Kiçik bir oğlan olduğum çağlarımda mən Missurinin şimal-şərqində köhnə, baxılmaz bir ağac materialından tikilmiş evin çardağında uşaqlarla oynayırdım. Çardaqdan düşmək istərkən necə oldusa, ayağımı bir an pəncərəaltı taxta üzərinə qoyaraq tullandım. Sol əlimin şəhadət barmağında üzük vardı. Tullandıqda üzük mismar başlığına ilişərək barmağımı tamamən qopardı.
Mən nə isə etmək iqtidarında deyiləmsə, bu haqda sadəcə olaraq unuduram. Mən gələcək haqqında heç vaxt narahat olmuram. Axı mən bilirəm ki, Yer üzərində yaşayan heç bir kəs gələcəkdə nələr olacağını qabaqcadan bilməz. Gələcəyə təsir edə biləcək çoxlu qüvvələr mövcuddur! Heç kəs deyə bilməz ki, bu qüvvələri nə idarə edir. Heç kəs də onları dərk edə bilməz. Əgər belədirsə, onlar haqda nə üçün narahat olmalıyam? K.T.Kelleri filosof adlandırsaydılar, o, çox təəccüblənərdi. O, sadəcə olaraq yaxşı biznesmen idi. Ancaq öz həyatına o, on iki əsr bundan qabaq Epiktetin Romada moizə etdiyi fəlsəfəni tətbiq edirdi: "xoşbəxtliyə aparan bir yol mövcuddur. Bunun üçün tabeçiliyinizdə olmayan şeylər barədə narahatçılığınız tərk etməlisiniz." Mən bunun sizin üçün Uilyam X.Kasseliusun misalında əyani şəkildə şərh edilməsinə çalışacağam. Mənim Nyu-Yorkdakı kurslarımın məşğələlərində onun nağıl etdikləri kursun təltifinə layiq görülmüşdü. Onun söylədikləri bunlardır: "Sahil müdafiəsi üzrə hərbi qulluğa təzəcə başlamışdım ki, məni Atlantik okeanının ən təhlükəli sahilinə xidmətə göndərdilər. Məni partladıcı maddələr üzrə təlimatçı təyin etmişdilər. Siz bir təsəvvür edin! Məhz məni! Qənnadı məhsullarının satıcısı partladıcı maddələr üzrə təlimatçı olmuşdu!? İsa peyğəmbərin çarmıxa çəkilməsindən başqa bəşər tarixində ən dəhşətli faciəvi ölüm səhnəsi Sokratın ölümü hesab edilir. Hətta on min əsr keçsə də, bu əsəri riqqətlə oxuyacaqlar. Bu dünya ədəbiyyatının ən həyəcanlı və ən gözəl əsəridir. Qoca, ayaqyalın Sokrata paxıllıq edən Afinanın bir neçə vətəndaşı onun əleyhinə yalançı ittiham irəli sürmüş, onu məhkəməyə çəkmiş və ölümə məhkum etmişdilər. Sokratla dostyana münasibətdə olan dustaqxana gözətçisi ona zəhər badəsini verərkən demişdi: "Çalış qaçılmazlığı qəbul edəsən." Sokrat elə də etdi. O, ölümü demək olar ki, İlahi sakitliyi ilə - ləyaqətlə qarşıladı. "Çalış qaçılmazlığı asan qəbul edəsən! Bu sözlər eramızdan 399 il qabaq səslənmişdi. Bizim daim həyəcanlı qədim dünyamızda haçansa deyilmiş bu sözlərə indiki dünya daha çox möhtacdır.
Mən dəhşətə gələrək qışqırdım. Mənə elə gəlirdi ki, öləcəyəm. Lakin yaram sağaldıqdan sonra bir anda bu haqda narahat olmadım. Bu barədə düşünməyimin əhəmiyyəti nə olacaqdır? Mən bu qaçılmazlıqla barışdım.
