Xalçalara qulluq etmək onun seçimi kimi məsuliyyətli işdir. Maraqlıdır ki, ən az qulluq tələb edən xalçalar qədim, əntiq xalçalardır. Axı onların hazırlanma prosesinə sınaqdan keçirmə mərhələsi də daxildir. İplikdən və yundan toxunmuş xalçaların sonralar yuyulma prosesində yığılmaması və fiziki təsirlərə qarşı davamlı olması üçün onları isladır, tapdalayır, qurudur və havaya verirdilər. Hərçənd xalçalar uzunömürlülüyü və qulluğun sadəliyi ilə fərqlənsələr də onlar çirklənmədən sığortalanmayıblar. Yun xalçalar bir neçə səbəbdən çirklənə bilər:
Çirklənmədən qorxmamaq və gözəl əşyanı bükülmüş vəziyyətdə saxlamamaq üçün bir neçə sadə qulluq qaydalarına əməl etmək lazımdır: Xalçanın üzərinə tökülmüş istənilən mayeni dərhal təmizləmək lazımdır. Maye xalçanın üzərində nə qədər çox qalsa, ləkənin heç bir iz qalmadan təmizlənmə ehtimalı bir o qədər az olar. Tökülmüş mayeləri hiqroskopik parça ilə yığın, bərk çirkləri isə səliqə ilə qaşıyıb ləkəni təmizləyin. Köhnə ləkələr hətta peşəkarlara başağrısı verir. Ona görə də işlətmə prosesində xalçada yaranmış ləkələri aşağıdakı komponentlərdən istifadə edərək vaxtında təmizləmək lazımdır: Əgər siz yun xalçanın üzərinə qəfildən kofe və ya çay tökmüsünüzsə, ləkəni aşağıdakı üsulla təmizləyin: ləkənin üzərinə ağ, qalın dəsmal qoyub soyuq su ilə isladın. Ləkənin qalmaması üçün əsas şərt onun xalçaya yeridilməməsidir. Maye ləkəni dərhal salfetlə qurudun, bərk kütləni isə yığın. Mayenin axmaması üçün ləkənin qıraqlarına talk və ya nişasta səpib kənarlardan ləkənin ortasına tərəf təmizləməyə başlayın. Xüsusi köpükyaradan vasitələrdən istifadə edib sonra xalçanı qurudun və xovunu bir istiqamətdə hamarlayın.