Plovun dadlı olması üçün

Plovun dadlı olması üçün

Plov üçün düyü seçərkən dənələrinin iri olmasına diqqət edin. Düyülər tünd ağ rəngli və üzərində isə qırmızı cizgilər olmalıdır.

Düyü dənələrinin bişəndən sonra dən-dən qalması üçün bişirməzdən əvvəl süzgəcin içərisində nişastası gedənə qədər yuyun.

Plov mütləq kərə yağı ilə bişirilməlidir. Duru yağ istifadə olunsa belə, üzərinə bir parça kərə yağı əlavə olunmalıdır.

Əgər evdə bişirilmiş ətin suyundan istifadə edirsinizsə, bitki yağı ilə bişirməyiniz məsləhətdir. Ət suyundakı təbii yağ nəzərə alınmalıdır.

Düyünü qovurarkən içinə bir az duz əlavə edilməlidir. Beləcə düyülər qırılmaz və dən-dən qalar.

Düyünü dəmləməyə qoyanda uzun müddət qazanın qapağı açılmamalı və qarışdırılmamalıdır. Qarışdırmaq düyünün tərkibindəki nişastanı ortaya çıxarır və düyülər yapışır.

Plovun rənginin ağ olması üçün bişirərkən içərisinə iki-üç damcı limon suyu sıxın.

Bişmiş plov ən az 30 dəq. qapağı açılmadan saxlanılmalıdır.

İçindəki buxarı almaq üçün qapağın altına ağ rəngli dəsmal və ya vboyat çörək qoya bilərsiniz. Qəzet kağızının tərkibində kimyəvi maddələr olduğundan qapağı bunlara bükmək olmaz.
Top