1. Yarım kasa sirkə ilə 2 xörək qaşığı qabartma tozunu qarışdırın. Gümüş əşyalarınızı 2-3 saat bu qarışıqda yuyub, yaxşıca parladın. Sonra soyuq suda yaxşıca yuyub qurulayın.
2. Bir xörək qaşığı limon şirəsini yarım kasa su və yarım fincan süd tozu ilə birlikdə qarışdırın və gümüş əşyalarınızı səhərə qədər bu qarışıqda saxlayın.
3. Parlaqlığını itirmiş gümüşləri 1 litr su, 1 xörək qaşığı qabartma tozu və bir parça alüminium folqa ilə qaynadın və gümüş əşyanızı 10 saniyə bu suda saxlayıb çıxarın.
4. Gümüş əşyaları ketçupla da parlatmaq olar. Bunun üçün salfet üzərinə bir qədər ketçup tökün və əşyalarınızı sürtün. Əgər parlamasa, ketçuplu salfeti 15 dəqiqə əşyanın üzərində saxlayın. Sonra da su ilə yuyun.
5. Gümüş əşyalarınızın solğunlaşmasının qarşısını almaq üçün əşyaları saxladığınız daxıla bir neçə ədəd tabaşir qoyun.