Bəzən elə olurdu ki, aylarla sol əlimdə cəmi dörd barmaq qaldığı heç yadıma da düşmürdü.
Bir neçə il bundan qabaq Nyu-Yorkun mərkəzində binanın yük liftini idarə edən bir şəxs ilə rastlaşdım. Mən gördüm ki, bu adamın sol əli biləkdən yoxdur. Soruşdum ki, sol əlinin yoxluğu onu narahat etmirmi? O, cavabında: "Qətiyyən, demək olar ki, bu haqda heç yadıma belə düşmür. Mən evli deyiləm, əlimin yoxluğu haqda ancaq iynəni saplamaq istərkən yadıma düşür."
Heyrətləndirici haldır ki, biz necə də tezliklə başımıza gələn hər hansı hadisələr ilə barışa bilirik. Yaranmış vəziyyətə tezliklə uyğunlaşır və bu haqda düşünmürük.
Hollandiyanın Amsterdam şəhərində qədim bir qəsrin xarabaları üzərindəki yazı tez-tez yadıma düşür. Bu yazı Flamond dilində belə səslənir: "Bu, belədir. Bu, başqa cür ola bilməzdi."
Biz həyat yollarında xoşagəlməz, dəyişilməsi qeyri-mümkün hadisələrlə rastlaşırıq. Bu vaqe olmuş hadisələr başqa cür ola bilməzdi. Qarşımızda hansını seçmək məsələsi durur. Biz ya bu baş vermiş hadisənin labüdlüyünü dərk edərək onu olduğu kimi qəbul etməli və ona uyğunlaşmalıyıq və yaxud bu qaçılmazlığa qarşı qəti etiraz etməklə onu məhv etməyə çalışmaqla özümüzü əsəb sarsıntılarına gətirib çıxarmalıyıq.
Mən sizə ən çox sevdiyim filosoflardan Uilyam Ceymsin müdrik məsləhətini misal çəkəcəyəm: "Artıq olmuşları qəbul etməyə razılaşın. Baş vermiş hadisə ilə barışmaq hər hansı bədbəxtliyi rəf etmək üçün ilk addımdır." Elizabet Konnli öz acı təcrübəsində buna inanmışdır. Bu yaxınlarda ondan aşağıdakı məktubu almışdım: "Bütün Amerika bizim hərbi qüvvələrimizin şimali Afrikadakı qələbəsini bayram etdiyi gün hərbi nazirin belə bir teleqramını aldım: Mənim qohumum - kimi ki, mən bu dünyada hamıdan çox onu sevirdim - itkin düşmüşdür. Tezliklə onun öldüyünü xəbər verən başqa teleqram aldım.
Mən dərdimdən ölü kimi düşüb qaldım. Bu ana qədər mən öz həyatımdan razı idim. İşimi çox sevirdim. Qohumumun tərbiyə edilməsinə mən kömək etmişdim. O, mənim üçün gəncliyə aid olan bütün gözəllikləri təcəssüm etdirmişdi. Mən hiss edirdim ki, çəkdiyim zəhmətin qat-qat artıq əvəzi qaytarılmışdı!... Gözlənilmədən belə bir teleqram... Mənə elə gəlirdi ki, elə bil bütün dünya uçulmuşdu. Yaşamağımın artıq mənası qalmadığını hiss edirdim. İşə marağını itirmiş, dostlarımı unutmuşdum. Mənə hər şey mənasız görünürdü. Mən qəddarlaşmışdım. Bu əziz oğlan axı nə üçün öldü? Axı onun qarşısında yaşanılası tam bir ömür dururdu. Dərdim məni o qədər bürümüşdü ki, işdən getməyə hazırlaşırdım.
