Bir neçə il bundan qabaq Marion C.Duqlasın öz həyatı barədə söylədiyi gecəni mən heç vaxt unutmayacağam. O, mənim kurslarımda iştirak edirdi (şəxsi mülahizələrilə bağlı kimliyini bildirmək istəmədiyi üçün onun əsl adını çəkməyəcəyəm).
Müharibənin ən qaynar vaxtında hər gün on səkkiz saat işləyən Uinston Çörçildən "üzərinizə düşən belə böyük cavabdehlikdən narahat deyilsiniz ki? - deyə soruşduqda o, "mən həddən artıq məşğul olduğum üçün narahat olmağa vaxtım çatmır" deyərək cavab vermişdir. Nə üçün məşğulluq kimi sadə bir şey narahatçılığın sıxışdırılıb aradan qaldırılmasına kömək edə bilir? Bu, insan psixologiyasından doğan əsas qanunlardan biri ilə izah edilir. Bu qanun belə səslənir: "hər hansı insan ağlı üçün, hətta ən parlaq zəka sahibinin təfəkkürü üçün də, eyni zaman müddətində, eyni vaxtda çoxlu məsələ haqda düşünmək qeyri-mümkündür." Siz buna tamamilə inanmırsınız? Nə olar ki, gəlin elədirsə, bir təcrübə keçirməyə cəhd göstərək. Hər hansı bir mütəxəssis-psixiatr təsdiq edir ki, əmək fəaliyyəti ilə yerinə yetirilən iş əsəb xəstəlikləri üçün ən əhəmiyyətli çarələrdən biridir. Bunu Henri U.Lonqfello öz cavan arvadını itirdikdə dərk etmişdi. Necə oldusa bir dəfə onun arvadı bir tikə surquncu alışqan ilə əritmək istədikdə onun paltarı dərhal alışır və yanır. Kolumbiya dairəsi üzrə müəllim kollecinin professoru Ceyms L.Marsell bu fikri çox yaxşı ifadə etmişdir. "Narahatçılıq ən çox fəaliyyətdə olduğunuz zamanda deyil, gündüz əməyimiz bitdikdən sonrakı vaxtlarda bizi didir, dağıdır və bizə əzab verir. Bu zaman təsəvvürünüz sizi cəfəng xülyalara gətirib çıxarır, guya siz həyatınızda artıq müvəffəqiyyətsizliyə uğramısınız və beləliklə kiçik bir səhvinizin şişirdilməsinə çalışırsınız. Bu zaman sizin beyniniz yüksüz işləyən mühərrikə bənzəyir. Belə halda mühərrik dəlicəsinə artan bir sürətlə işlədiyindən mühərrikdə diyircəkli yastıqların yanması və mühərrikin tam dağılıb sıradan çıxması təhlükəsi yaranır. Narahatçılıqdan müalicə olunmaq üçün yalnız konstruktiv nə isə yaratmaqla tam məşğul olmaq lazımdır. Bu həqiqəti dərk etmək və təcrübədə tətbiq etmək üçün kollecdə professor olmaq vacib deyildir. Mən ondan: "bəs necə oldu ki, narahatçılıqdan azad ola bildiniz - deyə soruşduqda o, belə cavab verdi: "Mən məşğul idim." Məlum oldu ki, hər şeydən əvvəl o, öz ev qulluqçusunu buraxmış və özü ev işlərini görməklə məşğul olmağa başlamışdı. Bu, ona çox da kömək etməyibmiş: "Çünki belədə mən öz ev işlərimi beynimi işlətmədən avtomatik yerinə yetirirdim. Buna görə də narahatçılığım yenə də davam edirdi. Yatağı düzəltdikdə, qab-qacağı yuduqda və s. dərk etdim ki, mənə başqa biçimli, hər saat, hər an konstruktiv olan zehni və fiziki işlə məşğul olmağım gərəkdir. Onda mən nəhəng, bir univermaqda satıcı işləməyə başladım. O, Con Kuauper Pouisin "Xoşagəlməz halları unutmaq məharəti" adlı əsərində yazdığı anlamı kəşf etmişdi. "İnsan ona tapşırılmış işlərə qapıldığı zamanlarda keçirdiyi