Evdar xanımların işini asanlaşdıran alətlər

Evdar xanımların işini asanlaşdıran alətlər

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən elektrik əşyalarının ilkin formalarını yəqin ki, bir çoxunuz heç görməyib. Bu yazımızda sizə əsasən, evdar xanımların həyatını rahatlaşdıran məişət əşyalarının tarixindən bəhs edəcəyik.

— Qadınların mətbəxdə bir nömrəli köməkçisi qabyuyan maşın ilk dəfə 1886-cı ildə Jozefin Kokreyn tərəfindən icad edilib. Lakin maşının işləməsi üçün bol miqdarda isti su lazım olduğundan əvvəlcə müəssisələrdə, 1970-ci ildən sonra isə evlərdə istifadə olunmağa başlayır.

— Müasir dövrdə geniş şəkildə istifadə olunan fen ilk dəfə Fransız saç ustası Aleksandr Gödefoy tərəfindən 1890-cı ildə ərsəyə gətirilib. 1925-ci ildə isə alüminiumdan hazırlanan bu fenə taxtadan qulp qoyulub.

— Tozsoran ilk dəfə Uiliyam Henri tərəfindən 1908-ci ildə icad olunub. Qeyd edək ki, tozsoran 1920-ci illərdə ticarət məqsədilə istehsal edilən ilk modeldir.

— Səhər yeməklərində uşaqların əvəzolunmaz qidası qızardılmış çörəkdir. Çörək qızardan maşın ilk dəfə «Crompton & Company» şirkəti tərəfindən 1893-cü ildə hazırlanıb. 1909-cu ildə isə «General Electric» onu ticarət məqsədilə istehsal etməyə başlayıb.

— İlk naqilsiz telefon isə «DynaTAC 800x» markalı modeli 1983-cü ildə satışa çıxarılıb. 3995 dollara satılan bu telefonla cəmi 30 dəqiqə danışmaq mümkün olub. Telefonun enerji saxlama müddəti 8 saat olub.

— Mətbəxin ən dəyərli əşyası hesab edilən soba 1946-cı ildə icad edilib. İlk modelləri ABŞ-da satışa çıxarılıb.

— Elektriklə işləyən paltaryuyan maşının tarixi isə 1906-cı ilə qədər uzanır. «The Thor» markalı bu maşın isə 1927-ci ilə aiddir.

— Kiçik ekranlı televizor isə Persi Pakman tərəfindən 1930-cu ildə isveçrəli mühəndis Con Logi Baird üçün hazırlanıb. Lakin baha qiymətə olan bu modeldən cəmi min ədəd satılıb. İlk televiziya yayımı isə 1929-cu ildə gerçəkləşib.
Top