1871-ci ilin yazında gənc bir adam kitabdan onun gələcəyini dəyişdirə biləcək on yeddi söz oxudu. O vaxtlar o, Monrealdakı xəstəxanada ümumi təmayül üzrə tibbi təcrübə keçirən tələbə idi. Onu aşağıdakı problemlər narahat edirdi:
Mən Baltimorda ticarət kredit şirkətində klerk (kontor işçisi) işləyirdim. Burada da öz fəaliyyətimdə müharibə vaxtı olan həmin problemlərlə qarşılaşdım, belə ki, vaxtın az olmasına baxmayaraq, məndən çox işin görülməsi tələb olunurdu. Qiymətdə bizim aksiyalar aşağı düşürdü. Öz fəaliyyətimizdə yeni formaların tətbiqi tələb olunurdu. O vaxtlar ünvanları tez-tez dəyişən, açılıb-bağlanan, yeni-yeni təsis olunan səhmdar cəmiyyətləri yaradılırdı və s. Hiddətlənmək və əsəbiləşmək əvəzinə, mən hərbi həkimin məsləhətini yadıma saldım. "Bir qum dənəsi bir vahid anda, görüləsi hər bir iş müəyyən bir vaxt müddətində." Bu sözləri təkrar edə-edə öz vəzifə borcumu daha səmərəli tərzdə yerinə yetirərkən döyüş zamanı məni az qala şikəstliyə gətirib çıxara biləcək çaşqınlığa və iradəsizliyə düçar olmurdum. Məhz bundadır həyatın əsl mənası." Eramızdan 500 il əvvəl yunan filosofu Heraklit öz tələbələrinə demişdi: "Həyatda deyişmə qanunundan savayı, hər şey dəyişir." O, yenə belə demişdi: "Siz eyni bir çaya iki dəfə girə bilməzsiniz." Çünki çay hər an dəyişir, həmin dəyişiklik çaya girən insanda da bu cür baş verir. Həyatda mütəmadi dəyişiklik baş verir. Yeganə müəyyən olan bu gündür. Axı nə üçün biz daima dəyişikliklərə uğrayan, qeyri-müəyyənliklərlə dolu, necə olacağını qabaqcadan heç kəsin dərk və təyin edə bilmədiyi gələcəyin problemlərilə yaşadığımız bu günün gözəlliklərini korlamalıyıq. Qədim Romalıların buna müvafiq belə sözləri var. Faktiki olaraq iki söz. Carpe diem "Bugünkü gündən istifadə et." və ya "Anı tut." Bəli, yaşadığın o anı tut və çalış ki, onda məmnunluq tapasan. Şəfəq salamı Bu günə bir diqqət et.
- buraxılış imtahanlarını necə verməli
- harada işləməli
- öz təcrübəsini necə təşkil etməli
- yaşamaq üçün necə qazanc əldə etməli
Bu cavan tələbənin 1871-ci ildə oxuduğu on yeddi söz onun gələcəkdə öz zəmanəsinin ən məşhur həkim-terapevti olmağına köməkçi oldu. O, Cons Hopkins adına universitetin nəzdində ümumdünya şöhrətli tibbi məktəb açdı.
Britaniya imperiyasında tibb aləmində təltif edilə bilən ən yüksək elmi ada - Oksfordda təbabət elmi üzrə Kral şərəfli professor adına o, layiq görüldü. İngiltərə krallığının zadəganı rütbəsinə yüksəldi. Öldükdən sonra onun həyatının tarixindən bəhs edən 1466 səhifəlik iki cildlik kitab buraxıldı.
Bu adamın adı cənab Uilyam Osler idi.
Aşağıda Tomas Karleyl tərəfindən yazılmış, adı çəkilən təbibin həyatını narahatçılıqdan azad edən on yeddi söz aşağıdakılardır:
"Bizim əsas məqsədimiz gələcəyin dumanlı dərinliklərinə baxmadan, onlara məhəl qoymadan hal-hazırda faktiki gördüyümüz istiqamətdə dərhal hərəkət etməkdir."