hansısa təhlükəsizlik hissləri nə qədər də xoşdur, hansısa dərin daxili rahatlıq, xoşbəxt yaşayış necə də əsəbləri sakitləşdirir." Məhz bundadır bizim xoşbəxtliyimiz. Cənub qütbündə qalın buz zirehi ilə örtülmüş komada tamamilə tək-tənha yaşarkən admiral Berd də həmin həqiqəti kəşf etmişdi. Bu buz örtüyü naməlum, heybətli qitə təbiət sirlərini özündə gizlədir. Orada admiral Berd beş ay yalqız yaşadı. Təxminən yüz mil məsafədə heç bir canlı yox idi. Soyuq burada o qədər sərt idi ki, onun üzünə əsən soyuq küləyin şiddətindən nəfəs alan insan öz tənəffüsündəki rütubətin ani donmasından qopan səsləri belə eşidirdi. Admiral Berd "Tənha" adlı kitabında həmin o ürək parçalayan daimi zülmətdə keçirdiyi beş ay iztirablı və məşəqqətli vaxtlarından yazır. Orada gündüzlər də gecələr kimi zülmətdə keçir. O, dəli olmamaqdan ötrü məcbur idi ki, daim nə iləsə məşğul olsun. Bu ifadəyə bir də diqqət edək: "məqsədsiz yaşanılan həyat, bir qayda olaraq, şəxsiyyəti tənəzzülə gətirib çıxarır." Əgər siz və mən nədənsə narahatıqsa, gəlin qədim dəbdə olan işləməklə müalicə üsulunu yada salaq. Harvarddan olan tibbi klinikanın professoru Riçard C.Kebot kimi nüfuz sahibi bu haqda belə söyləmişdir. O, özünün "Yaşanılan insan həyatı hansı mənanı kəsb edir" adlı kitabında yazır: "Gələcəyin həkimi tək mən də, əməyin çox insanları insani hissiyyatlar üzərində hakimlik edən şübhə, tərəddüd və qorxu hissləri səbəbindən yaranmış qəlbləri titrədən paraliçlərdən necə müalicə etdiyini şadlıq və zövq ilə izləyirəm!" Bizə mərdlik hissi aşılayan işimiz - bu elə Emirsonun əsrlərə tərif etdiyi həmin özümüzə olan inamımızdır. Əgər biz işlə məşğul deyiliksə və oturub qəm-qüssəyə dalmışıqsa, bu vaxt bizi "güruh" varlıqlar yad edir, hansı ki, bunları Çarlz Darvin "məyusluq ruhları" adlandırmışdır. "Bu ruhlar bizim fəaliyyət bacarığımızı iradə azadlığımızı məhv edən, qəlbimizdə boşluq yaradan və bizə çoxdan məlum olan qəzəbli "qnomlardır."
Onun bir dəfə məşğələ zamanı söylədiyi həqiqi əhvalat belə olmuşdur: Ona bir dəfə yox, birdən-birə iki dəfə faciə baş vermişdir. O dedi: birinci dəfə mənim həddən artıq sevdiyim beş yaşlı qızımı itirdim. Mən və həyat yoldaşım düşünürdük ki, bu böyük kədəri çəkib qurtara bilməyəcəyik. Lakin on ay keçdikdən sonra Allah bizə başqa bir qızcığaz bəxş etdi, ancaq o da beş gündən sonra öldü.
Bu ikiqat zərbə bizi sarsıtdı. Mən buna dözə bilmirdim. Mən nə yeyə bilir, nə dincəlir, nə də təskinlik tapa bilirdim. Mənim əsəblərim tamamilə sarsılmış və həyata inamım itmişdi.
Nəhayət o, həkimlərə müraciət etdi. Onlardan biri yuxu dərmanını, digəri səyahətə çıxmağı təklif etdi. Amma o, hər iki tövsiyəni yerinə yetirməkdən boyun qaçırdı. Ona heç nə kömək etmirdi. O deyirdi: "Mənə elə gəlirdi ki, bədənimi məngənədə get-gedə bərk-bərk sıxırlar." Onu qəm-qüssə bürümüşdü. Əgər siz nə vaxtsa qüssə nəticəsində mənəvi cəhətdən sarsılmışsınızsa, onda siz onun nə kimi hisslər keçirdiyin anlayırsınız.
