Ev bitkilərinin faydaları

Ev bitkilərinin faydaları

Yaşıl bitkilər evlərə sağlamlıq bəxş edən əsas amillərdən biridir.  Evin havasını oksigenlə zənginləşdirməklə yanaşı həm də görünüşünü dəyişərək gözəllik qatacaq bu bitkilərin faydalarını sizə təqdim edir.                                                           

1. Havanı təmizləyir.                                                    

Bitkilərin havadakı karbondioksidi oksigenə çevirdiyini hər birimiz bilirik. Oksigen beynimiz və vücudumuzun hər bir yeri üçün xüsusi önəm daşıyır. Otaqlarınızda oksigen çatışmazlığı sizə yuxu gətirə bilər, bu da beyinin oksigensiz qalmasıyla bağlıdır. Buna görə mütəxəssislər hər yerə bir metrdən bir bitki yerləşdirilməsini məsləhət görür.          

2. Gözəl iyi bəxş edir.                                                                                

Hər iqlim şəraiti limon ağaclarını yetişdirmək üçün lazımi şərtləri ödəmir. Səhər yeməyi üçün kökündən qopardığınız avakado, ya da içkinizi ətirləndirəcək nanə yarpaqlarını evinizin bir kənarına qoysanız, evdən necə gözəl iyinin gəldiyini düşünün.                 

3. Evə ruh bəxş edərlər.                                                                                     

Bitkilər canlı varlıqdır və ətrafınızı bürüyən bu canlı varlıqların əhatəsində özünüzü yalnız hiss etməyəcəksiz. Bitki yetişdirməklə evinizə yeni bir həyat bəxş edəcəksiz. Evinizə yeni bir ruh və sağlıq qatacaqsız

 

 

Mənbə: Ailəm.az

Top