Öz iş masamı səliqəyə salarkən birdən əlimə çoxdan unutduğum məktub keçdi. Bu, ölən qohumumun mənə yazdığı məktub idi. O, bu məktubu bir neçə il bundan qabaq - mənim anam rəhmətə gedən vaxt yazmışdı: "Əlbəttə ki, biz hamımız qəribsəyəcək və qüssələnəcəyik, lakin hamımızdan çox sən xiffət çəkəcəksən. Mən bilirəm ki, sən bu dərdə dözəcəksən. Sənin öz fəlsəfən səni dözməyə vadar edəcəkdir. Sən mənə öyrətdiyin o müdrik sözləri mən heç bir vaxt unutmayacağam. Biz harada olsaq da, bir-birimizdən nə qədər uzaq düşsək də, sənin mənə öyrətdiklərini unutmayacağam, sən mənə gülümsəməyi, baş vermiş hər hansı hadisəni kişi kimi qarşılamağı öyrətmisən."
Mən bu məktubu bir neçə dəfə oxudum. Mənə elə gəlirdi ki, o, yanımda durmuşdu və mənim ilə danışır. Elə bildim ki, o, mənə deyir: "Mənə öyrətdiklərinə sən özün bəs niyə riayət etmirsən? Möhkəm dur ki, heç bir hadisə baş verməsin. Öz qəm-qüssəni gizlət, gülümsə və döz!"
Mən yenə işləməyə başladım. Mən əsməyimi, titrəməyimi tərk etdim və həyatımdan gileylənmədim. Mən təkrar-təkrar öz-özümə dedim: "Artıq bu hadisə olmuşdur. Mən heç nəyi dəyişə bilmərəm. Mən, onun mənə tövsiyə etdiyi kimi, bütün mənəvi və fiziki qüvvəmi sərf edərək dözəcəyəm." Mən bütün qüvvə və bacarığımı işimə tam sərf edirdim. Mən əsgərlərə, kiminsə övladlarına və qohumlarına məktublar yazırdım. Mən yaşlıların axşam kurslarına daxil olmuşdum. İstəyirdim ki, məndə də maraqlar yaransın və özümə yeni dostlar tapım.
Həyatımın necə dəyişdiyinə mən özüm də inana bilmirdim. Mən qaytarılmayacaq keçmişimə görə fəqan etməyimi, ağlamağımı kəsdim. Mən mərhum qohumumun arzuladığı kimi indi hər yaşanılan günümə şad oluram. Mən taleyimlə barışmışam. Mən bu saat heç zaman keçirmədiyim şənliklə yaşayır və həyatımdan tam razıyam."
Bizim hamımızın gec-tez labüd halı dərk etməyə məcbur olacağımızı, məhz qaçılmazlıqlarla barışacağımızı və onlarla hesablaşmaq labüdlüyünü Elizabet Konnli belə ifadə edir: "Bu, belədir. Bu, başqa cür ola bilməzdi." Bu dərsi öyrənmək və onu dərk etmək bir o qədər də sadə və asan deyildir. Bu haqda krallar da özlərinin taxt-tacında düşünməyə məcburdurlar. Mərhum V Qeorq Bukinqem sarayında öz kitabxanasının divarında aşağıdakı sözlərdən ibarət bir tablo asmışdı: "Qeyri-mümkünlər və çarəsizliklər barədə qüssələnməməyi mənə öyrət." Həmin fikir Şopenhaur tərəfindən də aşağıdakı tərzdə ifadə edilmişdir: "Kifayət qədər "barışa bilmək" ehtiyatı həyat səyahətinə hazırlaşmaqda birinci dərəcəli əhəmiyyət kəsb edir."
Aydındır ki, ancaq təkcə yaranmış vəziyyət özlüyündə bizi nə xoşbəxt, nə də ki, bədbəxt edə bilməz. Bu onlara necə reaksiya verəcəyimizdən daha çox asılı olur. Bunu məhz bizim hisslərimiz müəyyən edir.
Biz hamımız məcburiyyət qarşısında faciə və bədbəxtliklərə dözməyi bacarırıq və onlar üzərində qələbəyə nail ola bilirik. İlk baxışda isə bizə elə gəlir ki, bunu edə bilmərik. Biz fövqəladə daxili enerji ehtiyatına malikik və əgər bu qüvvələrdən düzgün istifadə ediriksə, hər müsibətə dözməyə imkanımız yetər. Zənn etdiyimizdən biz daha qüvvətliyik.