Qırx iki il sonra universitet parkında tülpanlar çiçəklənəndə sakit bir yaz axşamı Uilyam Osler cənabları Jelsk universiteti tələbələrinə müraciət etdi.
Düşünmək olardı ki, dörd universitetin professoru və populyar kitablar müəllifi Osler fövqəladə keyfiyyətli mahir bir beyinə malikdir. Lakin o, bu fikrin yanlış olduğunu bildirdi. Əslində isə, onun ən yaxşı dostlarının göstərdiyi kimi, o, orta səviyyəli zehni istedada malik alim idi.
Bəs onun belə nailiyyətlərinin sirri nədə idi? Bu haqda o deyir: "Bu uğurlara ona görə nail ola bildim ki, daim digər günlərdən təcrid olunmuş "bu günümlə" yaşadım və çalışdım. Bununla o, nəyi nəzərdə tuturdu.
Uilyam Osler Jelsk universitetindəki çıxışından bir neçə ay öncə o, Atlantik okeanını böyük okean laynerində üzüb keçmişdi. O, burada qəza baş verdikdə xilas edilmək üçün gəminin qəribə bir konstruksiyaya malik olduğunu müşahidə etdi. Gəminin idarəetmə körpüsündə duran kapitan qəza düyməsini basardısa, dərhal mexanizmlərin işə düşəcəyini gəminin ayrı-ayrı bölmələrinin (suyun keçməməsi üçün) qapıları hermetik bağlanaraq bölmələrin biri-birindən təcrid edilə biləcəyini öyrəndi.
Odur ki, doktor çıxışında belə dedi:
"Sizin hər biriniz o nəhəng gəmidən də daha mürəkkəb mexanizmlərə maliksiniz və siz həyatınıza başladıqda o gəmidən də daha uzun müddətli bir səyahətə başlayacaqsınız. Ona görə də fırtınaların törədə biləcəyi hadisələrdən qorunmaq və bölmələri vaxtında biri-birindən təcrid etmək üçün sizə verilmiş mexanizmlərin idarə edilməsini və onlara nəzarət etməyi öyrənməyi israr edirəm. Yalnız beləliklə, siz öz səyahətinizi təhlükəsiz edə bilərsiniz. Heç olmazsa, gəminin adı çəkilən mexanizmlərini daim işçi vəziyyətdə saxlamaq üçün kapitan körpüsündə durun.
Düyməciyi basarsınızsa, görəcəksiniz ki, o dəmir qapılar həyatınızın hər mərhələsində sizi keçmişinizdən, artıq ölmüş dünənki günlərinizdən necə də təcrid edəcəkdir. Digər düyməni basarsınızsa, metal pərdələr sizi gələcəyinizdən, hələ doğulmayan sabahkı günlərinizdən necə təcrid edəcəyini duyacaqsınız. Belədə siz bu gününüz üçün tam təhlükəsiz olacaqsınız!..
Keçmişi öz düşüncələrinizdən təcrid edin! Qoy keçmiş öz "ölülərini" dəfn etsin... Sadəlövhlərin qəbrə gedən yollarını işıqlandıran dünənki günlərinizi özünüzdən təcrid edin. Keçmişin yüklərinə əlavə edilən gələcəyin yükləri, hətta ən güclüləri büdrəməyə məcbur edər. Gələcəyinizi də keçmişiniz kimi hermetik təcrid edin. Gələcəyi bu günkü gününüzdən də təcrid edin. Bugünkü gündə sabah yoxdur.... İnsanın xilası bu gündədir. Gələcək haqqında narahatçılıq hissi keçirən insanı mənasız enerji sərfi, ruhi əzab, əsəbilik israrla daban-dabana izləyir.
