Təmizləyici vasitələrin evdə hazırlanması

Təmizləyici vasitələrin evdə hazırlanması

Pəncərə, qapı, yer, hamam kimi yerləri təmizlmmək üçün dükanlarda satılan kimyəvi məhsullara pul xərcləmənizə ehtiyac yoxdur. Təmizlik işləri üçün lazımi vasitələri özünüz evdə hazırlaya bilərsiniz. Bunun üçün sizə lazım olacaq tək şey sirkə, su, karbonat (soda), paltar sodası, boraks, limon duzu, duz, qliserin, spirt, hidrogen peroksid olacaq.

Sirkə parıldadıcı özəlliyinə görə şüşə və pəncərə təmizliyində istifadə oluna bilər.

Pəncərə və güzgü təmizliyi
1 sprey şüşəsinə 1 stəkan sirkə, 3 stəkan su qatıb çalxalayın. Bu qarışımı şüşə, ya pəncərə üzərinə sıxaraq təmiz parçayla silin.

Pəncərələri silmək üçün yenə bir sprey şüşəsinə 3 stəkan ilq su, 2 stəkan sirkə və 1 xörək qaşığı yuyucu tozu əlavə edib qarışdırın.

Hamam güzgüsü və duş kabinetinin şüşəsini buxar tutmaq üçün 4 stəkan suya 1 çay qaşığı qliserin əlavə edərək qarışdırın. Buxarlanmanı əngəlləyəcək.

Yer təmizliyi
Bunun üçün 1 vedrə suya 1 xörək qaşığı karbonat, 1 stəkan sirkə, 1 stəkan gül suyu, 10-15 damcı gül ətri qataraq yerlərinizi silə bilərsiz. Ancaq sirkə və limonu heç vaxt mərmər təmizliyi üçün istifadə etməyin.

Tualet,  hamam və unitaz təmizliyi
Bunun üçün antibakterial xüsusiyyətinə görə boraks istifadə etmək düzgün olar. 1 litr ilıq suya 1 stəkan boraks və 1 stəkan karbonat əlavə edin. Gözəl qoxu verməsi üçün efir yağı da tökə bilərsiz.

Metlax, kafel aralarının təmizliyi üçün karbonat və sirkə, ya da limon suyundan faydalana bilərsiz. Kirli bölgələrə karbonat səpin, üzərinə limon suyu, ya da sirkə töküb köpüklənməsini gözləyin. Sonra nəm parçayla təmizləyin.

Tıxanmış unitazı açmaq üçün unitazın gedən qisminə 1 xörək qaşığı iri qaya duzu, 1 stəkan sirkə tökün.

Kirli, paslanmış bölgələrin təmizliyində karbonat çox təsirlidir. Dezinfeksiya üçün sprey şüşəsinə 3 stəkan 70%lik sirk, 3 stəkan su əlavə edin.

Getməyən kirləri və ləkələri təmizləmək üçün sprey şüşəsinə 2 stəkan hidrogen peroksid və 1 stəkan qab yumaq üçün yuyucu tozu əlavə edin. 

Top