Bir neçə il bundan qabaq radioda çıxış etdiyim zaman aşağıdakı suallara cavab verməyimi xahiş etdilər: «Siz həyatınızda özünüzə hansı ən mühüm ibrət dərsi almısınız?» — sualına cavab vermək mənim üçün çox asan oldu: «Həyatım boyu mənimsədiyim ən qiymətli dərs düşündüklərimizin əhəmiyyətini dərk etməyim olmuşdur. „Nə düşündüyünü mənə söylə, kim olduğunu deyim.“
Bizim fikirlərimiz şəxsiyyətimizin xüsusiyyətlərini təyin edir. Bizim həyata münasibətimiz taleyimizi təyin edən əsas amildir. Emerson demişdir: „İnsan dediyin onun gün ərzində düşündüklərinin elə özüdür… Məgər o, daha nə isə ola bilərmi?“ İndi mən tam əminliklə başa düşürəm ki, bizim sizinlə həyatda rastlaşdığımız ən böyük problem, həqiqətdə bizimlə sizə aid az qala, yeganə olan problem kimi düzgün əhvali-ruhiyyə seçə bilməyimizdən ibarətdir. Əgər biz bu seçimi həyata keçirməyə qadiriksə, onda bütün problemlərimizin həlli yollarına düşmüş olarıq. Roma imperiyasına başçılıq edən böyük filosof Mark Avreliy bu fikri sizin taleyinizi müəyyən edə biləcək doqquz sözlə ifadə etmişdir: „Həyatımız haqqında nə düşünürüksə, məhz həmin düşüncələrimizdir bizim həyatımız.“
Nə vaxt evimin pəncərəsindən bağçama baxıramsa mən orada gil və daş üzərində həkk olunmuş dinozavr izini görürəm. Bu izləri mən Yelsk universitetinin Pibodi muzeyindən satın almışam. Məndə muzeyin mühafizəçisinin məktubu vardır, orada deyilir ki, bu izlər yüz səksən milyon il bundan qabaq həkk olunmuşdur. Hətta ən sarsaq adamın ağlına belə gəlməz ki, yüz səksən milyon il keçmişə qayıdıb bu izləri dəyişəsən, lakin yüz səksən saniyə bundan öncə vaqe olmuş hadisəni dəyişdirmək arzusu ilə narahatçılıq keçirmək daha axmaq hərəkət sayılmazdımı? Əfsus ki, bizim əksərimiz məhz belə hərəkət etmək arzusunda oluruq.
Fond birjasında necə pul qazanmaq lazımdır bilirsinizmi? Əlbəttə, bunu öyrənməyi digər çoxsaylı insanlar da istərdi. Əgər bunun cavabını bilsəydik, bu kitabın qiyməti ağlasığmaz həddə çatardı! Lakin işgüzar insanların istifadə etdikləri bir ideya mövcuddur. Aşağıda göstərilən hadisəni mənə kapital qoyuluşu üzrə məsləhətçi Çarlz Robert nağıl etmişdi. «Mən Texasdan ilk dəfə Nyu-Yorka gəldikdə məndə dostlarımın verdiyi 20000 dollar pul vardı. Bu pulu mən fond birjasına köçürməli idim. Mənə elə gəlirdi ki, fond birjasında „giriş-çıxışların“ hamısını bilirəm. Lakin mən axırıncı sent pulumu da itirdim.
Kiçik bir oğlan olduğum çağlarımda mən Missurinin şimal-şərqində köhnə, baxılmaz bir ağac materialından tikilmiş evin çardağında uşaqlarla oynayırdım. Çardaqdan düşmək istərkən necə oldusa, ayağımı bir an pəncərəaltı taxta üzərinə qoyaraq tullandım. Sol əlimin şəhadət barmağında üzük vardı. Tullandıqda üzük mismar başlığına ilişərək barmağımı tamamən qopardı.
Mən dəhşətə gələrək qışqırdım. Mənə elə gəlirdi ki, öləcəyəm. Lakin yaram sağaldıqdan sonra bir anda bu haqda narahat olmadım. Bu barədə düşünməyimin əhəmiyyəti nə olacaqdır? Mən bu qaçılmazlıqla barışdım.
Bəzən elə olurdu ki, aylarla sol əlimdə cəmi dörd barmaq qaldığı heç yadıma da düşmürdü.
Mənim uşaqlıq çağlarım Missuri ştatındakı fermada keçmişdir. Bir dəfə albalı meyvəsinin tumunu çıxarmaqda anama kömək edirdim və birdən məni ağlamaq tutdu. Anam məndən soruşdu: «Deyl, nə olmuşdur? Niyə ağlayırsan?» Mən burnumun altında donquldandım: «Qorxuram ki, məni diri ikən torpağa basdıralar.»
