Fond birjasında necə pul qazanmaq lazımdır bilirsinizmi? Əlbəttə, bunu öyrənməyi digər çoxsaylı insanlar da istərdi. Əgər bunun cavabını bilsəydik, bu kitabın qiyməti ağlasığmaz həddə çatardı! Lakin işgüzar insanların istifadə etdikləri bir ideya mövcuddur. Aşağıda göstərilən hadisəni mənə kapital qoyuluşu üzrə məsləhətçi Çarlz Robert nağıl etmişdi. «Mən Texasdan ilk dəfə Nyu-Yorka gəldikdə məndə dostlarımın verdiyi 20000 dollar pul vardı. Bu pulu mən fond birjasına köçürməli idim. Mənə elə gəlirdi ki, fond birjasında „giriş-çıxışların“ hamısını bilirəm. Lakin mən axırıncı sent pulumu da itirdim. Düzdür, burada bir neçə sövdələşmədən çoxlu gəlir əldə etmişdim, ancaq nəticə etibarı ilə axırda hamını itirdim: „Mən şəxsən öz pulumu itirmiş olsaydım, bir o qədər də ovqatım təlx olmazdı. Mən dostlarımın pulunu itirdiyimə görə dəhşətə gəlmişdim. Qorxurdum ki, bizim təşəbbüsümüzün puça çıxmasından dərhal sonra onlarla rastlaşa bilmərəm. Lakin mənim təəccübümə baxmayaraq, onlar nəinki məndən incimişdilər, əksinə onlar çox nikbin görünürdülər.
Dərk edirdim ki, mən bəxtəbəxt, təvəkkülü hərəkət edir və bilirdim ki, müvəffəqiyyətim əhəmiyyətli dərəcədə işin təsadüfi uğurluluğundan və başqalarının bu məsələdə düşüncələrindən asılı ola bilər. Necə ki, X.İ.Filips demişdir: “Mən birjada „notsuz“ çalırdım. Mən öz səhvlərimi analiz edərək qərara gəldim ki, birja əməliyyatlarım ilə məşğul olmazdan qabaq mənə lazımdır ki, birja ilə əlaqədar hər şeyi ətraflı öyrənəm. Mən bunlarla məşğul olarkən birja əməliyyatları sahəsində ən məşhur olan Berton C.Kosl ilə tanış oldum. Mən bu adamın çoxdan birjaçı şöhrətinə layiq və öz nailiyyətləri ilə daim „yoldaşlıq edən“ bir adam olduğunu bilərək ondan çox şey öyrənə biləcəyimə arxayın idim. Mən bilirdim ki, onun bu nailiyyətləri sadəcə bəxtin gətirilməsi deyildir.
O, mənim keçmiş birja müqavilələrimə aid bir neçə sual verdi. Sonra isə o, birja əməliyyatlarının ən önəmli prinsiplərini mənə izah etdi. O, dedi: „Mən iştirak etdiyim birja əməliyyatlarında itkilərə, məhdudlayıcı“ qoyuram. Əgər mən hərəsi 50 dollarlıq aksiya partiyası əldə edirəmsə, dərhal hər birinə 45 dollarlıq itkilərə „məhdudlayıcı“ qoyuram. Bu, o deməkdir ki, əgər birjada bu aksiyaların 5 bənd üzrə qiyməti azalarsa, onda onlar avtomatik satılmış hesab olacaqdır. Beləliklə, itki beş bənd üzrə məhdudlaşacaqdır.
Hər şeydən əvvəl deyərək qoca maestro sözünə davam etdi çalışın ki, birjanızın işlərini ağılla təşkil etmiş olasınız, o vaxt sizin gəliriniz orta hesabla on, iyirmi beş və ya əlli punkt (bənd) üzrə arta bilər. Beləliklə, ziyanlarınızı beş punkta qədər məhdudlaşdırmaqla siz mümkün halların yarıdan bir az çoxu qədərində səhv edə bilərsiniz, lakin nəticədə siz çoxlu pul əldə edəcəksiniz.»
Mən bu prinsipləri dərhal mənimsədim və o vaxtdan daim bu qaydadan istifadə edirəm. Beləliklə, mənim müştərilərim və mən minlərlə dollar pul qazanmağa müyəssər olduq.
Bir neçə vaxtdan sonra mən dərk etdim ki, «zərərlərin məhdudlaşdırılması» prinsipini təkcə fond birjasında deyil, digər həyati sahələrdə də tətbiq etmək olar. Mən hər xoşagəlməzlik və inciklik hallarına «məhdudlaşdırıcı» qoyurdum. Bu prinsip gözəl bir şəkildə öz müsbət təsirini göstərirdi.
