25. Yorğunluq və narahatçılığın vaxtında qarşısını almaq üçün

25. Yorğunluq və narahatçılığın vaxtında qarşısını almaq üçün

Önəmli əmək vərdişi № 1. Problemlərin hazırkı həllinə aid kağızlardan başqa yazı masası üzərində nə varsa, hamısını yığışdırın.
Çikaqo və şimal-qərb dəmiryol şirkətinin prezidenti Roland L.Uilyams deyir: «Yazı masası üzərində müxtəlif məsələlərə aid sənədlər qalaqlayan insan, əgər masasını artıq kağız və materiallardan azad edərək, yalnız təcili həllini gözləyən problem məsələlərin sənədlərini saxlayarsa, gördüyü iş asan və müsbət nəticələnmiş olar. Mən bunu „yaxşı evdarlıq“ adlandırıram və bu „səmərəliliyin birinci addımıdır“ deyirəm.
Əgər siz Vaşinqtondakı konqresin kitabxanasına gedərsinizsə, orada tavanda yazılmış söz diqqətinizi cəlb edəcəkdir: „Nizam göylərin birinci qanunudur.“

Nizam-intizam həm də işgüzar fəaliyyətdə ən birinci qanun olmalıdır. Amma bu, həmişə belə olurmu. Xeyr, orta biznesmen bütün həftə ərzində baxmağa macal tapmadığından onun yazı masası üzərində məktub və sənədlər qalaqlanaraq „təpə“ yaradır. Həqiqətən də Yeni Orlean qəzetlərindən birinin naşiri mənə söyləmişdi ki, onun katibinin iş masalarının birinin üzərindəki qalaqlanmış kağızlardan təmizləyərək qayda yaradarkən iki ildən artıq müddətdə itmiş yazı makinasını tapmışdır.
Təkcə üzəri hələ cavablanmayan məktublar, oxunmamış çıxış mətnləri, yaddaş qeydləri ilə dolu olan bir masanın bu vəziyyəti kifayətdir ki, insanda təşviş, həyəcan və narahatçılıq yaratsın. Bu hələ bəlaların ən qorxulusu deyildir.» Milyonlarla icra edilməmiş iş və onların icrasına «vaxtın olmaması» kifayətdir ki, sizdə nəinki gərginlik və yorğunluq yaratmış olsun, mümkündür ki, hətta sizdə yüksək qan təzyiqi, ürək fəaliyyətinin pozulması və mədə yarası tək təzadlı halları da törətsin.
Pensilvan universiteti tibb fakültəsinin professoru doktor Con X.Stouks Amerikanın tibb assosiasiyasının milli qurultayında çıxış etmişdi. Onun çıxışının başlığı belə idi: «Funksional nevroz orqanik xəstəliklərin mürəkkəbləşməsidir.»

Bu çıxışında Stouks on bir sərlövhədə baş verə biləcək vəziyyətləri sadalamışdı. «Xəstənin hansı psixi halları ola bilər.» Siyahının başında birinci yerdə olan budur: "İnsanın yerinə yetirməli olduğu iş sahəsində vəzifə borcu haqda hiss və düşüncələri.
Bəs necə olur ki, yazı masası üzərində qayda yaratmaq və bu barədə qərar qəbul etmək kimi sadə bir üsul bizi yüksək qan təzyiqi fəsadından, insanın nə isə görəcəyi iş və vəzifə borcu barədə daim düşünməkdən və həllini gözləyən sonsuz miqdar problemlər barədə fikirləşməkdən azad olmağa kömək etmiş olur? Məşhur psixiatr doktor Uilyam L.Sedler öz xəstəsi barədə söyləyirdi ki, bu sadə vasitənin tətbiqi onu əsəb sarsıntısından azad edə bilmişdir. Söhbət nəhəng, Çikaqo firmasının müdirindən gedir. Doktor Sedlerin otağına girdikdə onun rəng-ruyu qaçmışdı, gərgin, əsəbi və narahat görkəmi vardı. Ona elə gəlirdi ki, indicə necə deyərlər o, «tıxac, açana» keçəcəkdir. Onun işi buraxıb, həkimə müraciət etməyə imkanı olmamışdı. O, köməyə möhtacdır.

Doktor Sedler söyləyirdi: «Bu insan öz həyatı barədə mənə söylədiyi zaman qəflətən mənim telefonum səsləndi. Xəstəxanadan zəng edirdilər: sualı təxirə salmaq əvəzinə, mən həmin vaxt telefonda verilmiş sualın həlli üçün qərar qəbul etdim. Mümkün olduqca, mən məsələni dərhal həll etməyə çalışırdım. Telefon dəstəyini asmağa macal tapmamış o, yenidən səsləndi. Mən təcili bir məsələni müzakirə etməli idim, lakin buna vaxt tələb olunurdu. Üçüncü dəfə bizi söhbətdən ayıran otağa daxil olmuş mənim həmkarım oldu, onun ağır bir xəstə barədə məsləhətimə ehtiyacı vardı. Onunla da söhbəti qurtarandan sona mən öz xəstəmə müraciət edərək gözləməyə məcbur etdiyimə görə ondan üzr istədim. O, isə birdən ani olaraq şən bir vəziyyət aldı, onun sir-sifəti artıq dəyişmiş, başqa bir görkəm almışdı.»
O, Sedlerə belə dedi: «Doktor, məndən üzr istəməyin! Axırıncı bu on dəqiqədə dərk etdim ki, məndə vəziyyət belə deyildir. Mən öz idarəmə gedərək öz iş prinsiplərimi gözdən keçirməliyəm. Ancaq getməzdən qabaq icazə versəydiniz, sizin yazı masanıza baxardım.

