərə yağında qızardın.
- Balıq şorbasının daha dadlı olmasını istəyirsinizsə ona bir neçə balıq növünü əlavə etməniz məsləhətdir. Balığın qəlsəmələrini mütləq təmizləyin. Əks halda şorbanız acı dadacaq, rəngi isə bulanlıq olacaq. Əgər belə bir hal yaranarsa, narahat olmağa dəyməz. Duz ilə çalınmış yumurta ağı şorbanın rəngini açmağa kömək edəcək.
- Göbələkli şorbanın ətirli olması üçün, ona müxtəlif ölçüdə göbələk əlavə edə bilərsiniz. İri göbələklər dad və rəng, xırda göbələklər isə ətir verəcək. Ən dadlı göbələk şorbaları şampinyon, ağ göbələk və quzugöbələyindən hazırlanır.
- Düyü şorbasını sevənlərə düyünü yaxşıca yuyub, 3-4 dəq qaynatmaq və aşsüzəndə saxlamaq məsləhət görülür. Sonra artıq bişirə bilərsiniz. Şorbanızın rəngi şəffaf qalacaq.
- Əgər duzlu xiyar ilə şorba hazırlayırsınızsa, onu axıra yaxın yeməyinizə əlavə edin. Əks halda şoraba öz təbii rəngini itirəcək.
- Bilirik ki, şorbaların əksəriyyətinə qızarmış soğan vurulur. Əgər soğanın yaxşı qızarmağını istəyirsinizsə, çox az miqdarda şəkər tozu əlavə edib qovurmağınız məsləhətdir.
Bu sadə qaydalara əməl edin və sizin şorbanız həmişəkindən daha fərqli dada malik olacaq!