Beləliklə, gəminin bütün bölmələrini hermetik kip bağlayın, gəminin ön hissəsini arxa hissədən dəmir arakəsmə ilə ayırın. Özünüzdə sizi keçmiş və gələcəkdən hermetik dəmir arakəsmə ilə ayıran "vaxt kəsiyində" yaşamaq vərdişini aşılayın."
Məgər doktor Osler bununla demək istəmişdimi ki, biz səhərki günə hazırlaşmağa heç bir qüvvə sərf etməməliyik? Yox. Qətiyyən yox. O, bu çıxışında yorulmadan təkrar-təkrar təsdiqləyirdi ki, sabahkı günə ən yaxşı hazırlaşma üsulu bugünkü işlərin daha səmərəli yerinə yetirilməsi üçün öz qüvvə və bacarığınızı bir yerə cəmləmək məharətindən ibarətdir.
Müharibə vaxtı bizim hərbi rəhbərlər narahatçılığa qətiyyən yol vermədən sakit, təmkinlə gələcəyin planını tərtib edirdilər. Amerika Birləşmiş Ştatlarının hərbi dəniz qüvvələri komandanı admiral Ernest C.Kinq dedi: "Mən ən yaxşı hərbçi insanları sərəncamımda olan ən yaxşı hərbi döyüş texnikası ilə təchiz etdim və qarşılarında ən ağıllı və tədbirli məqsəd qoydum. Mənim bacara bildiyim ancaq bundan ibarət idi.
Admiral sözünə davam edərək: "Əgər gəmini batırsalar, yəqin, mən onu qaldıra bilmərəm. Əgər gəmi batırılsa, mən onun qarşısını ala bilmərəm. - dedi. Yaxşı olar ki, dünən baş vermiş hadisələrə görə heyfsilənmək əvəzinə, öz vaxtımı sabahın problemlərini həll etməyə sərf edəm. Bundan başqa, belə çətinliklər və problemlərdən narahat olmağı özümə rəva bilərəmsə, çətin ki, mən bu hala tablaşaram.
Müharibə və ya sülh zamanı hansı mülahizələrin düzgün və səhv olması arasındakı fərq aşağıdakılardan ibarət olur: düzgün mülahizə tərzi səbəb və nəticənin təhlilinə əsaslanır, planlaşmanın məntiqi tərtibinə gətirib çıxarır, düzgün olmayan düşüncə tərzi isə əksərən gərginliyə və əsəb sarsıntısına aparır.
İkinci Dünya müharibəsi zamanı hərbi forma geymiş cavan bir oğlan haradasa, Avropada özünə xeyirli bir dərs mənimsəmişdi. Onun adı Ted Benqermino idi. Bu insan özünü döyüş şəraitində əsəbi sarsıntı vəziyyətinə gətirib çıxarmışdı. Ted Benqermino yazır ki, "mən 1945-ci ilin aprel ayında həkimlərin dediyinə görə ifrat narahatçılıq səbəbindən, "selikli kalit" adlanan psixi travma xəstəliyinə düçar olmuşdum. Bu xəstəlik məni dözülməz ağrılara mübtəla etmişdi. O zaman əgər müharibə qurtarmasaydı, mən inanırdım ki, "sağlamlığımın axırına çıxacaqdım". Çünki mən tamamilə üzülmüşdüm.
