Orqanizmin daxili maye mühiti

Orqanizmin daxili maye mühiti

1. sağ qulaqcıq
2. sağ mədəcik
3. sol qulaqcıq
4. sol mədəcik
5. limfa düyünləri
6. limfa damarları
7. limfa kapilyarları
8. toxuma mayesi
9. qan kapilyar damarlarorqanizmin daxili maye mühiti





Orqanizmin həyat fəaliyyəti zamanı hər bir hüceyrə müəyyən bir iş görür. Hüceyrələrin iş görməsi üçün onlara qidalı maddələr və oksigen lazımdır. Hüceyrədə yaranan lazımsız məhsulların isə orqanizmdən xaric olması da vacibdir. Çünki onların qalması orqanizmə çox böyük ziyan verər və hətta ölümlə nəticələnən hallara da rast gəlinə bilər. Orqanizmdə bu prosesləri, əsasən, qan-damar sistemi yerinə yetirir. Hüceyrələr toxuma mayesi ilə əhatə olunmuşdur.

Toxuma mayesində həll olmuş maddələr hüceyrə membranından hüceyrəyə, orada yaranan CO2 və digər lazımsız məhsullar isə toxuma mayesinə keçir. Toxuma mayesindən sızan bir qisim maddələr isə limfa kapilyarlarına (bunların bir ucu kordur) keçir. Toplanmış limfa mayesi isə qan damarlarına daxil olur. Qan, limfa və toxuma mayesi orqanizmin daxili maye mühitini təşkil edir.

İnsan orqanizmində müxtəlif proseslər gedir. O, ətraf mühitlə də daima əlaqə saxlayır. Hüceyrələrdə fasiləsiz maddələr mübadiləsi baş verir ki, bu, orqanizmin daxili maye mühitinin iştirakı ilə mümkündür. Özünütənzimləmə sayəsində orqanizmin daxili maye mühiti sağlam insanlarda daima nisbi sabit qalır. Digər məməlilərdə olduğu kimi, insanda da qapalı qan-damar sistemi vardır. Qan bu sistemlə bədənin bütün hüceyrə və toxumalarına çatdırılır. İnsanın qan-damar sistemi üç vacib hissəyə bölünür:

1. ürək
2. damar
3. qan

Qan-damar sistemi orqanizmdə müxtəlif funksiyalar yerinə yetirir:
■ qidalandıncı — qida maddələrini hüceyrəyə çatdırır;
■ tənəffüs — oksigen qazını ağciyərlərdən toxumalara, toxumalardan isə karbon qazını ağciyərlərə çatdırır;
■ ifrazat — orqanizmdəki lazımsız məhsulları ifrazat orqanlarına gətirir;
■ müdafiə — zərərli mikroorqanizmlər və müxtəlif maddələri zərərsizləşdirir;
■ tənzimləyici — hormonları daşıyır, istilik tənzimində iştirak edir.


Mənbə : e-derslik.edu.az/
Top