“Bağım balacadır, heç nəyə yaramaz” deyə düşünməyin. Sizə kiçik bağlar üçün bəzi məsləhətlər təqdim edirik.
Pəncərə saxsıları — Günəş işığı düşən pəncərənizdə yetişdirə biləcəyiniz qədər bitki yetişdirə bilərsiniz.
Həyət bağı — Geniş torpaq sahələrində yetişdirilən bitkilər üçün günəş işığı nə qədər əhəmiyyətlidirsə, balaca ərazilərdə yetişdirilən bitkilər də bir o qədər vacibdir. Gilsiz torpaq istifadə etmək ən ideal hesab olunur. Bitkilər suya nə qədər yaxın olsa, o qədər yaxşıdır.
Qutuda çay bağçası — geniş taxta bir qutuya müxtəlif bitkilər əkə bilərsiniz. Qutunu evin ən çox günəş düşən hissəsinə yerləşdirin.
Əgər eyvanınız, həyətiniz günəşlidirsə, hər bitkini və ya tərəvəzi saxsı qablarda da olsa, yetişdirə bilərsiniz. Ancaq unutmaq lazım deyil ki, pomidor, xiyar və bu kimi tərəvəzlərə daha böyük saxsı qablar lazımdır.
Bitki əkərkən daha çox məhsuldar olanını seçin. Bir neçə iri pomidoru gözləmək yerinə, daha məhsuldar olan digər xırda növlərini əkin.
Şəhərdə yaşayanlar üçün ən gözəl seçim ədviyyatlardır. Çünki ədviyyatların gübrəyə ehtiyacı olmur, sadəcə günəş işığı və su kifayət edir.
Gözə xoş görünən bitkilər seçin. Saxsı qablara bir neçə qarışıq çiçək toxumu səpməklə fərqli, rəngli bir görüntü yarada bilərsiniz.
Böyümənin sürətli olması üçün həftədə bir dəfə bitkinin dibindəki yaşıllıqları təmizləyin. Bitkilər zəifləməyə başlayanda isə torpaqdan çıxarıb, yeni toxum əkin.
ailem.az