Çay dəmlədiniz amma hamısını içə bilmədiniz, qalan çayı tullamadan əvvəl yaxşı fikirləşin.
Dəmlikdə qalan çayla nələr edə bilərsiniz? Dəmlikdə qalan çayın faydaları saymaqla bitmir. Şiş gözlərə yaxşı təsir etməsindən əlavə, daha bir çox faydası var.
Saçınız cansızdırmı?
Saçınızı şampunladıqdan sonra son su olaraq bir çaydan ilıq çayla durulayın. Saçlarınız parıltı əldə edəcək.
Ayağınızmı iy verir?
İlıq çay dolu bir ləyənə ayaqlarınızı salın və hər axşam yatmazdan əvvəl 10 dəqiqə saxlayın.
Boğaz ağrılarında
Çayı süzüb, soyuyan dəmi boğaz ağrılarında qarqara olaraq istifadə edə bilərsiniz.
Dəriniz çoxmu yağlıdır?
Duşdan çıxmazdan əvvəl son su olaraq bir çaydan çay ilə bədəninizi ovuşturun, dəm balzam vəzifəsini yerinə yetirəcək.
Dərinizdəki yaraların təmizlənməsi
Çayı, dərinizdəki yaraların təmizlənməsi və antibiotik təsir göstərməsi üçün pambıqla tətbiq edərək istifadə edə bilərsiniz.
Əliniz balıq və ya soğanmı iy verir?
Balıq təmizlədiz, əllərinizi sabunla yudunuz və əliniz balıq iy verir. Ya da soğan soydunuz, soğan iy verir. Əlinizi dəmli çayla yuyun.
Gözünüz çirk edir?
Qaynamış çayı bir dəmə qoyub buxarı gözünüzə gələcək şəkildə başınızı üstünə tutun.
Soyuducunuz qoxu verir?
Dəmlikdə qalmış çay paketlərini qurudub bir qab içində soyuducunun orta rəfinə yerləşdirin, qoxudan əsər əlamət qalmayacaq.
Hazırladı: Mirzəyeva F.