Yeməyi bir dəfədən artıq isitməyin

Yeməyi bir dəfədən artıq isitməyin

Dünəndən qalan yeməyi ertəsi gün isidib yemək hər evdə artıq bir ənənəyə çevrilib. Bəs görəsən bu etdiyimiz doğrudurmu?

Qida zəhərlənməsinin səbəbkarı bəlkə də elə özümüzük. Ev xanımları axşamdan bişirdikləri yeməklərin artığı qalanda soyuducuya qoyub ertəsi gün isidərək yenidən süfrəyə təqdim edirlər. Bunun qida zəhərlənməsinə səbəb olduğunu bildirən mütəxəsislər ev xanımlarını ciddi şəkildə xəbərdar ediblər.

Ertəsi gün yeməyin ancaq yeyiləcək miqdarının isidilməsi gərəkdir. Yemək bişirildiyində qida zəhərlənməsinə yol aça biləcək bakteriyalar ölür. Yeməkləri, xüsusən ətləri yaxşı bişirmənin vacibliyini qeyd edən mütəxəssislər qidanın hər tərəfli bişməsinə diqqət edilməsini vacib buyururlar. 

Yeməkləri təkrar-təkrar isitməyin 
Dünəndən qalan yeməkləri ertəsi gün yediyinizdə hər tərəfinin isindiyinə əmin olun. Çünki yeməyi soyuducuda saxladıqda bakteriyalar yenidən yaranır və bu da qida zəhərlənməsinə səbəb olur. Ancaq yemək isidildiyində bakteriyalar ölür.

Qida zəhərlənməsinə yol açan bakteriyalara diqqət edin 
Bakteriyaların yaranmasının və zəhərlənmə hallarının qarşısını almaq üçün qidaları doğru temperaturda bişirmək vacibdir. Soyuq halda saxlanması gərəkən qidaları otaq temperaturunda saxladıqda zəhərlənməyə yol aça bilər. Yeməyin qalan hissəsini dərhal çox dərin olmayan qaba boşaldıb, arasında məsafələr açdıqdan sonra soyuducuya qoymalısınız. Qida zəhərlənməsi çiy yeməklərin bişmiş yeməklərlə təmasda olması, əllər, istifadə edilən mətbəx əşyaları, bıçaq vasitəsilə baş verir. Buna görə çiy yeməklərə əllərinizi vurduqdan sonra əllərinizi mütləq yuyun. Çiy yeməkləri sellofana, ya da qaba töküb soyuducuya qoyun.

Yemək bişirən ev xanımlarına önəmli məsləhətlər 
Təmizlik qaydalarına riayət etmək lazımdır. İstifadə edəcəyiniz mətbəx əşyalarını, qabları təmiz saxlayın. Tualetə getdikdən sonra, çiy qidalara toxunduqdan sonra əllər yuyulmalıdır. İshal və ya qusma kimi narahatlığınız olanda qidalara toxunmayın. Əllərinizdə yara, ya da kəsiklər olduğunda su keçirməyən sarğılarla bağlamadan yeməklərə toxunmayın.

ailem.az
Top