"Lakin Allaha çox şükürlər olsun ki, mənim dörd yaşlı oğlum sağ idi. Onun varlığı problemlərimin həllinə kömək etdi. Bir dəfə mən kimsəsiz, zavallı və pərişan halım barədə dalğın vəziyyətdə düşünərkən oğlum mənə dedi: "Ata, sən mənim üçün qayıq düzəldərsən?" Mənim qayıq düzəltməyə heç bir həvəsim yox idi. Əslində, mən heç nə edə bilməzdim. Oğlum isə çox inadcıl uşaq idi. Mən təslim olmaq məcburiyyətində qaldım.
Oyuncaq qayığın düzəlməsinə üç saat vaxt sərf etdim. Qayıq hazır olandan sonra mən bir çox aylar ərzində ilk dəfə ruhi dinclik hiss etdim.
Bu kəşf məni letargiya vəziyyətindən çıxardı və hadisələrin gedişini dərk etməyə vadar etdi. Bir neçə ay müddətində ilk dəfə idi ki, mən düşünə bilirdim. Mən artıq dərk etdim ki, biz insanlar planlaşdırma və ətraflı fikirləşmə ilə bağlı fəaliyyət göstərəriksə, narahatçılıq aradan qalxır.
Beləliklə, qayığın düzəldilməsi mənim dərdlərimi yoxa çıxardı. Mən həmişə məşğul olmağıma qərar verdim. Növbəti axşam mən artıq otaqlarda gəzişərək görəcəyim işlərin siyahısını tərtib edirdim. Kitab şkaflarını, pilləkənin pillələrini, ikinci lay pəncərə çərçivələrini, qapı dəstəklərini və suyu süzülən kranı təmir etmək lazım idi. Təəccüblü olsa da, iki həftə ərzində mən görüləsi 242 iş aşkar etdim.
Axırıncı iki ildə onların əksərini yerinə yetirdim. Bundan başqa, mən həyati fəaliyyətimə təkan verən, onu nizamlayan işlərlə məşğul olurdum. Həftədə iki dəfə Nyu-Yorkdakı yaşlıların kurslarında iştirak etməyə başladım. Mən artıq öz doğma şəhərimdə ictimai işlərlə də məşğul olur, həm də məktəblər üzrə idarəetmə komissiyasına sədr seçilmişdim. Bundan əlavə qırmızı aypara cəmiyyəti fondunun üzvlük haqlarının yığılmasına da köməklik göstərirdim. Digər fəaliyyət növləri ilə də o qədər məşğul idim ki, narahatçılıq keçirmək üçün heç vaxtım yox idi. Narahat olmaq üçün vaxtım qalmırdı.
Avtomobillərdə avtomatik "starterin" ixtirası üzərində ciddi məşğul olduğu vaxtlarda Çarlz Ketterinq də həmin bu vəziyyətdə idi.
Sonralar isə cənab Ketterinq "General motors" firmasının vitse-prezidenti oldu. Bu yaxınlarda isə təqaüdə çıxmışdır. O, bütün dünyada məşhur "General motors" firmasının elmi tədqiqatlar üzrə korporasiyasına rəhbərlik etmişdir. İş fəaliyyətinə başlayanda o qədər imkansız idi ki, laboratoriyasını anbarda açmaq məcburiyyətində qalmışdı. Hətta aldığı ərzaq məhsulunun pulunu o, həyat yoldaşının pianino dərsindən qazandığı min beş yüz dollar puldan ödəyirdi. Sonradan o, öz sığortasının girov qoyulması hesabına beş yüz dollar borc almaq məcburiyyətində qaldı. Mən onun həyat yoldaşından soruşdum ki, belə ağır vaxtlarda siz özünüz narahatçılıq keçirirdinizmi? "Bəli" deyərək cavab verdi. Mən o qədər həyəcanlı idim ki, yata bilmirdim. Cənab Ketterinq isə tamamilə sakit idi. O, narahat olmamaq üçün öz işi ilə həddən ziyadə məşğul idi."
Böyük alim Paster demişdir ki, "ruhi rahatlığı kitabxana və laboratoriyalarda əldə etmək olar." Bəs nəyə görə məhz orada? Çünki insanlar kitabxana və laboratoriyalarda işlədikdə öz elmi problemləri ilə o qədər dərindən və ciddi məşğul olurlar ki, narahatçılıq hissi keçirməyə vaxtları olmur. Alimlər az hallarda əsəb sarsıntıları keçirirlər. Onların belə "israfçılığa" vaxtları çatmır.
