Kəklikotu, nanə kimi tez quruyan göyərtiləri pambıq parça üzərində qurutduqdan sonra təmiz qablara və ya materialı parçadan olan torbalara yığın. Bu üsulla göyərtiləri 6 ay sərin, kölgə və quru yerdə saxlamaq mümkündür.
Göyərtiləri dondurmaqla da saxlamaq olar. Məsələn tərxunu, keşnişi bir qaba qoyub üzərinə su tökün (su göyərtinin üzərinə çıxmalıdır) və soyuducunun buzluğunda saxlayın.
Reyhanı, keşnişi, tərxunu zeytun yağında da saxlamaq olar. Göyərtiləri yaxşıca yuyun, suyu çəkildikdən sonra bir qaba doldurun, üzərinə zeytun yağı tökün, sərin və kölgəli yerdə saxlayın.