Məsələn, mən dostumla tez-tez birgə nahar etməyə razılaşırdıq. O isə vəd etdiyi vaxta riayət etməzdi. Mən buna görə səhər yeməyinə ayrılan vaxtın yarısına kimi həyəcan keçirir və narahat olurdum. Nəhayət ki, axırda o gəlib çıxırdı. Mən öz narahatçılığıma «məhdudlayıcı» qoyacağım haqda ona danışdım. Mən ona dedim: «Dinlə məni, bil ki, mənim səni gözləməyə ayırdığım „məhdudlayıcı“ vaxt cəmi on dəqiqəyə bərabərdir. Sən yenə də on dəqiqədən çox yubanarsansa, bizim birgə səhər yeməyinə vədimiz pozulmuş hesab ediləcək və çıxıb gedəcəyəm.»
Haqq olan Allah! Əgər çox illər bundan qabaq öz səbirsizliyimə, özümü doğrultmaq üçün canfəşanlığıma, öz təəssübkeşliyimə və emosional gərginliyimə «məhdudlayıcı» qoymağa kaş ağlım yetərincə olaydı. Nə üçün mənim ruhi sakitliyimi pozan keçirdiyim hər bir halı qiymətləndirə bilən sağlam düşüncəm olmadı ki, öz özümdən soruşam: «Qulaq as Deyl Karnegi, yaranmış vəziyyətə görə tələb olunandan artıq narahat olmamaq gərəkdir. Mən nə üçün belə etmədim axı?
Birdə ki, axı mən kiçicik də olsa, yaranmış sağlam təfəkkürümə güvənərək heç olmazsa bir dəfə də olsa özümə haqq qazandırmalıydım.
Bu, həyatımın ən ciddi çağında olmuşdu. Mənim gələcək haqda düşündüyüm bütün planlarım və çəkdiyim bütün zəhmətlərim kartlardan düzəldilmiş ev kimi bircə anda dağılmış oldu. İş belə baş vermişdi: Yaşım otuzdan bir az yuxarı olardı, mən həyatımı romanlar yazmağa həsr etmək fikrindəydim. Mən ikinci Frenk Harris və ya Cek London və yaxud da Tomas Hardi olmaq istəyirdim. Mənim yazıçı olmaq qərarım o qədər ciddi idi ki, hətta buna görə iki il Avropada yaşamalı olmuşdum. Mənim oradakı həyatım dollar məsrəfi ilə çox ucuz başa gəlirdi. Çünki I Dünya müharibəsindən sonra daima pul islahatları keçirildiyindən aramsız olaraq pul dərc olunurdu. Mən orada həyatımın ən uğurlu saydığım məhsulu olan bu əsər üzərində iki il işlədim. Mən bu əsərimi „Qarlı tufan“ adlandırmışdım. Düşünürəm ki, əsərin adı özünə uyğun qoyulmuşdu. Çünki naşirlər qələmə aldığım bu əsəri nəşrə qəbul etdikdə Dakot düzənlikləri üzərində tüğyan edən qarlı tufanın buz tək soyuqluğu ilə qarşılaşmışdılar.
Ədəbiyyat üzrə agentim mənə söyləyəndə ki, əsərim heç nəyə yararlı deyildir və məndə yazıçılıq istedadı yoxdur, ürəyim az qaldı ki, bu uğursuzluqdan dayansın. Mən onun iş otağından başım dumanlı çıxdım. Mən elə bir halda idim ki, elə bil o, arxadan başıma ağac dəyənəklə vurmuşdu. Mən şalban tək qatıb qalmışdım, ancaq dərk etmişdim ki, mən həyat yollarımın kəsişməsindəyəm. Mən nə etməli idim? Hansı yolu seçməli idim? Mən bu donuq halımdan çıxana kimi həftələr keçdi. O vaxtlar narahatçılığa „məhdudiyyət“ qoymaq haqda heç anlayışım belə yox idi. Dönüb arxaya baxdıqda anladım ki, məhz bunu artıq etmişəm. Mən son qüvvəmi tətbiq etməklə roman yazmaq xülyama „çarpaz xətt“ çəkdim, bunu özüm üçün xeyirli təcrübə sanaraq həyatımı dəyişmək qərarına gəldim. Mən yenidən yaşlıların kurslarında dərs deməyə başladım, sərbəst vaxtlarımda isə məşhur şəxslərin bioqrafiyasını və əlinizdə oxuduğunuz dərketmə xarakterli bu kitabları yazmağa başladım.