Mən o vaxt 94-cü piyada diviziyasının dəfn etmə komandasında unter-zabit vəzifəsində işləyirdim. Mənim vəzifəm döyüşdə bütün ölənlərin, itkin düşənlərin, hospitala göndərilənlərin qeydiyyat vərəqələrinin yazılıb-doldurulmasına kömək etmək idi. Mənim vəzifəm birdə ondan ibarət idi ki, qızğın döyüş getdiyi zamanlarda belə, müttəfiqlərin və düşmənlərin əsgərlərinin meyitlərini tələsik dayaz xəndəklər qazımaqla onları dəfn edim. Mənim vəzifəm həm də ölmüş əsgərlərin əşyalarının toplanaraq onların öz valideynlərinə və yaxud yaxınlarına çatdırılmasına nəzarət etmək idi. Çünki bu əşyalar valideynləri və yaxınları üçün çox əziz sayıla bilərdi. Məni daim belə bir qorxu hissi izləyirdi ki, biz ciddi səhvlərə yol verə bilərik. Mən bütün bunlara necə dözəcəyimdən qorxaraq daim vahimə içindəydim. Məni o fikir də üzürdü ki, görəsən, hələ üzünü görmədiyim on altı aylıq yeganə oğlumu qucağıma götürmək mənə müyəssər olacaqmı, o günə qədər yaşaya biləcəyəmmi? Mən o qədər dilxor və pərişan vəziyyətdə idim ki, çəkimi otuz dörd girvənkə itirmişdim. Mən artıq divanəlik həddində idim. Mən öz qollarıma diqqət yetirdim, onlar skeletin qollarını andırırdı. Mən evə əlil vəziyyətində qayıdacağımı düşündükdə dəhşətə gəlirdim. Mən tam ümidsizliyə qapılmışdım və uşaq kimi ağlayırdım. Mən o dərəcədə sarsılmışdım ki, tək qaldığım vaxtlarda yanaqlarımdan göz yaşlan sel kimi axırdı.
Ardən döyüşlərindən sonra həyatımda daha dəhşətli və dözülməz dövr başladı. Mən tez-tez ağlayır və sıxıntı keçirirdim. Yenidən normal bir insan vəziyyətinə gələcəyimə bütün ümidimi demək olar ki, itirmişdim.
Nəhayət, mən hospitala düşdüm. Bir hərbi həkim mənə həyatımı tamamilə dəyişdirə biləcək məsləhət verdi. Çox ciddi müayinədən sonra o, mənim keçirdiyim xəstəliklər nəticəsində əsəblərimin pozulduğu qənaətinə gəldi. O dedi: "Ted, mən istəyirəm ki, sən həyatım qum saatına bənzədəsən. Sən bilirsən ki, minlərlə qum dənələri qum saatının dar boğazından aramla və nizamla, ardıcıllıqla keçir. Əgər sən və ya mən çalışsaq ki, həmin dar keçiddən müəyyən anda bir yox, daha çox qum dənəsi keçsin, onda yəqin ki, bununla biz qum saatını korlamış olarıq. Sən, mən və bütün qalan insanlar bu qum saatına bənzəyirik. Biz hər səhər yataqdan qalxdıqda qarşımıza həmin gün ərzində görüləsi onlarla vacib iş ortaya çıxır. Əgər biz bu işləri müəyyən vaxt müddətində tək-tək yerinə yetirməsək (necə ki, qum saatında ayrı-ayrı qum dənələri dar keçiddən tək-tək keçirlər) və çalışsaq ki, görüləsi bütün işləri bir anda görək onda fiziki və psixi qüvvələrimizi sarsıdarıq, qırarıq. Praktik həyatımda mən bu fəlsəfənin tətbiqinə həmin hərbi həkimin məsləhət verdiyi unudulmaz gündən sonra başladım.
"Bir qum dənəsi - bir vahid anda..., görüləsi bir iş - müəyyən bir vaxt müddətində"
Bu məsləhət müharibə vaxtı məni fiziki və psixoloji sarsıntılardan xilas etdi. O, həmçinin indi, sülh zamanında da yeganə ümidgahıma çevrildi."
Bizim həyat tərzimizə aid ən dəhşətli şərh ondan ibarətdir ki, xəstəxanalarımızda çarpayıların, demək olar ki, yarısı keçən günlərdən toplanıb qalmış və sabahkı günün qorxusundan üzülmüş əsəbi və psixi xəstələrə aiddir.
İsa Peyğəmbərin "Sabahkı gün üçün iztirab çəkmə" yaxud Uilyam Oslerin "Ayrıca, bu gün üçün yaşayın" kəlam və məsləhətlərini əsas götürüb bunlara ciddi riayət etsəydilər, onda bu insanların əksər hissəsi də sakitcə həyatdan zövqlənərək yaşayar və xoşbəxt ola bilərdilər.
