Şabalıdın təmizlənməsi

Şabalıdın təmizlənməsi

Şabalıdın qabığını soymaq üçün aşağıdaki 2 üsuldan birini istifadə edin.

Üsul 1: Şabalıdın yastı tərəfində iti bıçaqla X çərtin. Diqqətli olun, şabalıdın özünü zədələməyin. Bıçaq sadəcə şabalıdın qabığından keçməlıdir.


Üsul 2: Azərbaycanda daha çox istidafə olunan üsuldur. Şabalıdın “papağ”ını bıçaqla kəsin.


— Şabalıdları təxminən 10 dəqiqə ərzində suyla doldurulmuş qazanda qaynadın. Şabalıdın qabığının nə qədər qalın və sərt olmasından asılı olaraq, qabığın yumuşalması 10 dəqiqədən az və ya çox çəkə bilər. Qazanı kənara çəkin. Şabalıdlar isti suda qalmalıdır.

— Şabalıdları bir-bir isti sudan çıxardıb bıçaqla əvvəlcə qalın, bunun ardından isə incə qabığını soyun.


— Təmizlənmiş şabalıd soyuducuda ağzı kip torbada iki aya qədər, dondurucuda isə bir ilə qədər saxlanıla bilər!


azcookbook.com
Top