Doktor Sedler öz yazı masasının bütün daxıllarını açdı. „Bunların hamısı bomboş idi, yalnız indicə daxil olmuş poçtdan başqa, heç nə yox idi. Pasiyent məndən soruşdu ki, “Deyin görək, siz tamamlanmamış işlərinizi harada saxlayırsınız?
»Tamamlanmamış işlərim yoxdur" deyərək doktor Sedler cavab verdi.
Bəs cavabı hələ tamamlanmamış məktubları harada saxlayırsınız?
«Bütün məktublara cavab verilmişdir. Mənim qaydamdır, məktublara dərhal cavab göndərirəm. Bəzən də cavabı dərhal katibəyə diktə edirəm» deyə cavab verdi.
Altı həftədən sonra həmin administrator doktor Sedleri öz idarəsinə dəvət etdi. O, tamamilə dəyişmişdi. Onun sir-sifəti kimi yazı masasıda dəyişmişdi. O da yazı masasının bütün daxıllarını çəkdi, orada heç bir bitməmiş iş yox idi. O, dedi: «Altı həftə bundan qabaq mənim üç ədəd yazı masamın üstü müxtəlif məktublar, çoxsaylı digər sənəd bağlamaları altında itib-batmışdı. Mən heç zaman işlərimi yekunlaşdıra bilmirdim. Sizinlə söhbət etdikdən sonra iş yerimdən tam bir „vaqon“ sənəd və keçmiş hesabat vərəqələrini tulladım. İndi isə mən artıq təkcə bir yazı masası arxasında işləyirəm, həlli labüd məsələlər daxil olduqca dərhal onları icra edirəm. Hələ həllini tapmamış „dağlar boyda“ işlərdən axır ki, yaxam qurtarmışdır. Ən valehedici hal isə mənim sağalmağımdır. İndi artıq sağlamlığım tam qaydasındadır.»
Birləşmiş ştatların Ali məhkəməsinin keçmiş baş hakimi Çarlz Evans demişdi: "İnsanlar həddən artıq işləməkdən ölmürlər. İnsanlar bihudə yerə güc sərf edilməsindən və narahatçılıqdan ölürlər, məhz ona görə ki, onlar öz işlərinin icrasının başa çatacağının heç vaxt mümkün olmayacağını daim fikirləşir və narahat olurlar."
Önəmli əmək vərdişi № 2. İşləri onların önəmliliyi baxımından ardıcıllığı ilə yerinə yetirin.
Şəhərlər üzrə xidmətdə olan ümummilli kompaniyanın banisi Henri L.Doxerti ödədiyi məvacibin məbləğindən asılı olmayaraq, iki istedadı müəyyən etməyin onun üçün qeyri-mümkün olduğunu etiraf edirdi.
Söhbət əvəzsiz iki istedaddan gedir: birincisi, insanın dərketmə istedadı, ikincisi işləri mahiyyətinə görə növbə ilə icra etmək istedadı
Başlanğıcda heç bir vəsaiti olmayan gənc bir oğlan olan Çarlz Lokman on iki il ərzində «Pepsodent» şirkətinin prezidenti vəzifəsinə qədər yüksəlmiş, ildə yüz min dollar məvacib almış və bundan əlavə milyon dollar qazanc əldə edə bilmişdi. Bu gənc oğlan öz nailiyyətlərinə görə göstərilən iki istedada çox-çox minnətdar idi. Halbuki, Henri L.Doxertinin dediyinə görə, bunu heç bir vaxt özü üçün müəyyən edə bilməmişdi. Çarlz Lokman demişdi: «Mən çoxdandır ki, hər gün səhər saat beşdə yataqdan qalxmağı adətim naminə özümə vərdiş etmişəm, ona görə ki, bu vaxt mən günün başqa çağlarından daha yaxşı düşünə bilirəm, mən günün bu çağlarında daha yaxşı düşünməklə iş günümü yaxşı planlaşdıra bilirəm, planlaşmanı da elə edirəm ki, işlər mahiyyətinə görə növbə ilə icra edilmiş olsun.»
Amerikanın müvəffəqiyyət qazanmış sığorta agentlərindən biri olan Franklin Bettcer isə səhər saat beşi gözləmir, o, səhərki işlərin planını axşam çağı tərtib edərək qarşısına məqsəd qoyur ki, sabahkı iş günündə hansı qayda ilə sığorta vərəqələrini satacaqdır. Əgər öz planına görə nəzərdə tutduğu miqdar vərəqələri realizə edə bilməzsə, satılmamış vərəqələri növbəti gün üçün satılması nəzərdə tutulmuş vərəqələrin üstünə gəlir və s.
Uzun illərin təcrübəsinə əsaslanaraq bilirəm ki, əhəmiyyət dərəcələrinə görə növbə ilə işlərin görülməsinə həmişə nail olmaq çətin olur. Lakin onu da yaxşı bilirəm ki, təxmini də olsa görüləsi işlərin növbəli planına görə yerinə yetirilməsi və işin icrası zamanı növbələşmələrin improvizə edilməsi daha əhəmiyyətli olur.
Əgər Corc Bernard Şou sərt qaydaya riayət etməsəydi, yəqin ki, yazıçı ola bilməzdi və bütün ömrü boyu bankda xəzinədar işləməli olacaqdı. Onun planına görə hər gün beş səhifə yazmaq tələb olunurdu. Problemlərin həllində belə bir tərzdə planlaşma və inadkar təbiətlilik onu xilas edirdi. İşin belə planlaşdırılması onu, aldığı məvacibin azlığına baxmayaraq (cəmi otuz dollar, hər günə təxminən bir penni) fasiləsiz tam doqquz il hər gün beş səhifə yazmağa ruhlandırırdı.
Önəmli əmək vərdişi № 3. Qarşınızda problem yaranmışsa və qərar qəbul etməyə əlinizdə faktlar vardırsa, onu dərhal həll edin. Qərarınızın icrasını yubatmayın.
Mənim keçmiş dinləyicilərimdən biri mərhum X.P.Xauell mənə söyləyərdi ki, O, «Yu.S.Stil» poladəritmə şirkətinin üzvü olduğu zamanlar onların idarə iclasları çox vaxt uzanardı. İclaslarda çoxlu problemlər müzakirə edilərdi, qəbul edilmiş qərarlar isə çox az idi. Nəticədə idarənin hər bir üzvünün evə qayıtdıqda əlində baxılması vacib olan məruzələrdən ibarət dolu qovluqlar olardı.
Nəhayət, cənab Xouell idarə üzvlərinə anlatmışdı ki, hər dəfə yalnız bir problemə baxılacaq və həll ediləcəkdir. Hər hansı boş vaxt ötürmə və məqsəddən yayınmalar yolverilməzdir. Bəzən belə də ola bilər ki, məsələnin həlli əlavə faktların axtarılması lüzumuna gətirib çıxarsın, ola bilər ki, hansısa bir hərəkətin icrası lazım olsun və yaxud heç bir tədbirin görülməsi tələb edilməsin. Ancaq baxılmaqda olan problem həll edilib qərar qəbul edilməyənədək yenisinə baxılmayacağı fikri qəti idi. Cənab Xouell mənə söylədi ki, alınan nəticələr valehedici və xeyirli oldu: gündəlikdəki məsələlər tükənmiş olurdu, həlli üçün vaxtı yubadılmış iş qalmayırdı. İdarə üzvləri evə döndükdə özləri ilə qovluq dolu çıxış üçün yazılan aparası olmurdular. Həll edilməmiş problemlərdən törənmiş narahatçılıq hisslərindən artıq azad olmuşduq.
Yaxşı qayda təkcə Yu.S.Stil şirkətinin idarəçiliyi üçün deyil, sizin və mənim üçün də əhəmiyyətlidir.