Siz və mən birlikdə hazırkı yaşadığımız anda iki sonsuzluğun kəsişdiyi nöqtədə durmuşuq: əbədi davam etmiş sonsuz keçmiş və tarixin son anına kimi irəli can atan gələcək... Hər halda biz eyni vaxtda iki sonsuzluqda saniyənin sonsuz kiçik anında belə yaşaya bilmərik. Çalışsaq ki, buna nail olaq, biz özümüzün fiziki sağlamlığımızı və əqli gücümüzü qıra bilərik. Buna görə də gəlin ayrıca (müəyyən) zaman parçasında yaşamağı bacarmağımızla kifayətlənək, heç olmazsa, indiki andan ta günün yuxuya getmək zamanına qədər."
Robert Luis Stivensən yazır: "Hər kəs öz yükünü onun ağırlığından asılı olmayaraq, gecəyə qədər çəkib apara bilər. Bizim hər birimiz gün ərzində hətta ən çətin işi belə yerinə yetirə bilərik. Bizim hər birimiz ürəyimizdə ətrafımızdakılara zərif hisslər, məhəbbət, xeyirxahlıq bəsləməklə səbirlə günəşin qürbünə qədər yaşaya bilərik.
Həqiqətən də, həyat bizdən bunu tələb edir.
Lakin xanım E.K.Şilds isə tam ümidsizliyə qapılmışdı və hətta o, intihar etmək qərarına da gəlmişdi. Lakin onu bu fəlakətdən qurtaran gün çıxandan gün batana qədər yalnız o gün üçün yaşamaq fikrini özünə təlqin edə bilməsi oldu. Öz həyatı haqqında xanım Şilds belə dedi: "1937-ci ildə mən ərimi itirdim və bundan olduqca kədərləndim. Mənə iş verən, "Royr Fauler" firmasının sahibkarı cənab Leon Royra məktub yazdım və yenidən Kanzas Sitidə işə düzəldim. Mən əvvəllər şəhər və kənd məktəblərinə kitab satmaqla yaşamağıma vəsait qazanırdım. Buna baxmayaraq, sonradan pulunu müddətli ödəməklə avtomobil almağa yetərincə vəsait toplaya bilmişdim. Beləliklə, mən aylıq haqları (vznosları) ödənilməklə bir az köhnəlmiş avtomobil ala bildim. Mən təzədən kitab satmağa başladım. Mən düşündüm ki, yenidən rəvan yola çıxmaqla depressiyaları dəf edə bilərəm. Lakin maşını tək sürmək və həmişə tək-tənha nahar etmək mənim qüvvəm xaricində idi. Bir neçə iş yerində kifayət qədər vəsait qazanmağa müyəssər ola bilmişdim. Elə olurdu ki, bu məbləğ çox olmasa da, maşının köçürmələrini ödəməyə çətinlik çəkirdim.
1938-ci ildə mən Missuri ştatının Versal şəhəri yaxınlığında işləyirdim. Məktəblər kasıb, yollar isə pis idi. Mən özümü kimsəsiz hiss edirdim, həyatımdan elə bezmiş və mütəəssir olmuşdum ki, hətta bir vaxt özümü öldürmək istəyirdim. Mənə elə gəlirdi ki, bundan sonra həyatda müvəffəqiyyət qazanmaq qeyri-mümkün olacaqdır. Mən bu dünyada hər şeydən qorxurdum. Qorxu və vahimə məni əldən salırdı, elə bilirdim ki, maşının aylıq köçürmə pulunu, ev kirayəsini ödəyə bilməyəcəyəm və mənim tezliklə yeməyə heç nəyim olmayacaqdır. Həkimə verməyə pulum olmadığından xəstələnməkdən qorxurdum. Məni intihardan çəkindirən yalnız o oldu ki, dəfnim üçün lazımi qədər pulum olmadığından düşünürdüm ki, bacımın ovqatı təlx olacaqdır. Çünki o da ehtiyac içərisində yaşayırdı.