Təsəvvür edin ki, siz kürsüdə gözlərinizi qapayaraq əyləşmişsiniz və çalışırsınız ki, eyni anda "Azadlıq heykəli" barədə və sabah səhər nə edəcəksinizsə, o haqda düşünməyə cəhd göstərirsiniz (çalışın belə bir təcrübəni öz üzərinizdə sınaqdan keçirəsiniz).
Siz dərk etdinizmi ki, bu və ya digər iki məsələ haqda eyni anda düşünmək olmur; bunlar haqqında ancaq növbə ilə düşünmək mümkündür. Əlbəttə ki, bu hal bizim emosiyalarımızın (hisslərimizin) sferasına xas olan bir əlamətdir. Biz maraqlı bir işə görə ruh yüksəkliyi, entuziazm və eyni bir zamanda hər hansı başqa məsələ üçün isə bədbin, pərişan ola bilmirik. Bir sözlə beynimizdən bir hiss digərini sıxışdırıb çıxarır. Məhz bu sadə bir kəşf müharibə zamanı orduda işləyən psixiatrlara vuruşan əsgərlərin xariqüladə şücaət və qəhrəmanlıqlar göstərmələrinə imkan yaratmışdır.
Əsgərlər döyüş meydanlarında dəhşətli səhnələrdən qayıtdıqda onları "ruhi" xəstələr adlandırırdılar. Hərbi həkimlər onlara dərman əvəzinə işlə məşğul olmaq təyinatını verirdilər.
Beləliklə, döyüş zamanı həyatları lərzələr və sarsıntılarda yaşanılmış bu insanların istirahət etməli vaxtlarının hər dəqiqəsi hər hansı bir yaradıcılıq fəaliyyəti və çalışmaları ilə əvəz edilirdi. Adətən, bu məşğuliyyətlər açıq havada aparılırdı. Onlar balıq tutmaqla, ov etməklə, top oyunu ilə, qolfla, foto şəkilləri çəkməklə, bağçılıqla məşğul olur və rəqs etməyə gedərdilər. Vuruşda keçirdikləri dəhşətli anları yada salmağa onların vaxtları belə qalmazdı.
Psixiatriyada istifadə edilən "əməklə müalicə" termininin mahiyyəti ondan ibarətdir ki, dərman əvəzinə iş təklif olunur. Əlbəttə bu, yenilik deyildir. Eramızdan beş yüz il əvvəlki yunan həkimləri də əməklə müalicə təyinatı verirdilər.
Ben Franklinin dövründə kvakerlər (kilsə mərasimini inkar edən xristianlar) əməklə müalicədən istifadə edirdilər. 1174-cü ildə kvakerlərin sanatoriyasına gəlmiş bir nəfər ruhi xəstələrin kənəf əyirdiklərini gördükdə çox təəccüb etmişdi. O düşünmüşdü ki, "yazıqları istismar edirlər." Kvakerlərdən biri ona belə izah etmişdi ki, bu fəaliyyət növü ilə məşğul olmağa məcbur edilən xəstələrin vəziyyəti xeyli yaxşılaşmışdır. Bu üsul əsəbləri sakitləşdirir.
Lonqfello arvadının qışqırığını eşidir və ona kömək etmək istəyir. Heyhat, artıq gec idi. O, aldığı yanıqdan ölür. Bu dəhşətli hadisədən sonra Lonqfello bir neçə müddət o qədər iztirab çəkir ki, az qalır dəli olsun. Xoşbəxtlikdən o, üç kiçik uşağının qayğısını çəkə bildi. Kədər içərisində olmasına baxmayaraq, Lonqfello onlara həm ata və həm də ana oldu. O, uşaqlan ilə gəzməyə gedər, onlara maraqlı əhvalatlar danışar və onlarla oynayar. "Uşaq saatları" adlı ölməz poemadan söhbətlər edərdi. O zamanlar o, Dantedən tərcümə ilə məşğul olurdu. O, daim işlə məşğul olduğundan öz dərdini unudurdu. Ruhi sakitliyinə yalnız bu yolla nail ola bilirdi. Tenni
sonun ən yaxın dostu Artur Xallamı itirdikdə demişdi: "Mən çoxsahəli fəaliyyətlərimin içərisində itib batmalıyam, əks təqdirdə mən bu dərddən əriyərəm."