O zamanlar mən daima qorxu çəkir və narahat olurdum. Qorxurdum ki, tufanda məni ildırım vuracaqdır. Ağır zamanlarda qorxu çəkirdim ki, yeməyə heç nəyimiz olmayacaqdır. Qorxu çəkirdim ki, mən öldükdən sonra cəhənnəmə düşəcəyəm. Mən bir də ondan dəhşətə gəlirdim ki, məndən yaşlı olan Sem Uayt mənim yekə qulaqlarımı kəsəcəkdir. Axı o, bunu edəcəyi ilə daim məni qorxudurdu. Mən qorxu çəkirdim ki, qızlara yanaşdıqda onlar mənə güləcəklər. Mənə elə gəlirdi ki, heç bir qız mənə ərə gəlməyə razılıq verməyəcəkdir.
Yəqin ki, bütün ömrüm boyu unuda bilməyəcəyəm bir dramatik hadisə belə vaqe olmuşdu. Bunu mənə Nyu-Cersi ştatındakı Meylluvudda yaşayan Robert Mur danışmışdır.
O, dedi ki, «mən həyatımda ən vacib dərsimi 1945-ci ilin mart ayında aldım. Mən bu dərsi Hindi-Çin sahillərində dənizin 276 fut dərinliyində olarkən aldım. Mən də „Bayya C.C-318“ sualtı qayığında olan səksən səkkiz nəfərdən biri idim. Radarın köməyi ilə biz aşkar etdik ki, bizim tərəfə yaponların kiçik konvoy gəmisi yaxınlaşmaqdadır. Biz hücuma keçmək üçün səhərə az qalmış dərinə endik.
Bir neçə il bundan qabaq Marion C.Duqlasın öz həyatı barədə söylədiyi gecəni mən heç vaxt unutmayacağam. O, mənim kurslarımda iştirak edirdi (şəxsi mülahizələrilə bağlı kimliyini bildirmək istəmədiyi üçün onun əsl adını çəkməyəcəyəm).
Onun bir dəfə məşğələ zamanı söylədiyi həqiqi əhvalat belə olmuşdur: Ona bir dəfə yox, birdən-birə iki dəfə faciə baş vermişdir. O dedi: birinci dəfə mənim həddən artıq sevdiyim beş yaşlı qızımı itirdim. Mən və həyat yoldaşım düşünürdük ki, bu böyük kədəri çəkib qurtara bilməyəcəyik. Lakin on ay keçdikdən sonra Allah bizə başqa bir qızcığaz bəxş etdi, ancaq o da beş gündən sonra öldü.
Əgər iş adamısınızsa tamamilə təbiidir ki, özünüzə deyəcəksiniz: «Bu başlığın adı mənasızdır. Mən öz işimlə artıq 19 ildir ki, məşğulam. Mənim özümdən başqa, kim bütün bu sualları dürüst cavablandıra bilər? İşdə yaranmış narahatçılıqdan 50% azad olmağım üçün nə edəcəyimi kiminsə mənə öyrədə biləcəyi fikri cəfəngiyatdır»
Belə təəccüblənmə tamamilə təbiidir. Bir neçə il bundan qabaq belə başlıq altında olan yazını oxusaydım, mən də elə bu cür düşünərdim. Bu çox şey vəd edir, təəssüf ki, təkcə vədlə iş bitmir.
Mənim altı nökərim vardır: zirək və igid.
Ətrafımda nə görürəmsə, hamısını onlardan
öyrənirəm mən. Mənim işarəmlə onlar
dərhal hazır olurlar. Onlar belə adlanır:
Necə və nə üçün, kim, nə, nə vaxt və harada
Redyard Kiplinq (müəllif)
Narahatçılığın müxtəlif növlərinin öhdəsindən gəlmək üçün hazır olmalıyıq. Bunun üçün problemin üç əsas mərhələdə təhlilini öyrənməliyik.
Bir neçə il bundan əvvəl axşamçağı qonşum qapı zəngini çaldı və məni dilə tutmağa başladı. Mən və ailə üzvlərim çiçək xəstəliyinə qarşı peyvənd etdirək. O, Nyu-York mənzillərinin qapı zənglərini basıb xalqı xəbərdar edən minlərlə könüllülərdən biri idi. Qorxu hissinə qapılmış insanlar peyvənd iynəsini vurdurmaq üçün saatlarla həyəcanla növbə gözləyirdilər. Peyvəndetmə məntəqələri nəinki bütün xəstəxanalarda, hətta yanğına qarşı depolarda da, polis məntəqələrində və iri sənaye müəssisələrində də açılmışdı. İki mindən artıq həkim və tibb bacısı gecə və gündüz xalq kütlələrinə peyvənd etmək üçün fədakarlıqla çalışırdılar. Belə təlatümün səbəbi görən nə idi?