Bir dəfə qəzetdə belə bir məqalə oxudum. Bu məqalə məni qəm-qüssədən uzaqlaşdırdı, mənə kişi dözümü və dəyanəti verdi və yenidən yaşamağa başladım. Bu məqalədə məni çətinliklərə qalib gəlmək üçün mübarizəyə ruhlandıran bir ibarəyə görə müəllifə dərin minnətdaram. Bu ibarə belə idi: "Müdrik insanlar üçün hər gün yeni həyat başlanır." Mən bu kəlamın surətini makinada çıxararaq avtomobilin küləyə qarşı olan şüşəsinə yapışdırdım. Beləliklə, mən sükan arxasında oturarkən hər dəqiqə bu sözləri görürdüm. Sən demə bir iş gününü yaşamaq qayğısı bir o qədər də müşkül məsələ deyilmiş?! Mən ötən günləri unutmağı və gələcək gün üçün narahat olmamağı öyrəndim. Hər səhər mən özümə deyirdim: "Bu gün mənim qarşımda yeni həyat açılacaqdır." Mən, nəhayət, tənhalıq, ehtiyac qorxusunu dəf etməyə müyəssər oldum. Mən indi xoşbəxtəm, ümumiyyətlə, çoxlu nailiyyətlərə yiyələnirəm, dolğun ruh yüksəkliyinə və həyati sevgiyə malik olmuşam. İndi mən arxayınam ki, səhərki gün üçün nə olur-olsun, həyatım boyu heç bir qorxu hissi keçirməyəcəyəm. Mən gələcəyin vahiməsindən azad olmuşam. İndi mən artıq bilirəm ki, ancaq bu gün haqqında düşünmək lazımdır və onu da bilirəm ki, "müdrik insan üçün isə hər gün yeni həyat başlanır."
Siz necə bilirsiniz, aşağıdakı şeri kim yazmışdır?
Ümid və qayğı arası, hər tərəfdə qorxu və təlaş
Hər günün haqda düşün ki, o səninçün bir daha parlamaz;
Sevinclə gələcək həmin saat, hansı ki, bir daha gözləməyəcəksən.
Bu sözlər müasir səslənir elə deyilmi? Hansı ki, bu sözlər eramızdan otuz il əvvəl Roma şairi Horatsi tərəfindən yazılmışdır.
Mənə elə gəlir ki, insan təbiətinin ən faciəvi xüsusiyyəti odur ki, o, öz arzu və diləklərinin icrasını həmişə gələcək günlərə saxlamağa meyl göstərir.
Biz hamımız pəncərəmiz altında yetişmiş qızıl güllərdən nəşələnmək əvəzinə, üfüqdən o tərəfdə, uzaqlarda görünən hansısa sehrli, məftunedici qızıl güllə dolu əsrarəngiz gözəl bir bağ görmək arzusunda oluruq.
Bəs nə üçün biz bu qədər axmağıq, beləcə dəhşətli axmaqlarıq?
Biz həyatımız adlanan o kiçik zaman anını necə də qəribə bir tərzdə başa vururuq. Stivən Likok yazır: Uşaq deyir, mən nə vaxt gənc olacağam?" Gənc deyir: "Mən nə vaxt yaşa dolacağam?" Nəhayət yaşa dolanda deyir. "mən nə vaxt evlənəcəyəm?" Nəhayət o evlənir, bununla da onun həyatında az şey dəyişir. O düşünməyə başlayır. "Mən nə vaxt təqaüdə çıxacağam?" Nə vaxt ki, artıq o təqaüd yaşına çatır, çevrilib keçmiş olduğu həyat yollarına baxdıqda elə bil onun üzünə soyuq bir külək əsir, onun qarşısında qəddar bir həqiqət vərəqlənərək açılmağa başlayır: həyatında necə də bir daha heç vaxt geri qayıtmayacaq vaxt itirilib. "Təəssüf. Biz çox gec anlamağa başlayırıq ki, həyatın mənası yaşanılan hər günün və saatın ritmində axan elə həyatın özüdür."
