İşıqlandırma hiylələri

İşıqlandırma hiylələri

İstifadə etdiyiniz işığın mövqeyi evinizin dekorasiyasına ciddi təsir edir. İşıqlandırma hiylələriylə evinizdə möcüzələr yarada bilərsiniz.

Planlayın
Otağınızı işıqlandırmazdan əvvəl, otağınızda necə abu-hava yaratmaq istədiyinizə qərar verərək işə başlaya bilərsiniz. İşıqlandırmada istifadə edəcəyiniz məhsul, otağınızın tavanlarının daha hündür görünməsini təmin edə bilər. İstifadə etdiyiniz işıqlandırmadan otağınızı olduğundan daha geniş ya da daha fərah göstərə bilərsiniz.


İşığın rəngi
İşığın rənginə bağlı olaraq otağınızda isti mühit yarada bilərsiniz. Bundan başqa səhv işıqlandırma nəticəsində, otağınığınızın olduğundan qaranlıq, kiçik və darıxdırıcı bir məkan olaraq da görünməsinə səbəb ola bilərsiniz. Seçdiyiniz işıqlandırmaya görə otağınığınız rəngini belə fərqli göstərə bilərsiniz.

Tavanınınız hündür görünsün
Əgər tavanların olduğundan hündür görünməsini istəyirsinizsə yuxarı istiqamətlənən işıqlandırma seçə bilərsiniz. Otağınığın fərah görünüşə sahib olması üçün tavana yaxın işıqlandırmalar istifadə edə bilərsiniz. Kiçik otaqlarda mümkün olduğunca sallanan işıqlandırma məhsulları istifadə etməkdən çəkinin. Uzunsov işıqlandırma, otağınığızı olduğundan daha kiçik görünməsinə səbəb olacaq.

Otağın işıqlandırmasında panellərdən faydalanacaqsınızsa, bu panelləri otağınığınızın sonuna doğru yerləşdirin. İşığın olduğu istiqamətə baxdığınızda işıq gözünüzə düşəcək və otağı olduğundan daha uzun göstərəcək.

Tavanınız hündürdürsə
Eviniz hündür tavanlıdırsa, yuxarı istiqamətləndirilən işıqlandırmaları istifadə etməkdən çəkinin. Yuxarı doğru edilən işıqlandırma hündür tavanlarınızı daha da yüksək göstərəcək. Bunun yerinə yüksək tavanlı otaqlarınızda abajur istifadə etmənizi təklif edərik.
Top