Bizim əksəriyyətimiz "fəaliyyətlərimizin içərisində itib-bata bilərik. Axı biz hər gün işdə istirahətsiz çalışır və daim vurnuxuruq. Lakin işdən sonra isə ən təhlükəli boş-bekar saatlarımız başlanır. Bununla belə biz istirahət vaxtlarımızda xoşhallanır və ən xoşbəxt sandığımız anlarda isə bizi iblis narahatçılığa təhrik edir, sürükləyir. Axı məhz həyatımızın bu anlarında biz heç nəyə nail ola bilmir və "yerimizdə sayırıq, deyib-düşünürük, bəzən də heç bir bəhanə olmadıqda belə özümüzdən nəsə uyduraraq düşünürük ki, "Əgər rəis danlayırsa o bunu pis niyyətlə edir." Ona görə də əzab çəkirik və qocaldığımız üçün heyfsilənirik.
Biz məşğul olmadığımız anlarda isə beynimiz "vakuum" halına meylli olur. Hər bir tələbə-fizik dərk edir ki, "təbiət boşluğu sevmir". Necə ki, elektrik lampasını sındırdıqda təbiət bayaq boşluq olan sferaya (sahəyə) partlayışlı səslə hava doldurur.
Təbiətin bu qanunu həmin tərzdə beynimizdə yaranmış fikir boşluğunu doldurmağa çalışır. Nə ilə? Bir qayda olaraq mənfi emosiyalarla, naqis fikirlərlə. Nə üçün? Ona görə ki, narahatçılıq və qorxu nəticəsində ki, qəzəb, qısqanclıq və paxıllıq ibtidai icma dövründə olduğu tək qüvvə və "cəngəlliyin dinamik enerjisi" ilə hərəkətə gəlir. Belə emosiyalar o qədər güclü olur ki, onlar ruhumuzdan sakit, xoşbəxt fikirləri və xoş hissiyyatları dərhal sıxışdıraraq çıxarır.
Müharibə zamanı mən Çikaqodan bir evdar qadınla tanış olmuşdum. O, belə qənaətə gəlmişdi ki, narahatçılıqdan azad olmaq üçün insan öz qüvvəsini və bütün vaxtını işlə məşğul olmağa sərf edərsə, bu onun yeganə dərmanıdır. Mən bu qadın və onun əri ilə Nyu-Yorkdan öz firmama gedərkən vaqon-restoranda tanış olmuşdum (çox təəssüf ki, onun adını soruşmamışdım. İnsanların ünvanlarını və adlarını demədən onlar barədə misal söyləmək adətim deyildi. Belə ətraflı şərh edilən yazılı məlumat hadisənin həqiqiliyinə inamı artırır).
"Bu mənə kömək etdi" - dedi. "Mən dərhal aktiv fəaliyyət burulğanına düşdüm: alıcılar daim ətrafımda dolaşır, əşyaların qiymətləri, rəngləri və ölçüləri haqda suallar verirdilər. Vəzifə borcumdan kənar heç bir məsələ haqda düşünməyə bir saniyə belə vaxtım olmurdu. Axşam olduqda isə ayaqlarımın ağrısından necə azad olmağım barədə düşünürdüm. Şam yeməyimdən dərhal sonra yerimə uzanır və ölü kimi səhərə qədər yatırdım. Narahat olmağa nə vaxtım, nə də qüvvəm var idi."
Dünya şöhrətli məşhur səyyah Oysa Conson bu yaxınlarda mənə özünün narahatçılıq və kədər hisslərindən necə azad olduğunu söyləmişdi. Ola bilər ki, siz onun həyat tarixini oxumusunuz. O, özü bunu belə adlandırmışdı: "Mən macəralarla doğmalaşmışam." Doğrudan da, əgər qadınlardan kimsə macəralarla doğmalaşa bilibsə, bu, məhz onun özüdür. Martin Consona ərə getdikdə onun on altı yaşı vardı. Onu Martin Conson Kanzas ştatının Çanuta şəhərinin səkisindən götürüb Borneonun vəhşi cəngəlliklərinə gətirmişdi. Əsrin dörddə biri müddətində Kanzasda yaşamış bu ər-arvad Asiyada, Afrikada və bütün yer üzündə nəsilləri kəsilməkdə olan vəhşi heyvanlardan filmlər çəkməklə bütün dünyanı səyahət etdilər. Doqquz il bundan qabaq onlar Amerikaya qayıdaraq özlərinin mühazirələri və filmlərilə ölkəni dolaşmağa başladılar. Onlar Denverdən təyyarə ilə qalxaraq ölkənin sahilinə enməli idilər. Bu vaxt təyyarə dağa toxunaraq qəzaya uğradı. Martin Conson dərhal həlak olmuş, Oysaya isə həkimlər dedilər ki, o heç zaman yataqdan qalxa bilməyəcəkdir. Lakin onlar hələ Oysa Consonu yaxşı tanımırdılar. Üç aydan sonra artıq o, diyircəkli arabacıqda hərəkət edir və nəhəng auditoriyalarda məruzə oxuyurdu. Həqiqətən də o, bu qayda ilə diyircəkli arabadan qalxmadan yüzdən artıq məruzə oxumuşdu. Mən ondan soruşanda ki, niyə belə edirdin, Oysa cavabında dedi: "Mən belə edirdim ona görə ki, kədər və narahatçılığa vaxtım olmasın.