Mən belə bir qərara gəlməyimə ürəkdən şad idim. Dedikcə şad! Hər dəfə və elə indi də bu haqda düşünərkən sevincimdən küçədə rəqs etmək istəyirəm. Vicdanla deyə bilərəm ki, həmin andan mən bir gündə olsa, bir saatda olsa, ikinci Tomas Hardi ola bilmədiyimdən peşman deyiləm.
Bir dəfə bir əsr bundan əvvəl Uoldan gölünün sahilində bayquş kinlə uladığı zaman Henri Toro əldə düzəltmə mürəkkəbə qaz lələyini batıraraq öz gündəliyinə belə yazdı: „Şeylərin dəyəri — bu, elə bir həyat adlandırdımın qiymətidir ki, onu dərhal — və yaxud uzun müddətə şeylərə dəyişə biləsən.“
Başqa sözlə hər hansı şey üçün onun həyatımız bahasına başa gələn qiymətindən artıq ödəyəriksə, biz axmağıq.
Məhz Hilbert və Sallivin belə hərəkət etdilər. Onlar şən şerlər yaza bilir və şən mahnılar bəstələyirdilər. Lakin onlar öz şəxsi həyatlarına sevinc gətirməkdə bacarıqsız idilər. Onlar birlikdə bütün dünyanı valeh edə bilən gözəl operettalar yarada bilirdilər: „Dözüm“, „Uşaq döşlüyü“, „Mikaqo“ kimi operettalar. Ancaq onlar öz iradələrini idarə edə bilmirdilər. Onlar boş bir şeydən ötrü bədbinləşirdilər. Sallivan teatr üçün xalça sifariş etmişdi. Hilbert isə qaimə vərəqəsini gördükdə özündən çıxmışdı. Onlar bir-birini məhkəməyə verdilər və həyatlarının axırına qədər bir kəlmə belə danışmadılar. Sallivan onların birgə əsərləri üçün musiqi bəstələdikdən sonra onu banderolda poçt vasitəsilə Hilbertə göndərərdi. Hilbert isə mahnının sözlərini yazıb banderolu poçt ilə geriyə — Sallivana qaytarardı. Bir dəfə onların ikisini də teatra — baxışa dəvət etdilər. Onlar səhnənin əks istiqamətlərində durub müxtəlif istiqamətlərə baxa-baxa tamaşaçıları salamlayaraq, baş əyirdilər. Onların heç birində sağlam düşüncə çatmadı ki, öz küsülülüklərinə Linkoln tək „məhdudlayıcı“ qoysunlar.
Vətəndaş müharibəsi vaxtında Linkolnun dostları onun düşmənlərini biabırcasına damğalayanda o demişdi: „Mənim düşmənlərimə qarşı sizin şəxsi kin-küdurətiniz mənim kinimdən də çoxdur. Mənim isə ola bilər düşmənlərimə kinim olduqca azdır. Mən ancaq heç bir zaman belə hesab etməmişəm ki, ifrat dərəcədə kinlilik özünü doğrulda bilsin. İnsanların ömrü bir o qədər də uzun deyildir ki, yarı həyatlarını küsməyə sərf etsinlər.
Əgər düşmənlərimdən kimsə mənə qarşı çıxış etməzsə, mən heç vaxt onun keçmişini məzəmmət etmərəm.“
Çox təəssüf ki, qoca Edit xala da Linkolnun hər şeyi bağışlamaq xüsusiyyəti yox idi. O və Frenk dayı girova qoyulmuş köhnə fermada yaşayırdılar, oranın qeyri-münbit torpağı alaq otları ilə örtülmüşdü. Sahədə çoxsaylı kanallar vardı. Xalama və Frenk dayıma oranın torpağını yararlı hala salmaq çox çətin idi. Məcbur idilər ki, bir sentə də qənaət etsinlər, amma Edit xala qapı-pəncərə üçün pərdə və otağın səliqəsi üçün digər əşyaları almaqla Allahın qisməti olan komalarını bəzəməyi sevirdi. O, bu evin bəzək əşyalarını Missuri ştatındakı Merivilldə olan Den Eversola məxsus parça dükanından nisyə almışdı. Frenk dayını onların artmaqda olan borcları narahat edirdi. Ona görə də o, arvadından gizli Den Eversola tapşırmışdı ki, daha ona nisyə mal buraxmasın. Bu haqda məlumatlanan Edit xala özündən çıxmış bərk hiddətlənmişdi. Hətta bu hadisədən əlli il keçəndən sonra da o, daim bu haqda düşündükdə hiddətlənər və özündən çıxardı. Onun bu haqda etdiyi söhbətləri bir dəfə yox, bir neçə dəfə dinləmişdim. Mən onu axırıncı dəfə gördükdə yaşı səksənə yaxın olardı. Mən ona dedim ki, „Edit xala, Frenk dayı əlbəttə ki, sizi o tapşırığı ilə alçaltmışdı, ancaq sizə elə gəlmirmi ki, bu hadisədən yarım əsr vaxt keçməsinə baxmayaraq, bu haqda daim deyinmək Frenk dayının hərəkətindən daha pisdir?“ (lakin mənim bu sözlərim ona qəti təsir etmədi. Belə bir özünü doğrultmayan nəticə ilə mən göydəki aya da müraciət edə bilərdim).
