Yun paltarların yuyulması

Yun paltarların yuyulması


Yun paltarı yumamışdan əvvəl (onları mümkün qədər az yuyun) onun rənginin çıxıb –çıxmamasını müəyyən etmək lazımdır.

Bunun üçün yun parçadan bir sap götürüb isti sabunlu suya qoyun, sonra çıxarıb pambıq parçaya bükün. Əgər rəngi çıxmırsa, yumaq olar.
Rəngi çıxırsa belə paltarı yumayıb kimyəvi təmizliyə vermək lazımdır.

Yun paltarı sabunlu ilıq suda yuyun. Yuyandan sonra bir neçə dəfə ilıq suda yaxalayın və axırıncı dəfə yaxalayanda suya bir qaşıq qliserin və bir neçə damcı naşatır spirti tökün ki, ləkələri aparsın və paltarın rəngi parlaqlaşsın.

Əgər suya bir az sirkədə əlavə etsəniz paltarın rəngi çıxmaz. Sudan çıxararkən paltarı sıxmayın. Yun paltarları düz yerə sərilmiş halda qurudun.
Rəngi çıxan yun paltarı yuduqda ilıq sabunlu suya duz və sirkə tökün.

Belə paltarı kölgədə astar üzünə sərilmiş halda qurudun.

Müəllif: Tahirə
Top