Geyimlərdə olan tər ləkələri ilə mübarizə

Geyimlərdə olan tər ləkələri ilə mübarizə

Geyimdə tər ləkələri – kifayət qədər yayılmış problemdir. Onun həllində əsas vaxtı-vaxtında bu ləkəni aşkar edib, ondan qurtulmaqdır.

Köhnə ləkələri praktiki olaraq təmizləmək olmur
Tər ləkələrinin ən “məşhur” yeri yaxalıqlar, manjetlər və qoltuqaltı zonasıdır. Bu ləkələri çıxarmaq üçün bahalı yuyucu tozlar və emulsiyalar almaq vacib deyil. Tamamilə əlçatan vasitələr bu məsələnin tez və effektiv öhdəsindən gəlməyə kömək edəcək.

Maşın yuması
Maşın yumasına qalın amma yumşaq parçalardan hazırlanmış geyimlər ehtiyac duyur ki, onları müəyyən temperatur dərəcəsində yumaq lazımdır. Yuyucu toz ilə birlikdə əsas yuma zamanı maşına 3 həb aspirin əlavə edin. Yaxalama vaxtı maşına sirkə məhlulu tökmək olar. Bu komponentlər sizin texnikanıza zərər vurmayacaq, amma ləkələrə effektiv təsir edəcəklər.

Əl yuması
Təzə tər ləkələrini sabun məhlulunun və naşatır spirtinin köməyi ilə uzaqlaşdırmaq olar.

İpək parçalardan tər ləkələrini hidrogenin peroksidi çıxarmağa kömək edəcək. Bunun üçün 10 ml. məhlulu 1 stəkan su ilə qarışdırıb 5 dəqiqə saxlayın. Ləkənin üzərinə əvvəl sabun məhlulu vurun, sonra peroksidi tökün.

Pambıq və yun parçalardan tər ləkələrini xörək duzu təmizləyə bilər. Bunun üçün 100 q. duzu ½ stəkan suda həll edin. Ləkəni duz məhluluna batırın, sonra üzərinə bir az spirt əlavə edin. Belə prosedurdan sonra geyimi açıq havada qurutmaq lazımdır.

Qara rəngli geyimlərin yaxalarında, köynəklərin manjetlərinda və qoltuqaltı zonada ağ tər ləkələrini görmək olar. Əgər vaxtında bu tip ləkələri təmizləməsəniz, bu zaman geyiminiz köhnə və sürtülmüş görünəcək. Belə ləkələri çıxarmağa xüsusi məhlul kömək edəcək: naşatır spirti, benzin və qənaətli sabun (1:1:1 nisbətdə). Sabunu sürtkəcin xırda gözündən keçirin. Ləkəni bu məhlula batırıb 5 dəqiqə saxlayın. Sonra geyimi sirkəli suda yaxalayın (1 litr suya 1 çay qaşığı sirkə).

Rəngli köynəklərdən tər ləkələrini ütünün köməyi ilə çıxarmaq olar. Ütünü qızdırın, geyimin ləkəli hissəsini ütünün üzərinə qoyun, digər tərəfdən isə ləkəni quru sabunla sürtün. Sonra ləkəni nəm şotka ilə təmizləyin.
Sintetik parçaları ağ tər ləkələrindən təmizləmək üçün yumurta sarısı kömək edəcək. Yumurta sarısını ləkəyə çəkib qurudun. Sonra onu qaşıq və ya bıçağın küt tərəfi ilə qaşıyıb çıxarın və yarım saatlıq sabun məhlulunda isladın.

Diqqət!
Ləkənin emalı zamanı əşyanı çox sürtmək və sıxmaq lazım deyil. Xüsusilə bu rəngli parçalara aiddir.
Kimyəvi prosedurlardan əvvəl rəngli parçaları mütləq yoxlayın. Əks təqdirdə əşyanız sola bilər.
Top