Mərhum But Tarkinqton həmişə deyərmiş: "Korluqdan başqa, taleyimin mənə nəsib edəcəyi hər bir bədbəxtliyə dözə bilərəm."
Bir dəfə Tarkinqton yerə sərilmiş xalçaya nəzər yetirərkən gözlərində rənglərin qarışdığını hiss etdi. O, çeşniləri seçə bilmirdi. O, mütəxəssisə müraciət etdi və qorxunc doğru xəbər eşitdi: o, kor olurdu. Artıq onun bir gözü tamam görmürdü, ikincisi də sıradan çıxmaqda idi.
Bəs ən çox qorxduğu bu dəhşətli bədbəxtliyə Tarkinqton necə reaksiya verdi? O, belə düşündümü ki, "Bax budur! Bu, mənim həyatımın sonudur." Heç də belə olmadı. O, heyrətlənsə də, adətincə tamamilə şən idi. Hətta bu anda da yumor hissi onu tərk etmədi. Onu yalnız, gözləri qarşısında yaranan qeyri-müəyyən yayğın "ləkələr" əsəbiləşdirirdi; qeyri-müəyyənlik onun gözlərinin qarşısını dumanlandırır, onu əhatə edən dünyanı pərdələyirdi. Bu ləkələrdən ən böyüyü onun gözləri qarşısında üzdükdə o qışqıraraq: "O... salam! Bax yenə də "o baba" peyda oldu! Maraqlıdır, bu qədər gözəl bir səhərdə o, görəsən, hara yollanmaqdadır!"
Məgər tale belə bir ruha qalib gələ bilərmi? Cavab belə səslənir: - Heç vaxt! Dəhşətli çən, duman gözləri önündən silindikdən sonra Tarkinqton dedi: "Necə ki, bəşər övladı olan insan çoxlu digər fəna hallarla barışa bildiyi kimi mən də dərk etdim ki, görmə qabiliyyətimin itirilməsi ilə barışa biləcəyəm. Hətta bütün beş hiss üzvümü itirmiş olsaydım da, mənə elə gəlirdi ki, öz daxili dünyama qapılaraq yaşamağımı davam etdirə bilərəm. Axı biz ağlımızın gözü ilə də görə bilirik və bunu qabaqcadan bilib-bilməməyimizdən asılı olmayaraq, daxili dünyamızda yaşaya bilirik."
Yenidən görmək ümidi ilə Tarkinqton bir ildə on ikidən artıq cərrahi əməliyyata dözdü. Bu cərrahi əməliyyatlar yerli keyləşdirmə üsulu ilə aparılırdı! Bundan isə hiddətlənirdimi o? Xeyr. O, başa düşürdü ki, bunu etmək lazımdır. O, başa düşürdü ki, əzablardan azad olmaq üçün qaçılmazlıqlarla barışmaq və özünü ləyaqətlə aparmaq yeganə yoldur. O, ayrıca palatada qalmağa etiraz etdi, onun kimi iztirab çəkən başqa xəstələr olan palataya getdi. Orada o, digər xəstələrə ürək-dirək verməklə onları ruhlandırmağa çalışırdı. Onun gözləri ilə həkimlərin nə etdiklərini dərk edərək, Tarkinqton çalışırdı özünü inandırsın ki, onun bəxti gətirmişdir. O, bu vaxt deyirmiş ki, "Necə də gözəldir! Necə də gözəldir ki, elm insanın belə mürəkkəb orqanı olan göz üzərində əməliyyat aparmaq ustalığını ona bəxş etmişdir!"
