Güzgü istənilən interyerin ayrılmaz atributudur. Onun əhəmiyyətini qiymətləndirmək çətindir, çünki o praktiki olaraq hər yerdə lazımlıdır.
Hətta əgər mənzildə tək subay kişi yaşayırsa, onun evində həmçinin ən azından bir güzgü olacaq. Çox vaxt biz təmizlik işləri apararaq güzgülərin necə düzgün təmizlənməsi haqqında düşünürük.
Biz sizə güzgülərə düzgün qulluq haqqında bir neçə sadə və praktiki məsləhətlər təqdim edirik.
Çoxları bildiyi kimi güzgü incə gümüş və ya alüminium qatı olan şüşədir ki, üzdən xüsusi bərkidici tərkiblə örtülür. Bu o deməkdir ki, güzgüləri də təxminən adi pəncərələr kimi yumaq lazımdır.
Otaqlarda quraşdırılmış güzgülərin yuyulması bir, sanitar yerlərdə quraşdırılmış güzgülərin yuyulması isə digər xüsusiyyətlərə malikdir.
Məsələn: vanna otağında olan bütün güzgülər əvvəlcə sabun ləkələrini və ərpi həll edən yuyucu vasitələr ilə təmizləmək lazımdır. Bu cür ləkələrin yaranmasından qaçmaq olmadığı üçün, onları heç olmasa həftədə bir dəfə təmizləmək lazımdır ki, əks təqdirdə bu ləkələri sonradan təmizləmək çox çətin olacaq.
Yumadan başqa, güzgülər xüsusi qulluq tələb edir ki, siz onu uzun müddət istifadə edə biləsiniz. Sizə güzgülərə qulluq üçün bəzi məsləhətlər təqdim edirik.
Su və kağız (qəzet və ya salfetlər)
Bu üsul sadə, effektiv və sərfəlidir. Güzgünü tərtəmiz yumaq üçün, əvvəlcə onu yaş əski ilə yumaq lazımdır ki əvvəl çirki yuyulsun. Sonra qəzeti və ya salfeti əzib və dairəvi hərəkətlərlə güzgünün bütün səthini parıldatmaq lazımdır. Siz işinizi bitirdikdən sonra güzgü inanılmaz dərəcə parıltılı olacaq.
Naşatır spirti və diş tozu
Bunun üçün 1:1 nisbətində naşatır spirti və diş pastasını qarışdırıb əski ilə güzgüyə çəkib təmizləmək lazımdır. Bundan sonra güzgünü yuyub yumşaq salfetlə parıldadırıq. Bu üsul ləkələri olan və çirkli güzgülər üçün aktualdır.
Yaşıl çay
Güzgünü yumaq üçün daha bir sadə üsul onu yaşıl çay dəmi ilə yumaqdır. O güzgünü palçıqdan və ləkələrdən əla təmizləyir, həmçinin şüşəni parıldadır.
Nəmişlikdən müdafiə
Güzgünün arxa səthinə 1 hissə əridilmiş mum və 2 hissə skipidar məhlulu çəkmək lazımdır. Bunu hazırlıqdan dərhal sonra etmək lazımdır, çünki mum tez donur. Beləliklə siz güzgünü rütubətdən və nəmişlikdən qoruyacaq qoruyucu qat yaradacaqsınız.
Həşəratlardan müdafiə
Profilaktika və həşəratların izlərindən qurtulmaq üçün güzgünü soğanağın yarısı ilə sürtün, onun qurumasına imkan verin, sonra quru əski ilə silin. Soğan həşəratları güzgüdən uzaqlaşdıracaq.
Parıltının verilməsi
Güzgüyə parıltının verilməsi üçün duzlu su, naşatır spirti, lil və sudan hazırlanmış məhlullardan istifadə etmək olar.
Abraziv materiallardan hazırlanmış vasitələrə tabu.
Güzgülərin təmizlənməsi üçün soda, vannaların və mətbəxin təmizlənməsi üçün istifadə olunan toz kimi abraziv materiallardan istifadə etməyin, çünki bu materiallardan səthdə cızıqlar yaranır.
Günəş şüaları
Çalışın güzgüləri düz günəş şüalarından kənarda yerləşdirəsiniz, çünki onlar güzgülərə pis təsir edir.
Kapron corablar
Kapron corablar ilə güzgüləri həm yumaq, həm də ki, onları asan təmizləmək mümkündür.
Spirtli odekolonlar
Spirtli odekolonlar və ya sadəcə təmiz spirt şüşədən istənilən yapışqan ləkələri təmizləməyə kömək edəcək.
Güzgü istənilən interyerin sadə qulluq tələb edən atributudur.
xanim.net