İndi əbədiyyətə qovuşmuş Detroytdan olan Edvard S.Evans bir zamanlar "Həyatın mənası yaşanılan hər günün və saatın ritmində (ahəngində) axan elə həyatın özüdür." kəlamını dərk eləməsindən qabaq daimi narahatçılıqdan az qalmışdı ki, özünü öldürsün. Kasıb ailədən çıxmış Edvard Evans qəzet satmaqla özünün yaşamasına pul qazanmağa başlamışdı; sonradan o, baqqal dükanında "klerk" vəzifəsində işləməyə başladı. Sonradan kitabxana köməkçisi vəzifəsinə keçdi. O, yeddi nəfəri dolandırmalı idi. Məvacibinin az olmasına baxmayaraq, o, işindən çıxmağa qorxurdu. Özündə bir cəsarət tapıb hər şeyi yenidən başlayana qədər səkkiz il keçdi. O, borc aldığı əlli beş dollara bir müəssisə açdı və ildə iyirmi min dollar gəlir götürdü. Bundan sonra o, ifrat zərbəyə məruz qaldı. O, öz dostundan böyük bir məbləğə veksel götürdü, dostu isə elə o məqamda gözlənilmədən iflasa uğradı. Bundan az sonra ona ikinci zərbə dəydi. Belə ki, Evansın pulları saxlanılan bank da müflis oldu. O nəinki axırıncı sentinə qədər varını itirdi, üstəlik on altı min dollar borclu qaldı. Onun əsəbləri bu sarsıntılara dözmədi. O, belə deyirdi: "Mən nə yata bilirdim, nə də yeyə bilirdim. Mən anlaşılmaz bir xəstəliyə düçar olmuşdum. Məndə yaranmış bu xəstəliyi narahatçılıq, yalnız narahatçılıq törətdi. Bir dəfə yolla gedərkən özümdən gedərək yıxıldım. Mən artıq hərəkət edə bilmirdim. Mən xəstə yatağına mıxlandım, yaralar bədənimi içəridənsə bürümüşdü. Hətta yataqda yatarkən də mən qeyri-insani ağrılar, sancılar keçirirdim. Günü-gündən zəifləyirdim. Nəhayət, həkim dedi ki, ömrümün sonuna iki həftə vaxt qalıb. Mən məhv olurdum, mən vəsiyyətnaməmi tərtib etdim və sonra yerimə təzədən uzanmaqla axırımı gözlədim. Narahat olmağa və mübarizəyə heç lüzum qalmamışdı. Mən bu halım ilə barışa bildim, zəif düşdüm və yatdım. Həftələrlə iki saat ardıcıl yata bilməzdim. İndi isə mənim yer üzündəki problemlərim artıq tükəndiyindən körpə uşaq kimi sakitcə yuxuya getdim. Tədricən yorğunluğum keçirdi. Məndə iştaha yarandı. Mənim çəkim artmağa başladı.
Bir neçə həftədən sonra qoltuqaltı ağacların köməyi ilə gəzməyə başladım. Altı həftədən sonra işə getdim. Keçmişdə il ərzində iyirmi min dollar qazanırdımsa, indi çox məmnunam ki, həftədə gəlirim otuz dollar təşkil edir. Mən əyləc başmaqlarının satışı ilə məşğul idim. Nəhayət ki, özümün həyati təcrübəmi dərk etdim. Mənim üçün ən əsas məsələ narahatçılıqdan xilas olmaq, keçmişdə baş verənlərdən təəssüflənməmək və gələcəyin necə olacağı barədə qorxu hissi keçirməmək idi. Mən bütün vaxtımı, qüvvə və enerjimi yeni peşəmin mənimsənilməsinə sərf edirdim.