Edit xalanın əsəbiliyi və kinliliyi onun özünə çox baha başa gəldi. O, ruhi rahatlığını itirmiş oldu.
Benjamin Franklin özünün yeddi yaşında etdiyi səhvi yetmiş il keçdikdən sonra da unutmamışdı. O, yeddi yaşlı bir oğlan olduğu zaman dəlicəsinə fit əldə etmək istəmişdi. O, oyuncaqlar dükanına həyəcanla girərək cibindəki bütün mis pullarını dəzgənin üzərinə tökmüş, qiymətini satıcıdan soruşmadan fit tələb etmişdi. Bu hadisədən yetmiş il keçəndən sonra o, öz dostuna belə yazmışdı: „fiti“ aldıqdan sonra mən evə gəldim və bütün otaqları dolaşaraq onu çalmağa başladım, mən əldə etdiyim bu fitə görə çox məmnun idim.» Özündən böyük bacı və qardaşları biləndə ki, o, bu fitçalan alətə görə dükançıya qiymətindən artıq pul ödəmişdir, onlar uşağı möhkəm əzişdirmişdilər. «Mən acığımdan ağlayırdım.» deyərək Franklin yada salırdı.
Bundan çox vaxt keçdikdən sonra Franklin bütün dünya üzrə məşhur şəxsiyyət kimi tanınmış və ABŞ-ın Fransadakı səfiri olduqda belə o, «fiti» dükandan aldıqda qiymətindən artıq pul ödədiyini unutmamışdı və bu yaranmış vəziyyət ona məmnuniyyətdən çox, məyusluq gətirmişdə.
Nəhayət ki, bu hadisə onun həyatı üçün çox da baha başa gəlməyən önəmli bir dərs olmuşdu. «Mən yaşa dolduqdan sonra tez-tez cəmiyyət içərisində oldum, insanların hərəkətlərinə diqqət yetirdim və çox insanlar gördüm ki, əldə etdikləri „fitlər“ onlara çox baha qiymətə başa gəlmişdir.
Qısaca desək, mən belə nəticəyə gəldim ki, bütün bəlalar insanların həyatları boyu bu və ya digər şeylərin dəyərlərinin qeyri-düzgün qiymətləndirmələri və bununla da əldə etdikləri „fitlərin“ onlara çox baha qiymətə başa gəlməsi səbəbindən yaranmışdır.»
Əldə etdikləri «fitlər» Hilbert və Sallivana həddən ziyadə baha qiymətə başa gəlmişdi. Bu, mənim xalam Editə də aiddir. Çox hallarda Deyl Karnegi də belə hərəkət etmişdir.
Mən səmimiyyətlə inanıram ki, həqiqi ruhi sakitliyin ən başlıca sirlərindən biri dəyərlərin düzgün qiymətləndirilməsindədir və mən belə düşünərəm ki, əgər biz dəyərlərin qiymətləndirilməsində şəxsi meyarlarımızı və bütün həyatımızdakı bu və ya digər şeylərin əsl məna və qiymətlərini işləyib hazırlamış olsaydıq, biz bütün həyəcanlarımızın əlli faizini dərhal ləğv etmiş olardıq.
Beləliklə, narahatlıq sizi məğlub etməzdən qabaq narahatçılıq vərdişinə qalib gəlmək üçün beşinci qaydanı yerinə yetirin.
Nə vaxt ki, sizdə ümidsiz bir işin icrasını təkidlə davam etdirməyə həvəs yaranır, onda tələsmədən dayanın və özünüzə üç sual verin:
1. Narahat olduğum hal, doğrudanmı mənim həyatım üçün belə əhəmiyyət kəsb edir?
2. Bu narahatçılığımı unutmaq üçün mənim ona hansı səviyyədə «məhdudlayıcı» qoymağım məsləhətdir?
3. Dəqiq olaraq «fitin» əldə edilməsinə mən nə qədər pul ödəməliyəm? Görəsən, onun həqiqi qiymətindən artıq ödəməmişəm ki?