Gözləri üzərində iyirmidən çox cərrahi əməliyyat aparılan adi bir insan buna dözə bilməzdi və əsəb sarsıntılarına düçar olardı. Tarkinqton isə deyirdi: "Dözdüyüm belə yaşantılarımı daha xoşbəxt bir hal ilə dəyişməyə razı olmazdım." Bu ovqat qaçılmazlıqla barışmaqda ona kömək etmişdi. Onun qüvvəsindən, dözümündən güclü heç nə olmadığı məlum oldu. Bunu Con Miltonun aşkarladığını Tarkinqton da dərk etmişdi. "Bədbəxtlik korluqda deyildir, bədbəxtlik korluğa dözüm qabiliyyətsizliyindədir."
Yeni İngiltərədən olan məşhur feminist Marqarita Füller öz məsləkini belə ifa etdi: "Mən kainatı belə qəbul edərdim." Qoca və deyingən Tomas Karleyl İngiltərədə bu sözləri eşitdikdə donquldandı: "Allah haqqı onun üçün belə yaxşıdır." Allah haqqı, həqiqətən də, mənim və sizin üçün qaçılmazlıqla barışmaq məsləhətdir!
Əgər biz çaşarıqsa da, etiraz edib qəddarlaşırıqsa da, qaçılmazlıqları dəyişə bilmərik. Mən artıq bunu yoxlamışam.
Ancaq bir dəfə mən baş vermiş qaçılmaz hadisə ilə barışmaqdan imtina etdim. Mən özümü axmaqcasına aparır, əsəbiləşir və həyəcanlanırdım. Mənim yuxusuz gecələrim əsl qalmaqala çevrilirdi. Mən özümü arzuedilməz hallara düçar etdim. Nəhayət, tam bir ildən sonra ruhi iztirablarımla barışmağa məcbur oldum. Halbuki əvvəllər belə hiss edirdim ki, bunları mən dəyişə bilməyəcəyəm.
Çox illər bundan əvvəl mənə lazım idi ki, qoca Uolt Uitmenlə bir səslənim: "Mən necə qaranlıq gecələrə, borana, aclığa, istehzaya, təsadüflərə, etiraza qarşı durum, ağac və heyvan tək sakit qalmağı necə bacarım."
Mən iyirmi il fermada heyvanlarla məşğul olmuşam, ancaq heç zaman görə bilmədim ki, yağışın yağmaması üzündən çəmənlikdə yanmış otun, "fikrini çəkdiyi üçün" cersiysk inəklərinin hərarəti yüksəlmiş olsun və yaxud görmədim ki, sulu qar yağlığından və soyuqlar tüğyan etdiyindən inəklər "dərdə düşmüş olsunlar. İnək heç zaman xiffət çəkmir ki, onun "sevgilisi" cavan düyəyə daha çox meyl göstərir. İnəklər, gecənin zülmət qaranlığını, tufanları və aclığı çox sakit qarşılayırlar. Ona görə də onlarda əsəb sarsıntıları, mədə yarası heç zaman olmur və heç bir vaxt dəliliyə tutulmurlar.
Siz düşünə bilərsiniz ki, mən belə çıxışlarımla demək istəyirəm ki, insan həyat yollarında gərək ki, hər əngəlliklərlə barışa bilsin. - Xeyr, heç bir zaman! Bu, həqiqətən, qəzavü-qədərə inanmaq olardı. Nə qədər ki, hadisələri öz xeyrinizə çevirmək imkanı mövcuddur, mübarizə aparın. Lakin sağlam düşüncə "deyəndə" ki, biz artıq hansısa dəyişməz bir əngəllə rastlaşmışıq, bu belə də qalmalıdır, başqa cür ola da bilməz", - deyirik. Lakin o vaxt sağlam idrakı qorumaq naminə artıq ətrafınıza boylanıb baxmadan irəli gedin və mümkünsüzlükdən xiffət çəkməyin.
Kolumb universitetinin mərhum dekanı Xoks mənə demişdi ki, "Qazlar anası" şerini mən özümə bir deviz kimi seçdim:
"Bu dünyada hər bir azardan
Dərman vardır və ya qurtuluş yoxdur.