Edvard S.Evans xidmət pillələrində çox sürətlə yüksəlirdi. Bir az müddətdə kompaniyanın prezidenti oldu. Onun "Evans prodakt" şirkəti uzun illər boyu Nyu-York fond birjasında qeydiyyatdan keçmişdi. 1945-ci ildə Edvard Evans dünyasını dəyişdi. O, Amerika Birləşmiş Ştatlarının ən tərəqqi etmiş işgüzar insanlarından biri sayılırdı. Siz gələcəkdə nə vaxtsa qismət olub Qrenlandiyanın səmalarında uçarsınızsa, ola bilər ki, sizin təyyarə onun şərəfinə adlandırılmış Evans - fild təyyarə limanına ensin.
Söylənilən hekayənin əsas məğzi aşağıdakılardan ibarətdir: əgər Edvard s.Evans bugünkü günün müəyyən vaxt kəsiyində narahatçılıq keçirməyin mənasızlığını dərk etməsəydi, yəqin ki, bu qədər təsir bağışlayan nailiyyətlərə də sahib ola bilməzdi.
Con Reskin öz yazı masasının üstünə üzərinə yalnız bircə "Bu gün" sözü həkk edilmiş sadə bir daş qoymuşdu. Mənim öz yazı masam üzərində bu daş yoxdursa da, güzgümün kənarına Uilyam Oslerin stolunda daim saxlanılan aşağıdakı şer yazılmış kağız yapışdırılmışdı. Bu şeri məşhur Hindistan dramaturqu Kalidas yazmışdır."
Axı onda həyat vardır, həyatın əsl mənası
Onun kiçik parçasında –
Onda bizim varlığımızın mənası haqda
həqiqətlər vardır.
İnkişaf fərəhi,
Yüksəlmə təmtərağı,
Nailiyyətlərin dəbdəbəsi.
Axı dünənki gün yalnız yuxudur.
Sabahkı gün yalnız anlaşılmaz bir xəyal
Əgər bu günü yaxşı yaşasanız, onda
keçən gün isə bizə xoşbəxt yuxu kimi görünəcəkdir.
Hər sabahkı gün isə anlaşılmaz ümid.
Bu günkü gün üçün yaşamağa sizi dəvət edirəm!
Bu şəfəq şüalarının salamıdır.
(şer sətri tərcümə edilmişdir)
Beləliklə, narahatçılıq haqqında siz nəyi bilməlisiniz?
O, aşağıdakı kimi nəticələnir:
"Əgər siz öz həyatınızdan həyəcanınızı sıxışdırıb çıxarmaq istəyirsinizsə, cənab Uilyam Oster kimi hərəkət edin."
Keçmişi və gələcəyi bu gününüzdən dəmir qapılarla ayırın, hermetikcəsinə qapanmış "ayrılıqda" bu gününüzlə yaşayın.
Özünüzə aşağıdakı sualları verin və onların cavablarını yazın:
1. Bugünkü işlərini narahatçılıq səbəbindən sonraya saxlayırammı, üfüqdən o tərəfdə, uzaqlarda görünəcək füsunkar və məftunedici qızılgüllə dolu əsrarəngiz gözəl bir bağ görmək
arzunuz olurmu?
2. Keçmişdə baş verən və birdə qayıtmayacaq hadisələrə təəssüflənməyin səbəbindən hazırda yaşadığım indiki həyatımı çətinliklərə salırammı?
3. Mənə bəxş edilən günün iyirmi dörd saatım ən səmərəli tərzdə keçirmək naminə o xoşbəxt anı kəşf edib tuta bilərəmmi?
4. İlk növbədə, bugünkü günün haqqında düşünərək mən həyatımdan çoxlu faydalana bilirəmmi?
5. Mən bunların icrasına haçan başlayacağam?
Gələn həftə?... Sabah?... Bu gün?