Daxili qanaxma qanın orqanizmin təbii boşluqlarına (mədə, sidik kisəsi, uşaqlıq, ağciyərlər, oynaq boşluğu və s.) axması, yaxud axmış qanın yaratdığı süni boşluğa (retroperitoneal, əzələlərarası və s.) toplanması ilə xarakterizə olunan vəziyyətdir.
Travmalar və xroniki xəstəliklər nəticəsində inkişaf edə bilər. Daxili qanaxmanın simptomları onun lokalizasiyasından və itirilən qanın həcmindən asılıdır. Adətən, onlar başgicəllənmə, zəiflik, yuxululuq, huşun itirilməsi və s. kimi ümumi xarakter daşıyır. Xarakterik əlamətləri olmadığından daxili qanaxmanın diaqnostikası çox çətindir. Klinik halların çoxunda xəstənin həyatı üçün təhlükə törədir.