1.Buz qablarınızı su ilə doldurmadan əvvəl,bölmələrə portağal, limon, istədiyiniz meyvə parçaları və ya nanə yarpaqları qoysanız,dekorativ buzlar əldə edərsiniz.
6.Qozların qabığını rahat çıxarmaq istəsəniz,onları 1 gecə duzlu suyun içində saxlayın. Beləcə içləri də dağılmayacaq. 11.Balığı qızartdıqdan sonra mətbəxdən gələn qoxunu aradan qaldırmaq üçün 1 stəkan suya 2 xörək qaşığı sirkə əlavə edib qaynadın.
2.Pambıqlı paltarlarınızın daralmaması üçün ilk yumadan əvvəl 1 gecə soyuq suyun içində saxlayıb sonra yuyun. Beləcə yuyluduqdan sonrakı daralma olmaz.
3.Yeni tava aldığınızda onun içində 1 az sirkə qaynadın. Bu proses gələcəkdə qızardılan yeməklərin tavaya yapışmasının qarşısını alar.
4.Divara mismar vurmaq istədikdə,vuracağınız yerə çarpaz formada yapışqanlı lent yapışdırın. Sonra mismarı vurun. Bununla divara vurulan gips və ya digər tikinti materialını zədələməmiş olarsınız.
5.İstifadə etdiyiniz yağı yenidən işlətmək istəsəniz, onun istifadəyə yararlı olub-olmadığını yoxlamaq üçün qızdırılmış yağın içinə 1 dilim çörək atın. Çörəkdə qara ləkələr yoxdursa, yağı rahatlıqla istifadə edə bilərsiniz.
7.Unda böcəklər yaranmaması üçün un olan qabın içinə 1 ədəd dəfnə yarpağı atmaq olar.
8.Sobada kartof bişirmədən öncə 10-15 dəq qaynadıb çəngəllə dəliklər açın ki,daha asan və tez bişsin.
9.Evdə çoxlu kartofunuz varsa,cücərməsinin və büzüşməsinin qarşısını almaq üçün torbaya 1 ədəd alma qoyun. Bu 8 həftə ərzində kartoflarınızın təzə kimi qalmasına kömək edəcək.
10.Çox miqdarda doğranılmış limon və ya istifadəsiz limon qabıqlarınız varsa,onları (qabıqları rəndələyərək) şəkər tozu ilə qarışdırıb ağzı bağlı şüşə qabda soyuducuda saxlayın. İstənilən vaxt onları rahatca istifadə edə bilərsiniz. İstifadə edərkən şəkər tozunu yuya da bilərsiniz. Limon dilimləri olduğu kimi qalacaqdır.
12. Limonu soyduqdan sonra qabıqlarını atmayın.Dəmir əşyaları qaşıqları,bıçaqları onunla sildikdə parıldayır.
13.Əgər yeməyiniz duzlu alınıbsa,onda qazanın içinə bir neçə dilim çiy kartof atın.
14.Soğan gözlərinizi yaşardırsa,onu soymamışdan əvvəl bir neçə dəqiqə suyun içində saxlayın və göz yaşlarından azad olun yada bıçağı duza batırıb soyun.
15.Soğanı soyduqdan sonra əlinizdən gələn qoxunu aparmaq üçün bir neçə dilim çiy kartofla əlinizi ovuşdurun.
16.Əgər əlinizdə qoz və ya badımcan ləkəsi varsa,onda pambığı sirkəyə batırıb əllərinizi silin sonra soyuq su ilə yuyun.Bu prosesı bir neçə dəfə təkrarlayın.
17.İsti çörəyi kəsmək çətin olur.Bunun üçün bıçağı ocağın üstündə bir az qızdırın sonra çörəyi doğrayın.