Oysa Conson Tennisonun yarım əsr bundan əvvəl mədh etdiyi və təriflədiyi həqiqəti aşkar etdi. "Mən özümü əmək fəaliyyətinə qərq etməliyəm.
O, belə deyirdi: "Axşamdan fənəri söndürməmişdən qazandığım adətim üzrə səhər görəcəyim işləri götür-qoy edir və planlaşdırırdım. Məsələn, yaşadığım kahanın xilas olunma tunelinin qardan təmizlənməsinə bir saat, əmələ gəlmiş qar yığınının hamarlanmasına yarım saat, yanacaq çəlləyinin qondarılmasına bir saat, tunelin buz divarlarında ərzağın saxlanılması üçün kitab rəflərinə oxşar oyuqların açılmasına bir saat, insanları daşımaq üçün istifadə olunan xizəyin sınmış taxtasının təmirinə iki saat vaxt ayırırdım.
Vaxtımın bu qaydada bölüşdürülməsinə imkanın yaranması mənim üçün son dərəcə önəmli idi. Bu, öz-özümə nəzarət etməyim üçün belə imkanın yaranması halı çox yaxşı idi. Bunsuz günlərim və həyatım məqsədsiz keçər və şəxsiyyətim tənəzzül etmiş olardı.
Nyu-Yorkda mən bir nəfər işgüzar adam tanıyıram ki, işlə çox məşğul olduğundan onun əsəbiləşməyə və həyatından giley-güzar etməyə vaxtı qalmazdı. Onun adı Tremer Lonqmen idi. İdarəsi Uoll-stritdə yerləşirdi. O, mənim yaşlılar üçün olan kurslarımda dinləyici də olmuşdu. Onun narahatçılıq hisslərini necə tərk etmək haqda olan söhbətləri mənim üçün o qədər maraqlı və düşündürücü olmuşdu ki, mən onu dərsdən sonra şam yeməyinə dəvət etdim. Restoranda biz səhərə qədər oturub söhbət etdik. O, öz həyat tarixçəsini mənə nağıl etdi:
"On səkkiz il bundan əvvəl o qədər narahat vəziyyətdə idim ki, məndə yuxusuzluq yaranmışdı. Mən daim gərgin halda idim, əsəbiləşir və titrəyirdim. Mən artıq əsəb pozulması həddində idim.
Mənim narahatçılığıma səbəblər vardı. Mən Nyu-Yorkda "Frut end ekstrakt" firmasında xəzinədar işləyirdim. Biz bir qallon həcmli qablara doldurulmuş çiyələk məhsulunun ticarətinə yarım milyon dollar sərmayə qoymuşduq. İyirmi il idi ki, standart qablara doldurulmuş çiyələk məhsulunu dondurma istehsal edən nəhəng firmalara satırdıq. Bu nəhənglərdən "Neşnl deeri" və "Bordens" firmaları dondurma məhsullarının istehsalını kəskin artırdıqlarından pul vəsaitinə və vaxta qənaət edilməsi məqsədilə gözlənilmədən bizimlə ticarəti kəsdilər, çiyələyi çəlləklərdə tədarük etməyə başladılar.
Beləliklə, biz nəinki yarım milyon dollar dəyərində çiyələk məhsulunu realizə edə bilmədik, hələ üstəlik bir milyon dollarlıq da həmin məhsuldan tədarük etmək üçün müqavilə bağlamışdıq. Bu müqavilənin ömrü yaxın on iki ay müddətinə qədər etibarlı idi. Biz artıq bankdan əlavə min dollar borc almışdıq. Lakin biz nə borcu verə bilərdik, nə də onun ödəmə vaxtını artıra bilərdik. Deməli, mənim narahat olmağım təbii idi.
