Tomatın düzgün saxlanması

Tomatın düzgün saxlanması

Tomat daha çox pomidor və qırmızı bibərlərin əzildikdən sonra suyunun çıxarılması və qaynadılması ilə hazırlanan qidadır. Tomatlarda isə nəmlə bağlı olaraq kiflənmə çox tez-tez yaşanır. 

Evdə hazırlanan tomatlarda deyil, daha çox hazır tomatlarda kiflənmə olur. Düzgün saxlanma və istifadə üsulları ilə tomatlarınızın kiflənməsinin qarşısını ala bilərsiz. 

— Tomatların dəmir qutuda olmasına diqqət edin. Tomatın ağzından götürərkən boş qalan hissəsini doldurana qədər duru yağ tökün. Yağ soyuducuda donub tomatın kiflənməsini əngəlləyəcək.

— 1 kilo tomata 1 stəkan bitki mənşəli yağ əlavə edin və bir qazanda az odda qaynadaraq bişirin. 1 yemək qaşığı turşuluq duz əlavə edin. Soyuduqdan sonra təmiz bir cam qaba qoyub saxlayın.

— Soyuq yerdə saxlayın.

— Hava keçməsin.

— Duz ilə qarışdırıb yağ əlavə edilməsi kiflənmənin qarşısını alır.

— Tez müddətdə istifadə edin.

— Ağzını açdıqdan sonra yaxşı bağlanmasa, ağzına stəkan qoyun.

Top