Evdar qadınların qeyd dəftərinə

Evdar qadınların qeyd dəftərinə

1. Salat düzəldərkən istifadə olunan tərəvəzlərin quru olmasına fikir verin. Sulu olanda onların dadı qarışmır.

2. Tərəvəzləri bişirəndə onlara isti su töksəniz daha ləzzətli olar. Onların rəngi təravətli qalsın deyə, qazanın qapağını açıq saxlayin.

3. Makaron bişirəndə suyun içərisinə bir-iki bütöv soğan və kök atin, daha ləzzətli olacaq.

4. Börək və keksləri bişirəndə xəmirə marqarin vursaniz, daha ləzzətli alınar.

5. Balığı soyuducuya qoymazdan əvvəl üstünə limon sıxsaniz, iyi gəlməz.

6. Yumurta ağının yaxşıca köpüb, beze halına tez gəlməsi üçün içərisinə azca duz tök.

7. Aldığıniz limon bərkdirsə, onu 1 saat isti suda saxlayin. Kəsəndə daha yumuşaq və sulu olacaq.

Top