Tez-tez istifadə olunan ütülərin altında parçaların qalıqları qalıb toplana bilər. Bu da ağ paltarları ütülədikdə onların üzərində ləkələr salır. Ona görə də ütünün altını xüsusi qaydalarla təmizləmək lazımdır. Hətta bəzən buxar verən ütülərin su borularında da tutulmalar ola bilir. Kirlənən və ləkələnən ütülərinizin praktik təmizlənmə üsullarını təqdim edir.
Ütünüzü təmizlərkən ilk öncə onu cərəyandan çəkin. Ütü istidirsə, onun soyumasını gözləyin. Ütünün təmizlənməsində ilk istifadə edəcəyiniz vasitə köhnə dəsmal olacaq. Dəsmalı ilıq suda isladıb ütüyə yapışmış ləkələri silin. İsti sudan istifadə etməyin və heç vaxt ləkəni qaşımağa çalışmayın. Ləkələr yox olana kimi asta hərəkətlərlə silin. Ütünün dəmir hissələrini də eyni üsulla silin və dəsmal kirləndisə, onu ilıq suda yuyub yenidən işinizə davam edin.
Başqa bir üsul: ütü masasının üzərinə köhnə dəsmal, ya da pambıq parçadan olan köynək sərin və üzərinə 1 xörək qaşığı duz tökun. Sonra ütünü ən yüksək dərəcəyə qoyub, buxarlandırmasını söndürün və duz tökdüyünüz parçanı ütüləməyə başlayın. Ütünün üzərində olan bütün ləkələr duza yapışacaq.
Ütünün buxar verən hissələri kirlənibsə, ilıq suya çox az miqdarda təmizləyici vasitə töküb qulaq çöpü ilə buxar çıxan dəliləri təmizləyin. Sonra ütüyə su töküb cərəyana taxın və ən yüksək dərəcəyə qoyun. Ütünü düz saxlayıb, suyun tamamilə buxarlanmasını gözləyin. Su buxarlanıb qurtardıqdan sonra ütünü çəkin