Çalış ki, həmin dərmanı tapasan sən
Əgər yoxdursa, özünü əbəs incitmə."
Mən bu əlinizdəki kitab üzərində işləyərkən Amerikanın məşhur iş adamları ilə söhbətləşirdim. Bu adamların qaçılmaz hadisələrlə hesablaşmaları və həyatlarındakı heyranedici vəziyyət məndə dərin təəssürat hissi yaratdı. Əgər bu bacarıq onlarda olmasaydı, onlar fəaliyyətlərilə bağlı yaranan gərginliyə, yəqin ki, dözə bilməzdilər. Buna aid sizə bir neçə hadisə haqqında danışmaq istərdim.
Eyni adlı firmanın yaradıcısı və bütün ölkədə silsilə mağazalar sahibi C.S.Penni mənə dedi: "Mən əgər pulumu axırıncı sentinə qədər itirmiş olsaydım da, heç narahat olmazdım. Axı narahatçılığım heç nəyə kömək edə bilməzdi. Adətən, mən o işləri görürəm ki, onlara gücüm çatır, hansı nəticə alınacağını isə yalnız təkcə Allah bilir."
Henri Ford da təxminən eyni fikri söylədi: "O vaxt ki, mən artıq hadisələri idarə etmək iqtidarında olmuram, onda mən onlara öz-özlərini idarə etmək sərbəstliyini verirəm."
Kraysler korporasiyasının prezidenti K.T.Kellerdən soruşanda ki, narahatçılıqdan o, necə yaxa qurtara bilir? O, belə cavab verdi: "Mən çətin vəziyyətə düşdüyüm zaman əgər özüm öhdəsindən gələ bilirəmsə, nə lazımdırsa, öz gücüm dairəsində onu edirəm.
Sara Bernarın kimi ki, "İlahi Sara" adlandırırdılar. Onun qaçılmazlıqlarla heyrət doğuracaq dərəcədə "barışmaq" bacarığı vardı. O, yarım əsr dünyanın ən tanınmış səhnələrində bir ulduz tək parlamışdı. Dörd qitədə onu teatrın kraliçası adlandırdılar. O, yer üzünün ən sevimli qadın aktyoru idi. Sonradan isə onun yetmiş yaşı olanda və bütün pullarının yoxa çıxdığı bir vaxtda parisli professor Possi Saraya onun xəstə ayağının kəsilməsi zəruriliyini xəbər verdi.
Bir dəfə o, gəmidə Atlantik okeanını üzüb keçərkən güclü qasırğa zamanı göyərtəyə yıxılmış və ayağını möhkəm zədələmişdi. Nəticədə ayağındakı vena damarlarında iltihab əmələ gəlmişdi və ayağı şişməyə başlamışdı. Həkim çılğın təbiətli, öz hisslərini gizlədə bilməyənə "İlahi Saraya" onun xəstəliyi barədə deməyə ehtiyat edirdi. O, inanırdı ki, bu dəhşətli xəbər Saranı əsəb sarsıntılarına gətirib çıxaracaqdır. O, səhv etmişdi, Sara bir dəqiqəyə qədər onun üzünə baxmış və demişdi: "Əgər belə lazımdırsa, demək belə də olmalıdır." Bu tale idi.
Saranı diyircəkli kürsüdə cərrahiyyə otağına apararkən onun yanında durmuş oğlu ağlayırdı. Sara şən bir tərzdə oğluna əl edərək mətanətlə demişdi: "Uzağa getmə. Mən tezliklə qayıdacağam."
Cərrahiyə otağına gedən yolda o, haçansa oynadığı pyeslərdən səhnələri ibarə ilə oxuyurdu. Kimsə Saradan, "sən bu səhnələri təkrarlayarkən özünü cəsarətləndirmək üçünmü belə edirsən" deyə soruşanda: "Yox, bununla həkimləri və tibb bacılarını cəsarətləndirmək istəyirdim. Mən dərk edirdim ki, bu əməliyyat onlarda böyük gərginlik yaradacaqdır."