Tələsik Kaliforniya ştatındakı Uotsonvilldə yerləşən bizim fabrikə getdim. Mən firma prezidentini inandırmağa çalışırdım ki, şərait dəyişmişdir, bizim tam iflas olmağımız gözlənilir. O, bunu inkar etdi, inanmadı. O, mənə belə izah etməyə çalışdı ki, məhsulun realizə edilməsində bizim müvəffəqiyyətsizliyimizə Nyu-York kontoru təqsirkardır.
Çiyələyin bankalara doldurulmasının dayandırılmasına və bütün məhsul ehtiyatımızın təzə meyvə şəklində San-fransiskoda realizə edilməsi razılığının əldə edilməsinə mən bir neçə gün vaxtımı sərf etdim. Bu, bizim problemlərimizin, demək olar ki, hamısını həll edirdi. Bundan sonra gözlənirdi ki, daha narahatçılıq keçirməyəcəyəm, heyhat buna gücüm çatmadı. Narahatçılıq keçirmək artıq vərdişə çevrilmişdi və mən buna alışmışdım.
Mən Nyu-Yorka qayıtdıqdan sonra hər xırda məsələyə görə narahat olurdum. İtaliyadan aldığımız albalıya görə, Havay adalarından aldığımız ananas məhsuluna görə və s. Mən çox gərgin halda idim, əsəbi idim, yatıb yuxuya gedə bilmirdim. Artıq dediyim kimi, məni əsəb pozğunluğu gözləyirdi.
Ümidsizlik halında özüm də bilmədən gələcəkdə sağalacağıma səbəb ola biləcək elə bir hala düşdüm ki, nəticədə yuxusuzluq kimi bir bəladan qurtardım və beləliklə, narahatçılığımı bir dəfəlik tərk etdim. Mən özümü çoxlu işlə yüklədim. Mən özümə elə bir iş növü seçdim ki, icrası zamanı məndən bütün bacarığımın mərkəzləşməsini tələb etmiş olsun. Beləliklə, narahatçılığım üçün vaxtım olmadı. Adətim üzrə bu vaxta qədər mən yeddi saat işləyirdim. İndi isə mən hər gün on beş, on altı saat işləməyə başlamışam. Hər səhər idarəyə gəlir və orada gecə yarıya qədər qalıram. Mən özümə yeni növ mükəlləfiyyət və cavabdehlik vəzifəsi götürdüm. Gecə yarı evə gəldikdə mən elə əzgin və iztirablı vəziyyətdə olurdum ki, yatağıma girən kimi bir neçə saniyədən sonra yuxuya gedirdim.
Mən bu proqramı cəmi üç aya yerinə yetirdim. Bu müddətdə narahatçılığımı tamamən tərk etdim və ona görə də təzədən gündə səkkiz saat işləməyə başladım. Bu hadisə on səkkiz il bundan qabaq baş vermişdi. Həmin vaxtdan mən artıq yuxusuzluqdan əzab çəkmirəm və narahatçılıqdan yaxamı qurtarmışam.
Corc Bernard Şou haqlı idi. O, bütün bu hadisələrdən ümumi nəticə çıxararaq deyirdi: "Bizim bədbəxtliyimizin sirri ondadır ki, "həyatda xoşbəxtik və yaxud deyilik" mövzusunda düşünüb-daşınmaq üçün asudə vaxtlarımız olduqca çox olur." Gəlin bu haqda düşünməyi tərk edək! Çırmalanaq və işlə məşğul olaq, bu halda sizin qanınız damarlarınızda normal dövr etməyə başlayacaqdır; beyniniz sürətlə işləyəcək və tezliklə sizin həyat tonusunuz yüksələcək, narahatçılığınızı unutmaqda sizə kömək edəcəkdir. Məşğul olun! Həmişə məşğulluğunuzda qalın. Bu, dünyada ən ucuz dərmandır, özü də yaxşıların ən yaxşısıdır.
Narahatçılıq vərdişindən qurtarmaq üçün aşağıdakı qaydaya əməl edin:
İşlə məşğul olun. Narahatçılıqdan əzab çəkən insan gərək iş içərisində itib-batmış olsun, iş içərisində gizlənsin, əks təqdirdə o, öz naümidliyindən sarsıla bilər.