Önəmli əmək vərdişi № 4. İşin təşkilini, işçilər arasında cavabdehliyin bölüşdürülməsi qaydasını öyrənin və onlara nəzarət edin.
Bir çox insanlar özlərini qəbirə vaxtından qabaq «göndərirlər». Ona görə ki, onlar işçilər arasında cavabdehliyin bölüşdürülməsi qaydalarını hələ də öyrənməmişlər və çalışırlar ki, hamının işini özləri tənha görsünlər. Nəticə? İnsan detallar çoxluğu içərisində qərq olur, dolaşıqlıqlar baş verir. Daimi tələskənlik, narahatçılıq, həyəcan və gərginlik onu bürüyür. Vəzifə cavabdehliklərinin düzgün bölüşdürülməsini öyrənmək çox çətin işdir, bilirəm ki, mənim üçün də bu açıq-aşkar çətindir, son dərəcə çətindir. Şəxsi təcrübəmə görə, cavabdehliyin bölüşdürülməsi işi bu sahədə bacarığı olmayan adamlara tapşırıldıqda nə kimi qəza hallarının baş verə biləcəyini söyləyə bilərəm. Ancaq cavabdehliyin bölüşdürülməsi mümkün iş olsa da, bunu etmək inzibatçının borcudur.
İnsan əgər iri müəssisə yaradırsa və onun fəaliyyətini əməkdaşlar arasında cavabdehliyin bölüşdürülməsi qaydalarını və nəzarətin təşkil edilməsi işini öyrənməmişsə, keçirdiyi gərginlik və narahatçılıqdan o, haradasa əlli-altmış beş yaşında hansısa bir ürək xəstəliyinə mübtəla olacaqdır. Konkret nümunə lazımdırsa, yerli qəzetlərdən ölümlər haqda xəbərləri oxuyun.
Top