Cərrahi əməliyyatdan sağaldıqdan sonra Sara Bernar dünya səyahətinə çıxmış və tamaşaçılarını bir daha yeddi il şənləndirmişdi.
Elsi Mak Kormik "Riders daydjest" jurnalında dərc olunan məqaləsində göstərirdi: "Nə vaxt ki, biz qaçılmazlıqla mübarizədən əl çəkirik, o zaman həyatımızı zənginləşdirən yeni enerji mənbəyi əldə etmiş oluruq."
Yer üzərində yaşayan elə bir kifayət qədər emosional və enerjili insan tapılmaz ki, qaçılmazlıqla mübarizə etmiş olsun və eyni zamanda özü üçün yeni qayğısız həyat da qura bilsin. Bunlardan ikisindən biri seçilməlidir. Siz labüdlükdən üzərinizə çökən, "qarlı boran" məngənəsində ya əyilməlisiniz və yaxud müqavimət göstərərsinizsə, sınmalısınız!
Mən bu halı Missuridə olan fermamda müşahidə etmişəm. Mən orada iyirmiyə qədər ağac əkmişdim. Əvvələn, onlar tez boy atıb yetişdilər. Sonradan bir qarlı boranda budaqların hər biri qalın buz qatı ilə örtüldü. Ağır yük altında ehmallıca əyilmək əvəzinə, bu ağaclar vüqarla müqavimət göstərdilər, lakin axır ki, nəticə etibarı ilə ağır yükə tablaşmayaraq sındılar. Odur ki, onları məhv etmək məcburiyyətində qaldıq. Onlarda şimal meşələrinin "müdrikliyi, dəyanəti" çatmamışdı.
Mən Kanadanın həmişəyaşıl meşələrini yüz kilometrlərlə məsafədə gəzmişəm, lakin heç zaman görməmişəm ki, küknar və ya şam ağacı sulu qarın və ya buzun ağırlığından sınmış olsun. Bu həmişəyaşıl meşələr "bilirlər" ki, necə əyilmək lazımdır ki, sınmayasan və budaqlarını necə əyəsən ki, qaçılmazlıqla "barışa" biləsən.
Ciu-citsu ustaları öz şagirdlərinə "söyüd kimi əyilməyi öyrətmiş, lakin palıd kimi müqavimət göstərməyi məsləhət bilməmişlər."
Siz necə düşünürsünüz, avtomobil təkərləri nə üçün bu qədər çoxsaylı zərbələrə dözə bilir və sökülüb dağılmır. Əvvəllər yolun zərbələrinə guya müqavimət göstərə bilən avtomobil təkərləri istehsal edilirdi. Lakin tezliklə onlar parçalanıb dağılırdı. Sonradan yolun zərbələrini uda bilən dözümlü təkərlərin istehsalına başlandı. Belə təkərlər zərbələrə dözməyi "bacardılar." Əgər biz sizinlə "daşlı-qayalı" həyat yollarımızın zərbə və təkanlarını "uda bilib" dözərdiksə, yəqin ki, bu dünyada uzun ömür sürər və sakit yaşaya bilərdik. Əgər biz həyat yollarımızın zərbələrini "udmaq" əvəzinə, onlara müqavimət göstərməyə çalışsaydıq, Allah bilir nə kimi əngəllərə düçar olardıq. Əgər söyüd kimi əyilməyi qəbul etməyib, təkidlə palıd ağacı tək müqavimət göstərərdiksə, nə kimi hadisələrə məruz qalardıq? Cavab çox sadədir. Biz özümüz də bir neçə daxili ziddiyyət yaratmış olardıq. Biz narahat olacaq, gərginlik keçirəcək, həyəcanlanacaq və əsəblərimiz sarsılacaqdı.
Əgər beləliklə biz daha irəli gedəriksə və bizi əhatə edən danılmaz həqiqəti rədd edərək uydurduğumuz dünyaya "daxil" olarıqsa, dəli ola bilərik.
Müharibə zamanı milyonlarla qorxu hissi keçirmiş əsgərlər ya yaranmış qaçılmazlıqla barışmalı və yaxud əsəb pozulması xəstəliyinə hədəf olmalı idilər.
Qənnadı satıcısının damarlarında "qanın" donması üçün təkcə bu haqda düşünmək belə kifayət idi; mən min ton dəhşətli partladıcı trotil maddəsinin üstündə durmağa məcbur edilmişdim, öyrənməyə mənə cəmi ikicə gün vaxt verdilər, burada dərk etdiklərim məni daha çox dəhşətə gətirdi.
Mənə verilən ilk tapşırığı heç zaman unutmaram. Qaranlıq, soyuq, dumanlı havada mənə əmr edilmişdi ki, Nyu-Cersi ştatındakı Beyonnedə Keyven-Poyntə yollanım.
Gəmidə mənə 5 nömrəli tryum tapşırılmışdı. Bu tryumda beş nəfər yükvuran liman fəhləsi ilə işləməli idim. Onların möhkəm bədənləri var idi. Bununla belə onlar ifrat gücə malik fuqas bombaları yükləyirdilər, onların hərəsinin içərisində bir tona qədər trotil maddəsi vardı. Bu, kifayət edərdi ki, gəmini partlatsın, bizi də "atalarımızın yanına" göndərsin. Bu bombalar iki trosun köməyilə qaldırılıb endirilirdi. Mən isə hələ də öz-özümə təkrarlayırdım: "Birdən trosların biri sürüşər və ya qırılar?" Aman Allah! Mən necə də qorxmuşdum! Mən həyəcandan əsirdim. Ağzım qurumuşdu. Dizlərim taqətdən düşmüşdü. Ürəyim az qalırdı ki, yerindən çıxa. Mən heç yerə qaça bilməzdim. Bu fərarilik demək idi. Mən və valideynlərim rüsvay olardıq. Ola bilərdi ki, məni fərari kimi güllələsinlər. Mən qaça bilməzdim. Mən məcbur oldum ki, qalım. Fəhlələrin necə də bu bombalarla ehtiyatsız və etinasız davrandıqlarına tamaşa edirdim. Gəmi bir anda partlaya bilərdi. Qorxumdan bədənimi bürümüş bu dəhşətli vəziyyət bir saata qədər sürdü. Axırda "sağlam təfəkkürü" köməyə çağırdım. Mən özümü o ki, var danladım. Mən özümə belə dedim: "Deyək ki, səni partladarlar, nə olsun ki? Fərqi nədir? Bu yüngül ölmək üsulu olacaqdı. Xərçəngdən ölməkdənsə, bu ölüm daha asandır. Axmaq olma, nə fərqi vardır, sən ki, daim yaşamayacaqsan! Sən bu tapşırığı yerinə yetirməlisən, əks təqdirdə səni güllələyəcəklər. Hansı yaxşıdır, bəlli deyildir?"
Mən bu qaydada özüm-özümlə bir neçə saat "danışdım" və nəhayət özümü yüngül hiss etdim. Beləliklə, mən narahatçılığımı və qorxunu rəf etdim ki, qaçılmazlıqlarla barışa biləm."
Mən bu dərsi heç zaman unutmayacağam. İndi hər vaxt narahatçılığa meylli olan anlarımda baxmayaraq ki, mən bunu deyişmək iqtidarında deyiləm - sadəcə çiyinlərimi çəkir və özümə deyirəm: "Bu haqda unut." Təsəvvür edin ki, hətta qənnadı satıcısına da bu kəlmə köməyə gəldi! Urra! Qənnadı məhsulları satıcısına eşq olsun!
"Çalış qaçılmazlığı asan qəbul edəsən."
Narahatçılıq vərdişi sizi tərk etməzdən əvvəl siz onu tərk etmək üçün dördüncü qaydanı yerinə yetirməyə çalışın.
"Qaçılmazlıqla hesablaşın."